Vəhhabinin xanımı: Ölənlərin üzünü pudralayırlar ki, guya şəhid olub, nurludur – VİDEO

Vəhhabinin xanımı: Ölənlərin üzünü pudralayırlar ki, guya şəhid olub, nurludur – VİDEOVideolarını telefondan telefona köçürürlər.

Suriyaya gedən 34 yaşlı Soltan Mirzəyevin həyat yoldaşı "Meydan TV"yə danışıb.

Vəhhabinin xanımı Mətanət Mirzəyeva həyat yoldaşı ilə əlaqədar maraqlı müsahibə verib.

O deyib ki, Soltan Mirzəyev məscidlərə gedirdi. Orada olanlar onu Hacı Qamətlə (ilk sinif öyrətməni olaraq qeyd edir. – red.) tanış ediblər:   

"Sonradan Elxan Musayev adında birisi çıxdı. Daha sonra Əbuzər ləqəbində birisi. Artıq yavaş-yavaş, yavaş-yavaş Alixan Musayevin kitabını oxudu. Alixan Musayevin Quran tərcüməsi, hədis tərcüməsi var. Başladı onu oxumağa".

Xanım bildirir ki, bu cür təbliğatları məscidlərdə aparmırlar. Daha çox fərdi şəkildə görüşməyə üstünlük verirlər:

"Bax, Qaraçuxur məscidinə, Qala məscidinə toplaşırlar. Məscidə getməkdə problem yoxdur. Əlhəmdüllah, namaza gedirlər. Ancaq nəyə görə demirlər ki, məscidin qabağında kafelər açırsınız, mağazalar açırsınız? Bunun pulu haradan gəlir? Kim sizi maliyyələşdirir? Dindar bir adam, savadlı bir adam gedib araşdırsın ki, bunların təbliğat kitablarının içində nələr yazılıb? Necə beyinlərini doldururlar?  

Bu məsciddə oturan Qaməti, Elxanı, Əbuzəri araşdırsınlar. Telefondan telefona köçürürlər videolarını. Axırıncı dəfə video gətirib göstərdi – Əfqanıstan döyüşçüləri. Əllərində avtomat, Quran. Axırda da göstərirlər ki, bunlar öldü.

Üzünü pudralayıb, "kraskalayıb şəkil çəkirlər ki, guya bu adam gülərək öldü, şəhid oldu. Belə cahil-cahil videolarla beyin yuyurlar. Bu şöhrət xatirinə insanları aparırlar ki, şəhid olacaqsan, cənnətlik olacaqsan. Guya bu camaatdan başqa heç kim doğru deyil və bu camaatdan başqa heç kim cənnətə girməyəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1566   Tarix: 13 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740