Azərbaycan yeni döyüş təyyarələrinin alışına hazırlaşır

Azərbaycan yeni döyüş təyyarələrinin alışına hazırlaşırHərb sənayesində Azərbaycanın xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də dünyanın müxtəlif ölkələri və müxtəlif şirkətləri ilə əməkdaşlıq etməkdir. Artıq ötən müddət ərzində qeyd edilən istiqamətdə mühüm nailiyyətlərə imza atılıb. Azərbaycanın hərbi tərəfdaşı olduğu ölkələr sırasında MDB, Qərb, Asiya ölkələri, hətta Afrikadan olan dövlət də mövcuddur.

Bu isə Azərbaycana istər birgə hərbi məmulatların istehsalı, istərsə də xaricdən hərbi texnikaların alınmasında diversifikasiya etmək imkanları verir.

Qeyd olunanlar hərbi aviasiyaya da aiddir. Bu sahədə də Azərbaycanın əməkdaşlıq etdiyi və ölkəmizlə sözügedən müstəvidə əlaqələr yaradılmasına can atan dövlətlərin sayı kifayət qədərdir. Onlar sırasında Rusiya, Türkiyə, İsrail, bir sıra Qərb ölkələri və digərləri qeyd oluna bilər. Artıq məlumat verildiyi kimi, Azərbaycan MDB ölkələrindən müasir hərbi aviasiya vasitələrinin alışını həyata keçirir. Bu sırada Miq-29 qırıcı təyyarələrinin, Mi-35M vertolyotlarının adı çəkilə bilər. Bununla yanaşı, Azərbaycan TAİ şirkətinin T-129 "ATAK" helikopterlərinə də maraq göstərir.

O da sirr deyil ki, Azərbaycan Pakistan istehsalı olan JF-17 "Thunder" döyüş təyyarələrini almağa maraqlıdır. Tərəflər arasında bununla bağlı indiyədək bir neçə dəfə danışıqlar keçirilib. Azərbaycan mütəxəssisləri Pakistanda JF-17 "Thunder" təyyarələrinin uçuş və atışlarını izləyiblər. İstehsalçı PAC şirkəti təyyarənin satışı ilə bağlı qiymətləri Azərbaycan Müdafiə Nazirliyinə təqdim edib: "Təyyarənin satışında heç bir problem yoxdur. Azərbaycan tərəfinin istədiyi avionik sistemləri üzərinə yerləşdirə biləcəyimizi bəyan etdik. Bu təyyarələr Rusiya istehsalı olan mühərriklə təchiz edilir və bununla bağlı da hansısa problem görmürük".

Bundan başqa o da bəllidir ki, dünyanın ən müasir döyüş təyyarələrindən birini istehsal edən şirkət Azərbaycanla sövdələşmə üçün danışıqlar aparır. Söhbət "Eurofighter Typhoon" təyyarələrindən gedir. Qeyd edək ki, Britaniya ötən il Fars körfəzi ölkələrinə dünyanın ən güclü qırıcı təyyarələrindən hesab edilən "Eurofighter Typhoon" təyyarələrinin kütləvi satışı sayəsində dünyada silah ixracına görə dördüncü yerdədir. Müştərilərə çatdırılmış silahların həcmi ilə bağlı dünya silah ixracatçılarının reytinq cədvəlində göstərilir ki, Böyük Britaniya bu göstərici üzrə ötən il Almaniyanı ötüb keçib və müştərilərə 3,9 milyard dollarlıq silah çatdırıb. Söhbət bağlanmış satış müqavilələrinin həcmindən deyil, real olaraq müştərilərə çatdırılmış silahlardan gedir. Böyük Britaniyanın silah ixracında bu cür yüksəlməsi ötən il Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq "Eurofighter Typhoon" qırıcısını satması sayəsində baş verib. Qırıcıları "BAE Systems" şirkəti istehsal edir.

Britaniyanın "The Telegraph" qəzeti isə yazır ki, "BAE Systems" şirkəti hazırda Küveyt, Qətər və ola bilsin ki, Azərbaycana bu təyyarələrin satışı üçün sövdələşmə əldə etmək üçün danışıqlar aparır. "Eurofighter Typhoon" dördüncü nəsil çoxməqsədli döyüş təyyarəsidir. Öz texniki-taktiki göstəricilərinə görə olduqca unikal təyyarə hesab olunan "Eurofighter Typhoon" "stels" texnologiyası əsasında hazırlanmasa da radara yaxalanması ehtimalı olduqca azdır.

Bundan başqa, Azərbaycan NATO-ya yaxın sayılan ölkələrdən də hərbi texnikanın alışına xüsusi diqqət yetirməkdədir. Məsələn, artıq məlumat verildiyi kimi, Azərbaycan Cənubi Koreyadan böyük partiya müasir silah almaq niyyətindədir. Ölkəmizin almaq niyyətində olduğu silah siyahısı kifayət qədər sanballıdır. Xüsusən, Azərbaycan Koreyadan iki sualtı qayıq, esmines, nəqliyyat gəmisi, səsdən sürətli T-50 məşq təyyarələri, dünyada ən yaxşılardan biri olan 155 mm çaplı SAU K-9, helikopterlər, pilotsuz uçan aparatlar, odu idarəetmə sistemləri və s. almaq istəyir. Qeyd edilənlərlə yanaşı məlumdur ki, Türkiyə hazırda özünün F-16 qırıcı təyyarələrinin satışını həyata keçirməkdə maraqlıdır. Belə təyyarələrin İsraildən də alışı mümkün sayılır. Bu təyyarələrin əsas alıcılarından biri isə məhz Azərbaycan ola bilər. Sözügedən təyyarələr güclü silah sistemləri və "hava-hava", "hava-yer" raketləri, habelə ağır bombalarla təchiz olunur. Kifayət qədər uzaq məsafədən düşmən hədəflərinə dəqiq zərbə endirə bilir. Qeyd edək ki, F-16 təyyarələri kifayət qədər güclü döyüş texnikasıdır və Azərbaycanın belə təyyarələrə malik olmasının böyük üstünlükləri var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3979   Tarix: 26 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 0
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 0
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

28.03.2024 0
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 0
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 0