Şou-biznez nümayəndələrinə xəbərdarlıq

Şou-biznez nümayəndələrinə xəbərdarlıq"Azərbaycanda hazırda uçotda şou-biznes fəaliyyəti ilə məşğul olan 844 vergi ödəyicisi var və onların heç də hamısı nümunəvi vergi ödəyiciləri deyil"

BiG.AZ apa-ya istinadən xəbər verir ki,bunu Vergilər Nazirliyi Operativ nəzarət İdarəsinin rəisi İlham Əmirəliyev bildirib.

Onun sözlərinə görə, musiqi fəaliyyəti ilə məşğul olan sənət adamları, müğənnilər, əyləncə obyektlərində çıxış edən fərdi şəxslərlə bağlı mütəmadi olaraq maarifləndirmə və nəzarət tədbirləri həyata keçirilsə də, onların vergi öhdəliklərinə tam və könüllü əməl etmə səviyyəsi aşağıdır: "Dünyanın, xüsusilə də Avropanın inkişaf etmiş ölkələrində şou-biznes nümayəndələri vergi öhdəliklərinə necə əməl etmələri ilə daim ictimaiyyətin diqqət mərkəzindədirlər. Gəlirlərini gizlədən dünyaca məşhur insanlar - müğənnilər, aktyorlar, bəstəkarlar, bir sözlə, incəsənət nümayəndələri hansı ölkədə yaşamalarından asılı olmayaraq, həmişə ictimai qınağa məruz qalmaqla yanaşı, bir sıra hallarda hətta inzibati və digər məsuliyyətə də cəlb edilirlər. Bizim bəzi tanınmış müğənnilər vətənpərvərlik mövzusunda mahnılar ifa edir, kliplər çəkdirir, televiziya ekranlarından düşmürlər, lakin onların dövlət büdcəsinə ödədikləri vergilərin məbləği heç də aldıqları qonorara uyğun olmur".

İ.Əmirəliyev bildirib ki, bu sahədə əsas problem müğənnilərin əldə etdikləri gəlirləri «Qeydiyyat kitabı»nda düzgün əks etdirməmələridir: "Onlar hətta göstərdikləri və imzaları ilə təsdiq etdikləri gəlirlərlə rüblük bəyannamələrdə qeyd olunan gəlir məbləğləri arasındakı uyğunsuzluqlarla bağlıdır. Müğənnilərin bir şənlik mərasimindən əldə etdikləri gəlirləri onların bəyan etdikləri rüblük gəlirdən dəfələrlə çox olması barədə məlumatlar var. Araşdırmalar göstərir ki, istər Bakı şəhərində, istərsə də respublikanın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bəzi hallarda "Qeydiyyat kitabı»nın aparılmasına lazımi diqqət yetirilmir, çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi burada əks olunur. Müğənnilərin iştirak etdiyi tədbirlərin həm sayı, həm də onlara ödənilən qonorarların məbləği bir çox hallarda şübhə doğurur. Halbuki gündəlik müşahidələrin nəticələri və KİV-də yer alan məlumatlar el şənliklərində musiqiçilərə ödənilən məbləğlərin qat-qat artıq olduğunu söyləməyə əsas verir".

Nazirlik rəsmisi deyib ki, bəzi informasiya saytları hətta bir sıra müğənnilərin el şənliklərində tam, yaxud qismən (1 saat, yarım saat və s.) iştirakı üçün nəzərdə tutulan məbləğləri dəqiqliklə göstərirlər: "Bu məlumatlar vergitutma bazası kimi qəbul edilməsə də, vergilərin dövlət büdcəsindən yayındırılmasına şərait yaradanlar - istər gəlir əldə edənlər, istərsə də bu məbləği ödəyənlər dövlət və xalq qarşısında öz məsuliyyətlərini anlamalıdırlar".

İ.Əmirəliyev qeyd edib ki, onların fəaliyyəti daim nəzarətdə saxlanacaq: "Hər kəs vergi orqanına təqdim etdiyi bəyannamələrdə öz gəlirləri barədə məlumatı düzgün göstərməlidir. Əks təqdirdə, müəyyənləşdirilmiş faktiki gəlir məbləğləri təqdim olunmuş bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla büdcəyə bərpa olunacaq".
apa


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1925   Tarix: 01 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında yayımlayıb. Fotoda Aysel gözəlliyi ilə izləyicilərin diqqətini çəkib. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə il

21.04.2024 7208
.

Azərbaycanlı müğənnilər nişanlandı

Müğənnilər Sura İskəndərli və Lil Orxan nişanlanıb. OLAY-ın məlumatına görə, cütlüyün nişan mərasimi bu gün baş tutub. Sura və Orxanın görüntülərini təqdim edirik:. Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlayan İskəndərli "Ee daha daha nasılsınız" mahnısı ilə daha da populyarlıq qazanıb. Onu

22.04.2024 1231
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21.04.2024 1009
.

Xalq artisti səhnəyə elə geyimdə çıxdı ki, izləyənlər "BU QƏDƏR DƏ OLMAZ" DEDİ -VİDEO

Xalq artisti Röya Ayxan geyimi ilə diqqət çəkib. İllər sonra "Sənə görə" mahnısını ifa edən müğənni dekolteli libası ilə gündəm olub

21.04.2024 3693
.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 408
.

"Vallah, elə bir oğlana ərə gedirsən ki…"

Xalq artisti Röya Ayxan Mələkxanım Eyubovanın qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımovun toyuna qatılıb. OLAY yazır ki, estrada ulduzu TV-lərə müsahibəsi zamanı cütlüyə xoşbəxtlik diləyib və bu sözləri deyib:. "İki sənət adamının toyudur. Mələkxanım Eyubova ilə çox münasibətimiz yoxdur. Əlbətt

22.04.2024 1368
.

Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı

Aparıcı İlqar Mikayıloğlunun vəkil həyat yoldaşı Zülfiyyə Bayramova paylaşımı ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, o, xəstəxanadan video yayımlayıb. Z.Bayramovanın əməliyyat olunduğu əks edilib. O, paylaşıma "Allah bütün xəstələrə şəfa versin" şərhini yazıb. Qeyd edək ki, Z.Bayramov

20.04.2024 1066
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 1498
.

"Molla Quranı göstərib deyir ki, sənin növbəndir"

Əməkdar artist Yusif Mustafayev ölüm xəbərinin yayılmasından danışıb. Axşam.az xəbər verir ki, ki, müğənni "Elgizlə izlə" proqramına zəng edərək bunları deyib:. "Kimə nə etmişəm? Bir dəfə demişəm ki, atam uzunömürlü olub, mən də çox yaşayacağam. Kim bilir, bəlkə sabah öldüm. Bir moll

22.04.2024 593