Qriqoryan Sumqayıtda erməni qadınlarını zorlayırmış -VİDEO

Qriqoryan Sumqayıtda erməni qadınlarını zorlayırmış -VİDEOANS TV-nin Vaşinqton bürosu, Sevinc Osmanqızı: "Biz hazırda Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısındayıq. Bura Amerikanın erməni icmasının nümayəndələri toplaşıblar. Onlar "Sumqayıt poqromları" adlandırdıqları hadisələrə öz etirazlarını bildirirlər. Lakin onlar burda tək deyillər. Mənim sağımda, Azərbaycan səfirliyi önündə Amerikanın Azərbaycan icmasının nümayəndələrini görürsüz. Onlar Sumqayıta, Xocalıya, Dağlıq Qarabağ münaqişəsinə ədalət tələb edirlər." 

Polis qüvvələri sanksiyalaşdırılmış aksiyaya müdaxilə etməsələr də, etirazçıların onlar üçün ayrılan yerdən kənara çıxmamasına nəzarət edirlər. Erməni etirazçıların Azərbaycan əleyhinə olan şüarları cavabsız qalmır.

Amerikada Azərbaycan icmasının nümayəndəsi, Fərhad Balaşov: "Biz bu gün etirazımızı ermənilərin yalanlarına bildiririk. Neçə əsrlərdən bəri davam edən yalanlarına öz etirazımızı bildiririk. Onlar yenə də öz yalanlarını Amerika paytaxtında çalışırlar yeritsinlər. Bizim icmamız da onların yalanlarına qarşı çıxır." 

Erməni icmasının şüarlarındakı dağınıqlıq diqqətimizdən yayınmır. Azadlığa buraxılan Ramil Səfərova etirazdan başlamış Şərqi Timor, Suriya və Osmanlı imperiyasınadək nifrəti özündə birləşdirənlər şüarların arxasında nə dayanır? Aksiya iştirakçıları Sumqayıt hadisələri barədə nə dərəcədə məlumatlıdırlar? Bunu erməni etirazçıların özündən soruşuruq.

Amerikada erməni icmasının nümayəndəsi, Cek Babayan: "Biz Sumqayıt, Bakı və Kirovabadda baş verən vəhşiliklərə etirazımızı bildiririk. Bu, Sovet dövrünün əsl milli dirçəlişi idi. İnsanlar ayrılmaq istəyirdilər. Oralar tarix boyu Ermənistanın torpaqları olub".

- Siz Qriqoryanın adını eşitmisizmi? Sumqayıtda erməni qadınlarını zorlayan Qriqoryan.
- O erməni idi? Erməni erməni qadınları zorlayırdı? Bu, yalandır. Ola bilməz! 

Çox maraqlıdır, ədalət istəyənlər həm ermənilərin, həm azərbaycanlıların öldürüldüyü Sumqayıt hadisələrindən sonra açılan ən böyük cinayət işlərindən birinin qəhrəmanını tanımır və ya tanımamağı seçirlər. 


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2337   Tarix: 03 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740