Azərbaycanın "Eurovision" təmsilçisi Dilarə Kazımova kimdir?

Azərbaycanın "Eurovision" təmsilçisi Dilarə Kazımova kimdir?Dilarə Kazımova heyvanları çox sevdiyinə görə prinsipial olaraq xəz geyinmir

Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində gənc ifaçı Dilarə Kazımova təmsil edəcəyi barədə artıq məlumat vermişdik. Bu xanımın kim olduğu, haralarda çıxış etdiyi və "Eurovision"a qədər nələr etdiyi hər kəsə maraqlıdır. Oxucularımızın maraq dairəsini əhatə edərək Dilarənin barəsində məlumatları sizə çatdırırıq.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirirki, Dilarə Kazımova 1984-cü il may ayının 20-i Bakı şəhərində anadan olub. İfaçının iki ali təhsili var - opera vokalı ixtisası üzrə Üzeyir Hacıbəyli adına Bakı musiqi akademiyasında, İncəsənət gimnaziyasında təhsil alıb.

Təmsilçimiz "Unformal Harmony" rok qrupu və "Milk and Kisses"-in solistidir. Dilarə incəsənətin vurğunu olduğunu bildirib, gənc və istedadlı ifaçı müğənni olmasaydı, yəqin ki, incəsənətin başqa sahəsi olan rəssamlıqla məşğul olacaqdı.

29 yaşı olmağına baxmayaraq hələ də ailə həyatı qurmaq barədə düşünmür. "Eurovision" mahnı müsabiqəsinin milli seçimlərinin 2008, 2010-cu iştirakçısı və "Yeni Dalğa 2010" müsabiqəsinin laureatı olub.

"Yəqin ki, İncəsənət Gimnaziyasının rəssamlıq bölməsinə daxil olmağımı ilk uğurum sayıla bilər". Heyvanları çox sevdiyinə görə prinsipial olaraq xəz geyinmir. Hər zaman gülərüz görünən gənc xanım özünü 3 sözlə ifadə edir: "Xəyalpərəst, humanist və sevgi dolu biri".

Kiçik yaşlarından anası piano çalmağı öyrədib. Dilarə bildirib ki, incəsənətə həvəsi olsa da mütəmmadi olaraq məşğul olmağa həvəsi çatmayıb. Məhz buna görə də bu işin öhdəsindən yaxşı gəlməyi öyrənə bilməyib.

Dilarə pozitiv, sevgi dolu, istedadlı, maraqlı, gözəl və yaxşı yumor hissi olan insanlarla dostluq etməyi onların ətrafında olmağı çox sevir, sosial şəbəkələrin aktiv istifadəçisidir: "Hal-hazırda Facebook, İnstaqram və s. sosial şəbəkələrdən aktiv istifadə edirəm. Düşünmürəm ki, "Eurovision"a qatıldıqdan sonra ulduz xəstəliyinə tutularam dostlarımdan və vərdişlərimdən uzaq düşərəm".

Təmsilçimiz "Səni nələr sevindirir?" sualına maraqlı cavab verib: "Günəş, dəniz, mənim ailəm, dostlarım və əlbəttə ki, sənətim. Bütün bunlar məni həm hədsiz fərəhləndirir, həm də bütün həyatımı təşkil edir. Məncə, insan həyatının ayrı-ayrı dövrlərində bu məsələyə fərqli yanaşır. Əsas meyar olaraq isə cansağlığı və xoşbəxtlik qalır".

Dilarə seçimlərə qatılmazdan öncə özünə söz də verib. "Əgər bu dəfə də "Eurovizion"a qatıla bilməsəydim bir daha seçimlərə gəlməyəcəkdim".
Azərbaycan təmsilçisi vurğulayıb ki, bütün komanda olaraq ön sıralarda olmağa can atırlar və bunu bacaracaqlarına inanırlar.

İfaçının sözlərinə görə, müsabiqədə ifa etməsi üçün 5-6 mahnı təklif edilsədə, tam qərar verilməyib. "Elə bir mahnı seçməliyəm ki, orada özümü tapım, rahat hiss edim heç bir qaranlıq qalan məqam olmasın".

Müsabiqədə muğama müraciət edə biləcəyi barədə suala isə Dilarə Kazımova belə cavab verib. "Muğam çox gözəl və ciddi üslubdur. Amma mən buna hazır deyiləm bu janrda oxuya bilmərəm".

Azərbaycan dilində sərbəst danışa bilməyən xanım bunun səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, Türkiyə və Rusiyada yaşayıb və rud dilində təhsil alıb. Bunlara baxmayaraq doğma dilini tam öyrənmək üçün üzərində ciddi çalışır.

Qeyd edək ki, Dilarə Kazımova ötən gün İTV telekanalının efirində Azərbaycanın Eurovision 2014 mahnı müsabiqəsindəki təmsilçisi seçilib. İfaçı milli seçim turu olan Böyük səhnə beynəlxalq televiziya şousunun qalibidir. Dilarə may ayının 6-ı Kopenhagenin B&W Hallerne arenasında "Eurovision" mahnı müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq. Dilarənin Azərbaycanı hansı mahnı ilə təmsil edəcəyi mart ayının 15-ə qədər açıqlanacaq.

Bu il "Böyük Səhnə" layihəsində iştirakı ilə yanaşı Dilarə həm də beynəlxalq "Səs" (The Voice) yarışmasının Ukrayna versiyasına qatılıb və bir neçə raundundan uğurla keçib. D.Kazımova seçim turuna qatılan 88 nəfərin içindən seçilən 14 nəfərin içinə daxil olub, o finala keçənə qədər heçvaxt az xal toplamayıb: "Mənim əsas məqsədim səhnədə gözəl çıxış edib, Azərbaycanı bacardığım qədər gözəl şəkildə tanıtmaqdır. Bu gün üçün çox çalışırdım, anam da mənə deyirdi ki, 2008-2010-cu illərdə özünü yaxşı göstərə bilməmişdin, bu dəfə isə daha çox təcrübən var məhz ona görə qalib oldum".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2454   Tarix: 03 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193