Dayanma... – VİDEO
Paralimpiya Oyunlarına dəstək üçün çəkilmiş sosial reklam.
İnternetdə Paralimpiya Oyunlarına dəstək üçün çəkilmiş sosial reklam çarxı yayılıb.
BiG.AZ saytı oxu.az-a istinadən xəbər verir ki, videoçarxda dünyada məşhur fotomodel və maneken Natalya Vodyanova çəkilib.
Rejissorunun Bruno Aveyon olduğu bu mini-filmdə Natalyanın ayağında bionik protezlər var – bu, heç bir insanın faciədən sığortalanmadığına işarədir.
Vodyanova özündən soruşur, o, başına belə hadisə gəlsəydi, necə yaşaya bilərdi? Və düzgün cavab verir: o, irəli necə getməli olduğunu bilməzdi, lakin bunun öhdəsindən gələn insanları tanıyır. Onlar Paralimpiyaçılardır.
Həmin videoçarxı təqdim edirik.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş