Bakıda sürücülərlə müfəttişlər arasında dava düşdü - VİDEO

Bakıda sürücülərlə müfəttişlər arasında dava düşdü - VİDEONəqliyyat Nazirliyi müfəttişləri və Post Patrul Xidməti əməkdaşları qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan "Ford" markalı mikroavtobuslara qarşı reyd keçiriblər.

Həmin maşınlar Sumqayıt avtovağzalından deyil, sərnişinləri şəhərdaxilindən "20 Yanvar" metrostansiyasının yaxınlığına qədər daşımaqla məşğul olurlar ki, bu da şəhərlərarası sərnişindaşıma qaydalarını pozulması deməkdir. Reyd zamanı sürücülərdən bəziləri qanuni saxlama əmrinə tabe olmayıb.

Saxlanılan sürücülərlə müfəttişlər arasında mübahisə də yaranıb. Onlardan bəziləri hətta sərnişindaşıma ilə məşğul olmadıqlarını iddia edibdilər.
Sürücülər arasında hətta sürücülük vəsiqəsi olmayanlar da var idi.

Saxlanılan maşınlardan sərnişinlər boşaldıldıqdan sonra cərimə meydançasına aparılıblar.

Şəhərlərarası sərnişindaşıma ancaq "vağzal" dan "vağzala" prinsipi ilə həyata keçirilir. Amma "Ford" markalı avtobuslar bu prinsipi pozur. Avtomobil nəqliyyat xidmətinin 8 saylı Sumqayıt regional MMC-nin Avtobuslarla iş şöbəsinin rəisi Əhməd Rüstəmov isə bildirib ki, istər sərnişinlər, istərsə də sürücülər bilməlidir ki, hər kəs qanun çərçivəsində fəaliyyət götərməlidir. Yəni avtobuslar bir qayda olaraq Sumqayıt avtovağzalından Bakı Beynəlxalq Avtovağzalına qədər hərəkət edə bilər. Əks təqdirdə onların fəaliyyətinə icazə verilməyəcək.

Qeyd edək ki, bu cür fəaliyyətlə məşğul olan avtobusların sürücüləri üçün 100 manat məbləğində cərimə nəzərdə tutulur. Nazirlik rəsmisi ümumilikdə qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan 30-a yaxın avtobusun müəyyən edildiyini bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2720   Tarix: 31 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 861
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 431
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 786
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 440
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 188
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 354
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 155
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 611
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 283