Türkiyəli ordu generalı təltif olundu - FOTO

Türkiyəli ordu generalı təltif olundu - FOTOTürkiyəli ordu generalı təltif olundu - FOTOAzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-ley­te­nant Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Res­pub­li­ka­­sı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özeli qəbul­ edib.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirirki, Dövlət Sərhəd Xidmətinin Aparatında ordu generalı Necdet Özelin qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq Baş Qərargah rəisi "Şərəf kitabı"na ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilən görüş zamanı Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev qonaq­ları salamlayaraq Azərbaycan Respublikasının sərhəd təhlü­kəsiz­li­yi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, həyata keçi­ri­lən­ islahatlar və əldə olunmuş nailiyyətlər, həmçinin, Ermənistan-Azər­baycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş Azərbaycan-İran sərhədinin 132 kilometrlik ərazisindən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat ve­rib.­

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymət­lən­dirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir müba­di­lə­si­ aparılıb. İki dövlət arasında sərhəd əməkdaşlığının hazırkı vəziyyəti və onun inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib. Sərhəd­lə­rin­ təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparıl­ma­sı, birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşün sonunda Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qo­şun­la­rının Komandanı general-leytenant Elçin Quliyevin əmri ilə iki ölkə arasında sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin möhkəmlən­diril­mə­sin­də göstərdiyi xidmətlərə görə Türkiyə Respublikası Silahlı Qüvvə­lə­ri­nin Baş Qərargah rəisi ordu generalı Necdet Özel Azərbaycan Respub­likasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə"medalı ilə təltif olunub.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqun da iştirak edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2900   Tarix: 04 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428