Müğənnilərdən İlham Mirzəyevin həbsinə münasibət

Müğənnilərdən İlham Mirzəyevin həbsinə münasibətTanınmış teleaparıcı İlham Mirzəyevin həbsi yenidən şou biznesin "birlik problemi"ni də gündəmə gətirib. Hansı ki, bu problem cəmi bir ay öncə məşhur repçi Hüseyn Dərya vəfat edərkən də özünü büruzə vermişdi.

Maraqlıdır, sənət adamları, həmkarları İlham Mirzəyevə, onun ailəsinə baş çəkəcəklərmi? Onlar Mirzəyevin dələduzluq edə biləcəyinə inanırlarmı?

AzNews.az saytı bir qrup sənət adamı ilə əlaqə saxlayaraq, onların fikirlərini öyrənib.

Əməkdar artist Nüşabə Ələsgərli bildirib ki, teleaparıcı ilə hər zaman yaxşı əlaqələri olub: "Elədiyimiz əmələ görə hamımız qanun qarşısında cavab verməliyik. Amma onunla dostluğumuz, yoldaşlığımız olub, bir birimizin məclislərində iştirak etmişik. Bu yaxınlarda da ad günündə yan-yana oturmuşduq. Qanun öz yerində, amma ona baş çəkmək bizim insanlıq borcumuzdur". "İlham Mirzəyevin bu əməlləri törədib törətmədiyini deyə bilmirəm" - söyləyən müğənni bildirb ki, Mirzəyevin ailəsinə baş çəkmək istəyir: "Hüquq-mühafizə orqanları məsələni araşdıracaqlar. Ailəsinə baş çəkmək istərdim. Doğrusu, ailəsinin telefon nömrəsini bilmirəm, amma çox gözəl münasibətimiz var. Onların toyunu da 1999-cu ildə mən oxumuşam".

Tanınmış müğənni Manaf Ağayev isə bununla bağlı bir neçə həmkarına təklif də irəli sürüb. Amma hələ ki, ortada nəticə yoxdur: "O gün bir neçə həmkarlarıma da dedim ki, gedib təskinlik verək də. Təbii ki, indi bizi ora buraxmazlar. Onlar da dedilər ki, bir gün yığışıb gedərik evlərinə. Yoldaşdır, verilişlərində olmuşuq. Təklifim müsbət qarşılanıb, amma hələ ki konkret bir şey yoxdur. İnsanın dar günündə onun yanında olmaq lazımdır. Biz İlhamı səliqəli, sakit, fağır bir adam kimi tanımışıq. Amma indi məsələnin kökündə nə varsa, özü bilir. Dövlətimiz məsələni araşdırıb qiymət verəcək. Deyə bilərəm ki, İlham çoxlarından fərqli olaraq heç kimlə işi olmayan insandır. Verilişinə çağıranda da insanı tənqid eləmirdi".

Müğənni Könül Kərimova isə İlham Mirzəyevin saxlanılması xəbərini yenicə alıb. Xanım sənətçi hesab edir ki, belə məqamda onu tək qoymaq doğru deyil: "Bu xəbəri yenicə eşitmişəm. Mətbuatdan oxuduğuma görə ailəsi Şirvandadır. Amma lazım gəlsə, Şirvana da gedərik. İşdir də, insanın başına iş gələr. Biz də dost kimi heç olmasa mənəvi dəstək olmalıyıq. Bunu insanlıq naminə etməliyik. Mən orda yazılanları oxuyanda şoka düşdüm. Hətta əvvəlcə elə bildim ki, zarafatyana yazıdır. Onun barəsində deyilənlərə, həmin ittihamlara qətiyyən inanmıram. Elə insan olardı deyərdim ki, bu ittihamlar ona yaraşır. Amma İlhama yaraşdırmıram. Kiminsə problemi, sıxıntısı olanda ona müraciət edib".

Müğənni Vasif Məhərrəmli isə həmkarlarından fərqli olaraq düşünür ki, siyasətçi olmadığına görə, bu məsələ ilə maraqlanmaq olmaz: "Bilmirəm, mən axı hara baş çəkim? Özünü tanıyıram, evini, ailəsini tanımıram axı. Harda saxlanıldığı ilə maraqlanmamışam. Qardaş, bu, dövlət işidir, mən siyasətçi deyiləm e, müğənniyəm. Nəyimə lazımdır? Bilirəm ki, saxlayıblar, harda saxlayıblar bilmirəm. Gedim ailəsinə nə deyim? Mənim yerimə sən ol. Gedib ailəsinə nə deyəcəksən? Allah yolunu açıq eləsin".

Əməkdar artist Gülüstan Əliyeva da nə İlham Mirzəyevin ailəsinə, nə də özünə baş çəkmək niyyətində deyil: "Biz nə edə bilərik ki? Lap tutaq ki, getdik. Ona nəsə kömək edə bilmərik ki. Ona görə də mənim belə bir addım atmaq fikrim yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1102   Tarix: 14 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245