Müalicədən qayıdan İmran Cəfərzadə ilk dəfə danışdı – VİDEO

Müalicədən qayıdan İmran Cəfərzadə ilk dəfə danışdı – VİDEO"Uşağın müalicəsi hələ uzun müddət davam etməlidir".

9 ay əvvəl Nabrandakı istirahət mərkəzlərinin birində su nasosunun işə düşməsi nəticəsində bir ayağını itirmiş 3 yaşlı İmran Cəfərzadənin işi ilə bağlı məhkəmə prosesinin ilkin hazırlıq iclası keçirilib.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsinin sədri Əlövsət Paşayevin verdiyi məlumata görə, hazırlıq iclasında zərərçəkən tərəfin nümayəndələri və hadisə ilə bağlı saxlanan istirahət mərkəzinin 4 əməkdaşı iştirak edib.

Məhkəmə isə növbəti həftəyə təyin edilib. Əməkdaşlarımız isə İmran Cəfərzadənin özü ilə görüşərək onun vəziyyəti ilə maraqlanıblar. Almaniyada 14 əməliyyat keçirdikdən sonra ötən ay Bakıya qayıdan İmran Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçir.

Balaca İmran ANS TV-nin müxbirinin "Sənə nə olmuşdu?" sualına yaşına uyğun bir cavab verib.

Deyib ki, çap-çup edəndə ayağımı akula yeyib, özü də bilmədən həqiqəti etiraf edib uşaq. Akulalar heç də həmişə suda olmur ki? Su hovuzlarını, lap istəsən bütün bir dənizin suyunu almağa pulu çatan akulalar da var. İmran da məhz onlardan birinin tilovuna düşdü, 3 yaşında başı çox bəlalar çəkdi. İndi vəziyyəti yaxşıdır, Uşaq Bərpa Mərkəzində hər gün müalicəsi davam etdirilir.

İmranın həkimi deyir ki, uşağın müalicəsi hələ uzun müddət davam etməlidir.

İmranın babası Cavanşir Baxşıyev də nəvəsinin sağlamlığına qovuşmasından məmnun görünür. Babanı məmnun edən həm də Azərbaycan xalqının necə yüksək keyfiyyətlərə malik olmasıdır.

Nuridə xanımın, balaca İmranın anasının isə yorğunluq sanki hələ də canından çıxmayıb.

9 ayda düz 14 dəfə əməliyyat keçirən İmran həkimlərlə dostlaşıb. Amma ağrılarla dostlaşmağı onun balaca vücudu bacara bilməz. Ona görə də ən adi masaj belə onu incidir. Bizsə daha bu balacanı incitməyək. Ona müalicəsində uğurlar arzulayaq. O ki, bu balaca yaşında ayaq üstə durmağı bacardısa, deməli, hər şey yaxşıya doğrudur.

Balaca İmrana həmişə ayaq üstə durmağı arzu edirik. Bunun üçün yenə də yəqin ki, ölkənin birinci şəxsindən tutmuş hamı onun yanında olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3883   Tarix: 22 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121