"Eurovision 2014"-dəki biabırçılığımız - VİDEO

"Eurovision 2014"-dəki biabırçılığımız - VİDEOEurovision-2014 mahnı müsabiqəsinin finalında Azərbaycandan verilən xallar açıqlanarkən biabırçılıq olub.

BiG.AZ, interpress.az-a istinadən xəbər verir ki, xalları elan edən müğənni Səbinə Babayeva 10 balın İrlandiyaya, 12 balın isə İsveçrəyə verildiyini elan edib. Bu zaman şounun aparıcısı onun sözünü kəsərək verilən balın münsiflər heyətinə təqdim olunan siyahı ilə uyğun gəlmədiyini deyib və 10 balın hansı ölkəyə verildiyini təkrarlamağı xahiş edib. Bu zaman Səbinə Babayeva 10 balın İrlandiya təmsilçisinə verildiyini bir daha təkrar edib. Müsabiqənin aparıcısı isə gülərək İrlandiyanın finalda təmsil olunmadığını deyib və Azərbaycan tərəfi ilə az sonra yenidən bağlanacaqlarını bildirib.

Xoşbəxtlikdən bu yanlışlıq final şounun əsas məşqi zamanı baş verib.

Qeyd edək ki, Azərbaycan tərəfi 10 balı Ukrayna, 12 balı isə Rusiya ifaçısına verib. Müsabiqədə Azərbaycanı təmsil edən Dilarə Kazımova isə 22-ci yeri tutub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 20234   Tarix: 11 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390