Paytaxt məktəbində rüşvət ittihamı

Paytaxt məktəbində rüşvət ittihamı"Əgər mən bunu etməsəm, mən Atakişi deyiləm".

Bakıda orta məktəbdə müəllimin şagirddən aldığı pul valideynlərin qəzəbinə səbəb olub.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Bakının Müşfiqabad qəsəbəsində Etibar Şirəliyev adına 274 saylı orta məktəbdə özbaşınalıq yaşanır.

Bu barədə redaksiyaya sözügedən məktəbdə oxuyan şagirdin valideyni məlumat verib. O, müəllimələrin birinci sinifə gedən hər şagirddən 20 manat yığdığını bildirib.

Valideyn Oxu.Az-a ünvanladığı məktubunda bildirir:

"Etibar Şıxəliyev adına 274 saylı orta məktəb Müşfiqabad qəsəbəsində yerləşir. İbtidai sinif müəllimələri hər 1-ci sinifə gedən uşaqdan 20 manat yığırlar. Hüquqlarını bilməyən valideynlər 20 manat ödəyirlər, pulu verməyən valideynlərə isə məktəb tərəfindən hədə-qorxu gəlinir".

Məsələ ilə bağlı 274 nömrəli məktəbin direktoru Atakişi Cəfərov Oxu.Az-a açıqlama verib və belə bir şeyin məktəbdə heç bir halda ola bilməyəcəyini vurğulayıb.

"Əgər valideyn sübut edə bilərsə hansısa müəllimənin pul yığdığını, həmin müəllimə yerindəcə işdən azad olunacaq. Yaxşı olar ki, elə siz özünüz də bizə kömək edib və müəllimənin kim olduğunu araşdırıb öyrənəsiniz. Əgər bizim əlimizdə xırda bir ipucu olsa, qalanları ilə özümüz məşğul olarıq. Mən inanmıram ki, bizim məktəbdə bu cür hallar yaşansın. Ola bilsin ki, hansısa bir müəllimə nədəsə məqsəd güdərək pul alsın, ancaq inanın ki, həmin müəllimənin bizdə adı olsa, yerindəcə o, öz işindən azad olunacaq, əgər mən bunu etməsəm, mən Atakişi deyiləm. Dövlətimiz bizim üçün yarım milyon pul ayırıb. Müəllimələrin axı nəyinə gərək kimdənsə pul güdsün və yaxud da rüşvət alsın", - Atakişi Cəfərov bildirib.

Onu da nəzərinizə çatdıraq ki, məktəbdəki problemlə bağlı bir neçə gün öncə Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlasa da, sual cavabsız qalıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3565   Tarix: 24 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukrayna: Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə hücum edib

Rusiya Ukraynanın paytaxtı Kiyevə, eləcə də Mykolayiv, Odessa və Çerkasya vilayətlərinə dron və ballistik raketlərlə hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Məlumata görə, Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə Rusiya bu gecə Ukrayn

11:52 101
.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

16:49 439
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

21:03 0
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

21:04 0
.

Mən öz puluma süni ada yaradıramsa... - Deputat

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir. -a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasınd

18:45 156
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

21:00 0
.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

21:15 0
.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

10:34 288
.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

12:13 186