Milli Şou-Biznesin Uşaqları

İncəsənət əhlinin şəxsi həyatı həmişə ictimaiyyətin marağında olub. Xüsusilə onların övladları bəzi hallarda özlərindən daha çox müzakirə mövzusu olur.
Bizim şou əhli arasında ailəli olanların sayı o qədər çoxluq təşkil etməsə də, demək olar ki, əksəriyyətinin övladı var. Daha doğrusu, onların çoxu övladları olandan sonra nikahlarını pozublar.

Müğənni Zeynəb Xanlarovanın iki oğlu var. Ramal və Ramin adlı övladlarını evləndirən Z. Xanlarova həm də nənədir.
Milli Şou-Biznesin UşaqlarıBrilliant Dadaşovanın isə Cahad adlı oğlu var. Brilliant Dadaşova oğlunu efirlərdən uzaq saxlayır. O, tədbirlərdə, televiziya verilişlərində oğlunun iştirakını o qədər də sevmir.
Milli Şou-Biznesin UşaqlarıAygün Kazımovanın qızı İlqarə isə müğənni olmağa hazırlaşır. Anasını bütün konsertlərdə, şou-proqramlarda sıx-sıx müşayiət edən İlqarə gələcəyin Aygünü olmaq iddiasındadır. Bu günə qədər səs və səhnə görünüşü sərgiləməsə də, İlqarənin yüksək iddiada olmasını anası da etiraf edir.
Milli Şou-Biznesin UşaqlarıZülfiyyə Xanbabayeva isə Dəniz adlı qızını yeni tapıb. Hələ bir yaşı tamam olmayan Dəniz də efirlərdən uzaq saxlanılır.
Milli Şou-Biznesin UşaqlarıTünzalə Ağayevanın qızı Fidan da efirlərdə görünmür. Tünzalə xanım qızının səhnədən uzaq böyüdülməsinə çalışır.
Milli Şou-Biznesin UşaqlarıNisə Qasımova isə oğlu Fətullanın 28 yaşında olduğunu, Həcc ziyarətində olduğunu deyib. Onun sözlərinə görə, bu, onun qardaşının oğludur: "Lakin qardaşım cavan rəhmətə getdiyindən onu iki yaşından mən saxlamışam".
Milli Şou-Biznesin UşaqlarıFlora Kərimovanın qızı Zümrüd isə artıq ailə həyatı qurub. İxtisasca həkim olan Zümrüd həyat yoldaşı ilə Londonda yaşayır. Müğənni qızının mediatik olmasına heç vaxt qadağa qoymayıb.
Milli Şou-Biznesin Uşaqlarıİlhamə Quliyevanın oğlu Orxan Nadirov isə hazırda həbsdədir. Müğənni Orxanı övladlığa götürüb.
Milli Şou-Biznesin UşaqlarıNadir Qafarzadənin də iki oğlu var. Müğənninin məktəbyaşlı övladları həm özlərinin, həm də atalarının müğənni olmasının qəti əleyhinədirlər.
Milli Şou-Biznesin UşaqlarıƏdalət Şükürovun da bir qızı, bir oğlu var. Onlar da digər həmyaşıdları kimi məktəbdə təhsil alır və mediatik olmağa üstünlük vermirlər. Amma evində çəkilişlər aparılarkən Ədalət övladlarını kameralardan gizlətmir.
Milli Şou-Biznesin UşaqlarıNuranın da üç oğlu var. Birinci iki övladının adları Möhsin və Xosrovdur. Nura üçüncü oğlunun atasının adını açıqlamır.
Milli Şou-Biznesin UşaqlarıRəqqasə Fatimənin də bir qızı var. On altı yaşında ailə quran Fatimə qızı dünyaya gələndən sonra boşanıb.
Milli Şou-Biznesin UşaqlarıArtıq qaynana olan Nazpəri Dostəliyevanın Əli və Əkbər adlı iki övladı
var. Müğənninin Əli adlı oğlu heç efirlərdə görünməsə də, Əkbər onun yolunu seçib.
Milli Şou-Biznesin UşaqlarıMüğənni Könül Kərimovanın isə məktəb yaşlı bir qızı və bir oğlu var.
Milli Şou-Biznesin UşaqlarıMətanət İsgəndərli isə qaynana olmağa hazırlaşır. Bir qızı və bir oğlu olan Mətanət xanım sentyabrın 2-də oğlu Kərimin toyunu edəcək. Bundan sonra isə o, qızını gəlin köçürəcək.
Milli Şou-Biznesin UşaqlarıMüğənni Elnarənin qızı Burla Xatun da çox kiçikdir. Efirlərdə o qədər də görünməyən Burla Xatun gözlərdən uzaq saxlanılır.
Milli Şou-Biznesin UşaqlarıLalə Məmmədovanın qızı Nərgiz də kiçikdir. Müğənni onu lap kiçik olanda efirlərə çıxarıb.
Milli Şou-Biznesin UşaqlarıAktrisa Dilarə Murtuzəliyevanın da iki qızı var. Tanınmış rejissor Oqtay Əliyevlə ailəli olan D. Murtuzəliyevanın qızları arasında 10 yaşa qədər fərq var.
Milli Şou-Biznesin UşaqlarıAybəniz Haşımovanın qızı Aynişan da kifayət qədər mediatikdir. Müğənninin qızı özünün yaratdığı "Bülbüllər" qrupunun solistlərindən olub.
Milli Şou-Biznesin UşaqlarıElza Seyidcahanın isə bir qızı və bir oğlu var. Bir müddət öncə E. Seyidcahanın oğlu hərbi hissəni özbaşına tərk edərək, maşın qaçıran qrupa qoşulması ilə yadda qalmışdı.
Milli Şou-Biznesin UşaqlarıMüğənni Almaz Ələsgərlinin isə Əminə və Mədinə adlı iki qızı var. Qızlarından birini artıq ərə verən A. Ələsgərli digərinin toyuna hazırlaşır.
Milli Şou-Biznesin UşaqlarıRühəngiz Allahverdiyevanın isə 2 oğlu, 1 qızı var. Oğlanlarından birini evləndirən müğənni heç zaman övladları ilə bağlı xüsusi açıqlamalar verməyib.
Milli Şou-Biznesin UşaqlarıAktrisa Məleykə Əsədovanın qızı Gülərlə bağlı isə daim qalmaqallı xəbərlər dolaşmaqdadır. Efirdə, kliplərdə qızını bol-bol reklam edən Məleykə xanım dəfələrlə onunla bağlı müsahibələr verib.
Milli Şou-Biznesin Uşaqları


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 19587   Tarix: 12 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18.04.2024 8899
.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 1421
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

19.04.2024 246
.

"Yalı çapkını"nın aktyoru üzr istədi - Foto

Türkiyəli aktyor Taro Emir Tekinin son paylaşımı ona baha başa gəlib. Axşam.az xəbər verir ki, aktyor paylaşımında "İsrail əsgərləri taktiki atışmada belə qısa məsafə saxlayırlar. Bu mənim gündəlik çəkilişlərimdən ibarət qısa videodur. Şüurlu seçimdir" deyə, yazıb. Teronun bu paylaşımı izləyicilə

19.04.2024 1470
.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1321
.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 828
.

"Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm

Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişindəki açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı türkiyəli müğənni Ajda Pekkan kimi olmaq istədiyini etiraf edib. "Ajda Pekkanı çox sevirəm. Bilirsiniz niyə? Mən də elə olacağam. İndidən deyirəm. Çünki ekrand

15.04.2024 1114
.

İbrahim Tatlısesin qızının 11 yaşı tamam olub- FOTO

Müğənni İbrahim Tatlısesin aktrisa Ayşegül Yıldızdan olan qızı Elif Ada Tatlısesin 11 yaşı tamam olub. xəbər verir ki, Ayşegül Yıldız qızının ad günündən şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, İbrahim Tatlıses Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onlar 2013-cü ildə qarşlıqlı anlaşma il

16.04.2024 777
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

19.04.2024 833