Müəllim tələbə arasında "Bayatı-Şiraz" qalmaqalı - VIDEO

Müəllim tələbə arasında "Bayatı-Şiraz" qalmaqalı - VIDEO"ZƏHMƏTİMİ ONA HALAL ETMİRƏM"

Müğənni Tacir Şahmalıoğlu və müəllimi "Qarabağ bülbülləri" qrupunun rəhbəri Murad Rzayev arasında qalmaqal yaşanıb.

ATV – də yayımlanan "Düz üzünə" verilişində Tacir Şahmalıoğlunun "Bayatı-Şiraz"ı ilk ifa edən sənətçi olduğunu deməsi, müəllimini özündən çıxarıb. Ustadı Murad Rzayev ona "yalançı" deyib. M.Rzayev sözügedən verilişə müsahibə verərək tələbəsi haqqında bunları bildirib:

"Verilişdən sonra əsəbiləşdim. Öz tələbəm yalandan deyir ki, "Bayatı-Şiraz"ı mən improvizə etmişəm. Məni ən çox incidən, çox istədiyim tələbəmin yalan danışması oldu. O vaxt Bakıya gəlirdik, avtobuzda dodağımın altında bu bəstəni zümzümə etdim. Tacir eşidib dedi ki, olar mən oxuyum? Oxudu, gördüm onda yaxşı alınır. 7 yaşında uşaq "Bayatı-Şirazı" hardan bilirdi ki, ona aid də olsun? Ondan soruşun ki, 10 yaşında Bethoveni tanıyırdın? Yalan deyirsə, and ona qənim olsun. Bunu sübut edəcəm. Ona heç bir zəhmətimi halal etmirəm".

T.Şahmalıoğlu isə müəlliminin yalanını faktlarla ortaya çıxaracağını bildirib:

"Murad müəllim yalandan deyir ki, bu mahnını bəstələmişəm. Yaşlı adamsan, niyə yalan danışırsan? Bu yalanı onun yaşlı olmasına bağlayıram. Hələ Murad müəllimin tələbəsi olmayanda, 6 yaşımda neçə milyon əhali qarşısında "Bayati-Şiraz" oxumuşam. Əgər bəstəkardırsa, getsin buna oxşayan başqa bir mahnı yazsın. Mən də ona uyğun birini bəstələyim. Görək kimdə alınır? Onun halallığı mənə lazım deyil. İstəməzdim müəllimim 9 milyon əhaliyə yalançı kimi tanınsın. Çünki mənim faktlarım var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 865   Tarix: 04 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390