Tolik yıxdı-sürüdü: "Sağ ayağım başına" – Qırğın

Tolik yıxdı-sürüdü: "Sağ ayağım başına" – QırğınNatəvan Həbibinin şikayət ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etməsilə bağlı müğənninin prodüserinin məlumatı və məhkəməyə verilən şou əhli haqqında söylədiyi fikirlər tanınmış prodüser Toliki özündən çıxarıb. Qeyd edək ki, məhkəməyə verilənlər sırasında Tolik də var.

BiG.AZ Publika.az-a istinaden xəbər verir: "Mən sabah rayona yola düşürəm və ayın 6-da ad günümü qeyd edəcəyəm. Ayın 8-i isə şou-biznes nümayəndələri ilə birgə ad günümü keçirəcəyəm. Belə bir xoş günümə hazırlaşdığım vaxtda xoşagəlməz fikirlər eşitmək, qanımı qaraltmaq istəmirəm. Reklama ehtiyacı olanların adımla əleyhinəyəm. Simasız adamların simasını da reklam etmək fikrində deyiləm".

Maraqlıdır, görəsən, Tolikin xalq artisti İlhamə Quliyeva ilə Natəvan Həbibi arasında yaşananlara münasibəti necədir?

Tolikin cavabı belə oldu: "Mən bu məsələyə qarışmaq istəmirəm. Çünki nəsə desəm, o saat deyəcəklər ki, Tolik yenə də özünü atdı ortalığa. Məni tanıyan hər kəs də yaxşı bilir ki, Tolik kimə lazımdırsa, öz sözünü açıq-aydın deyə bilir və heç kimdən də qorxacağı yoxdur. Özü də şəxsi profilimdə sözümü deyirəm. Bəzi müğənnilər kimi başqa profil açdırıb, orda gizlənib danışmıram. Tolikin sağ ayağı onların başına, məni hər kəs tanıyır və gördüyüm işlər də göz qabağındadır. Sözüm birbaşa ünvanlı olur".

Xatırladaq ki, Natəvan Həbibi şikayət ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edib. Bu barədə müğənninin prodüseri Roland məlumat verib: "Natəvan konsertindən öncə onları məhkəməyə verib. Hazırda iş məhkəmədədir. Əgər kiminsə savadı yoxdursa, özbaşınalıq edirsə, bu, onun öz işidir. Natəvan Həbibi Azərbaycan Respublikasının vətəndaşı olaraq öz konstitusiyasına hörmət edir. Kimsə onu sübutsuz təhqir edəndə onlar kimi ucuz variantlara əl ataraq cavab vermir. Məhkəməyə müraciət edir. Kimsə özünə reklam qazanmaq üçün çaşıb, ağzına gələni danışıb. Natəvan xanım da həmin adamları faktlarla məhkəməyə verib. Məhkəmə nə qərar çıxaracaq, kimi günahkar biləcək, qısa vaxtda bəlli olacaq. Onu da deyim ki, deyəsən, qarşı tərəf məhkəməyə çağırılaraq, artıq dindirilib. Məhkəmənin qərarından sonra hamı öz yerini biləcək". Qeyd edək ki, Roland Tolik, Zorik və Aygün Kazımovanı nəzərdə tutaraq bu ifadələri işlədib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 570   Tarix: 01 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054