Bakıda yenə də toyuq dönəri satılır - VİDEO

Bakıda yenə də toyuq dönəri satılır - VİDEOToyuq dönəri problemi öz həllini tapmır. Onun satışı qadağan olunsa da, hələ də satanlar və alanlar öz işindədir. Cərimələr də var, sağlamlığını fikirləşənlər isə yoxdur.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirirki, bu gün paytaxtda az qala hər addımbaşı qarşılaşdığımız dönərxanalarda alıcılara toyuq ətindən dönər satılır. Xüsusilə yay aylarında toyuq dönərinin infeksiyalaşmağa daha çox meylli olduğunu nəzərə alıb, bir neçə dönərxanaya baş çəkdik. Demək olar ki, əksəriyyətində toyuq ətindən hazırlanan dönərlər satılırdı. Mal ətinə rast gəlmədiyimizdən satıcıdan qadağan olunmuş toyuq dönərini niyə satdığını soruşduq.

Satıcı Xəyal Əsgərov deyir ki, mal ətini Hindistandan gətirirlər, ona görə də almağa qorxuruq, ən yaxşısı yerli toyuq ətidir ki, onu da alıb hazırlayırıq.

Üz tutduğumuz digər dönərxanada da toyuq ətindən hazırlanan dönərlər alıcılara təqdim olunurdu.

Tez və ucuz başa gələn dönərə üstünlük verənlər özlərinə vurduqları zərərdən xəbərsiz idilər.

Alıcı Yalçın Amanovun sözlərinə görə, bu zövq məsləsidir, düzdür, yayda dönər yemək olmur, amma ac qalanda isə məcbur olursan, fərq etmir bu mal, ya toyuq ətidir.

Toyuq dönərindən dəfələrlə kütləvi zəhərlənmə baş verdiyindən Respublika Gigiyena və Epidemialogiya Mərkəzi (RGEM) tərəfindən bu dönərin satışına qarşı mübarizə tədbirləri aparılır.

RGEM-nin qidalanma şöbəsinin müdiri İmran Abdullayev isə qeyd edir ki, dünən bir dönərxanada olduq: "Toyuq satırdı, sanitariya qaydalarına əməl olunmamışdı, biz həmin müəssisəni bağlıdıq. Təkcə ötən il 100-dən çox belə müəssisə bağlanıb. 200 AZN-ə yaxın cərimələr olur, amma bu, problemin qarşısını almır, Cərimələr artırılmalıdır".

Hər halda cərimələr artırılsa da, artırılmasa da hər kəs öz sağlamlığının qeydinə qalsa yaxşıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1233   Tarix: 07 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930