İctimai nəqliyyatda kart sisteminin tətbiqi ilə bağlı – AÇIQLAMA

İctimai nəqliyyatda kart sisteminin tətbiqi ilə bağlı – AÇIQLAMASürücülər üçün iki rəngdə vahid geyim forması hazırlanır.

Bakıda nəqliyyatda kart sistemi 2015-ci ildə tam tətbiq olunandan sonra sürücülər maaş sistemi əsasında işləyəcəklər.

Belə ki, bu zaman sahibkarla sürücü arasında müvafiq müqavilə imzalanacaq. Çünki sürücü sərnişindən pul almadıqda avtomatik olaraq maaş sistemini öz sahibkarı qarşısında qaldıracaq.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov jurnalistlərə açıqlamasında bildirib.

N.Həsənov qeyd edib ki, nəqliyyatda kart sistemi və sürücülərin maaş sisteminə tam keçəndən sonra bütün neqativ hallar aradan qaldırılacaq.

"Bir müddət həddindən artıq pərakəndə vəziyyət yaranmışdı. Sürücülər qrafikə uyğun hərəkət etmək üçün hətta yarışa çıxırdılar. Vəziyyət indi sabitləşib, amma yenə də belə sürücülərə rast gəlmək mümkündür", - deyə o qeyd edib.

O, əlavə edib ki, sürət həddini aşan sürücülərə qarşı Dövlət Yol Polisi də, Dövlət Avtomobil Nəqliyyat Xidməti, eyni zamanda "Bakı Sərnişin Nəqliyyatı" MMC də reydlər keçirir:

"Bunun kifayət qədər təsiri var. Reydlər zamanı aşkar olunan nöqsanlara rast gəlinir və onlar aradan qaldırılır. Düzdür, əvvəlki kimi çox olmasa da, yenə də belə sürücülər var. Amma sürücünün də məsuliyyəti olmalıdır. Nəqliyyat Nazirliyi sərnişindaşıma ilə məşğul olmağa başlayanda 210 daşıyıcı var idi, onların böyük əksəriyyəti ixtisar olunub təxminən 33 daşıyıcı qalıb. Bu o deməkdir ki, qaydaları pozan sahibkarların marşrutları əllərindən alınıb, başqalarına verilir və bu davam edəcək".

N.Həsənov qeyd edib ki, sürücülər üçün iki rəngdə vahid geyim forması hazırlanır.

Bu il ərzində 2500 avtobusda bütün sürücülərin vahid geyiminə keçiləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 502   Tarix: 09 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır - TƏSİRLİ GÖRÜNTÜLƏR + VİDEO

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır. xəbər verir ki, yeniyetmə ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələrək atasının kim olduğunu bilmədiyini və onu axtardığını deyib. Belə ki, anası ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün 13 yaşlı övladını internat məktəbin

27.03.2024 409
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27.03.2024 300
.

Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdi

27.03.2024 349
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

12:26 0
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27.03.2024 343
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

15:32 0
.

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib. xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, "Yünhay-2 03" peykləri "Long Mart 6" raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Pey

27.03.2024 181
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27.03.2024 275