Emma Stoun və Naomi Uotts yeni filmdə – Treyler - VIDEO
Rejissor Alexandro Qonsales İnyarritunun baş rollarda Maykl Kiton, Edvard Norton, Emma Stoun, Zak Qalifianakis və Naomi Uottsun çəkildiyi "Berdmen" filminin ilk treyleri yayımlanıb.
"Gözəl", "Babil" və "21 qram" filmlərini çəkən rejissor bu dəfə komediya janrına müraciət edib. Süjetin mərkəzində - nəvaxtsa superqəhrəman Berdmen rolunu oynayan keçmiş aktyor (Kiton) dayanır. Bir neçə il sonra ulduz özünə əvvəlki şöhrətini qaytarmağa çalışır və brodvey səhnəsində bir personajı oynayır.
"Berdmen" filminin premyerası oktyabr ayında baş tutacaq. İnyarritunun növbəti layihəsi Tom Hardi və Leonardo Di Kaprionun baş rolları ifa etdiyi "Geri qayıdan" filmidir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş