Bakıda batmış yapon avtomobilləri satılır – VİDEO

Bakıda batmış yapon avtomobilləri satılır – VİDEOAvropadan gətirilən maşınların 40 faizi su altında qalmış avtomobillərdir.

Təbii fəlakət baş verən ölkələrin arasında ilk yerləri Yaponiya tutur.

Bir neçə il öncə bu ölkədə baş vermiş sunami nəticəsində ciddi fəsadlar ortaya çıxdı. Həmçinin, avtomobillərə də ziyan dəydi. Bu videomateriala baxdıqda hər şey aydın olur. Bunu təqdim etməkdə məqsədimiz odur ki, Yaponiyadan işlənmiş maşın alanlar diqqətli olsunlar.

BiG.AZ-ın Avtosfer.az-a istinadən verdiyi məlumata görə, bir neçə ildir Yaponiyadan ixrac olunan işlənmiş avtomobillərin əksəriyyəti məhz həmin sunamidə zərər çəkənlərdir.

Həmin avtomobillərin ixrac olunduğu ölkələr arasında Azərbaycan da var. Müxtəlif kosmetik işlər nəticəsində xarici görünüşcə normal görünən bu avtomobillərdə əslində, böyük problemlər var.

Məsələn, avtomobilin mühərrikinə su doldusa, gec-tez fəsad verəcək. Dəmir detallarda paslanma yaranacaq, çürümə əmələ gələcək. Ən böyük təhlükə isə avtomobilin elektrik sistemində olur. Son vaxtlar xarici maşınların heç nədən yanmasının səbəbləri araşdırılarkən bu məqamlara diqqət yetirilməlidir.

Çünki sunami nəticəsində elektrik sisteminə, elektrik naqillərinə dolan su sonda ərp əmələ gətirir ki, bu da həmin detalların sıradan çıxmasına səbəb olur.

Bu cür avtomobillərin yanmasının əsas səbəbi də məhz elektrik sistemi ilə bağlıdır. Odur ki, Yaponiya istehsalı olan, Yaponiyadan gətirilən işlənmiş maşın alarkən bu məqamlara diqqət etmək, servislərdə ciddi müayinə aparmaq lazımdır. Ona görə ki, Azərbaycanın maşın bazarında daşqın zamanı su altında qalan avtomobillərin sayı kifayət qədərdir.

Avropadan gətirilən maşınların 40 faizi su altında qalmış avtomobillərdir. Son dövrdə Almaniyadan gətirilən avtomobilləri alan adamın istismara başladığı məqamdan 20 gün sonra qarşılaşdığı texniki problemlər, xüsusi ilə elektron-bort sistemində baş verən problemlər həmin faktı bir daha təsdiqləyir.

Çünki su altında qalmış avtomobillərdə ilk növbədə neqativ təsir elektrik avadanlıqlarında özünü göstərir. Elektrik avadanlıqlarının böyük bir hissəsi kompüter sistemi ilə qurulub. İndiki avtomobillərin bort sistemində kifayət qədər mürəkkəb bort kompüter sistemi qurulub. Həmin bort kompüter sistemi su altında qaldıqdan sonra izolyasiya təbəqəsi ilə naqillərin arasında yığılıb qalmış maye, buxar öz mənfi təsirini göstərir.

Mikroproseslərdə korroziya əlamətləri dərinləşir və həmin avadanlıqlarda iş prosesində imtina baş verir. Bu da aqreqatın sıradan çıxması ilə nəticələnir. Müasir avtomobillərdə az sayda element var ki, elektron prosessorlarla təchiz olunmayıb. Ona görə də avtomobil su altında qaldıqda birinci növbədə avtomat ötürmələr qutusunda, mühərrikin özündə, işıqlanma sistemində problemlər yaranır. Həmin problemlərin aradan qaldırılması isə böyük maliyyə vəsaiti tələb edir.

Çətin müdaxilə olunan yerlər – banın aşağı hissəsi, baqaj, mühərrik hissəsini təmizləmək çətin olur. Sonradan orada korroziya prosesi gedir.

Alıcılar ilk növbədə maşını almamışdan əvvəl servis kitabçasını yoxlamalıdır. Servis kitabçasında qeydiyyatlar aparılmalıdır. Əgər qeydiyyat maşının öz firma servisində aparılırsa, yaxşıdır.

Qeydiyyatda onun su altında qalmış avtomobil olub-olmaması da göstərilir. Amma bununla yanaşı, yaxşı olardı ki, alıcılar avtomobili aldıqdan sonra onu servis müəssisələrində kompüter diaqnostikasından keçirsinlər.

Eyni zamanda kompüter servisində avtomobilin keçmiş tarixi barəsində ətraflı məlumat almaq olur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2132   Tarix: 01 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880