İşlənmiş maşın alanda bunlara di̇qqət edi̇n!

İşlənmiş maşın alanda bunlara di̇qqət edi̇n!İşlənmiş maşın alanda nəyə fikir vermək lazımdır? Bu sual bir çox alıcını maraqlandırır. Bu haqda bir az geniş yazmaq və oxuculara daha da geniş məlumat vermək qərarın gəldik. Diqqətli yetirilməli hissələri aşağıdakılardlr.

Gövdə (kuzov) zərbəsi testi. Burda avtomobilin ciddi zərbəsi olub olmamağına diqqət edin. Maşın rənglənə bilər, buna muxtəlif cızıqlar və kiçik zədələnmələr səbəb ola bilər, belə rənglənmə normaldır. Hətta tək tək detallar da dəyişə bilər - bu da ciddi bir narahatlıq əmələ gətirmir. Əsas məsələ avtomobil zərbədən öz oxundan çıxmasın və əsas gövdə (kuzov) zədələnməsin.

Güc aqreqatı testi. Burda əsas məsələ mühərrik və sürət qutusudur. Bunları bilən bir adama yoxlatdırın. Əgər sizə heç kəs komək etmirsə sadəcə mühərrikə qulaq asın, sakit ve sabit işləməlidi. Bu sanki müsiqiyə bənzəyir, yeni gələndə qaz verib yenə də qulaq asın. Sürət qutusunu sürərək yoxlaya bilərsiniz. Ötürmələr rahat olmalıdı hec bir səs olmamalıdı (amma ötürməni hiss edə bilərsiniz bu problem deyil).

Elektronika testi. Bu yoxlamanı etmək üçün sizə mütləq scaner lazım olacaq. Siz tanıdığınız bir ustaya müraciət edə bilərsiniz. Bu çox önəmli bir yoxlamadır. Müasir avtomobillər demək olar ki, tam bir elektronik sistemlə idarə olunur. Bütün bu sistemlər vəhdətdə işləyir. Əgər sistemdə ciddi bir problem varsa gələcəkdə sizə ciddi xərclər gətirə bilər. Ona görə bu yoxlama vacibdi.

Düzgün seçim. Bu seçim adətən bir çox insanı çaşdırır. Hamı rahat ve ucuz olan maşın istəyir - belə bir şey demək olar ki yoxdur. Avtomobil qiymətlərində bir hədd var, bu qiymət ətrafında siz gərək sizin üçün vacib olan özəllikləri götürəsiniz. Yalnız belə halda siz ən uğurlu seçimi edə bilərsiniz. Məsələn avtomobildə sizin üçün vacib olan 5 şeyi bir vərəqə yazın ondan sonra buna uyğun maşını seçin. Ya da bu işi daha yaxşı bilən şəxslə məsləhətləşin. Yalnız bu halda seçim duzgün ola bilər. Bir şeyi yaddan çıxartmayın: ideal maşın yoxdu, sadəcə sizə uyğun seçim var.

Maliyyələşdirmə. Ən ciddi problemlərdən biridir. Bir çox insan işlənmiş maşından qorxur və gedir yenisini alır. Təbii ki yeni avtomobil baha olur. Buna çox alıcının gücü çatmadığına ğörə kredit alır. Bu isə 3-4 ilə həm maşının qiymətində həm də yuksək məbləğin faizlərində (maşın təzə idi ona ğörə) ciddi itki deməkdir. Belə olan hallarda sizə 2-3 yaşında maşın almağı məslləhət görürəm. Buna bir misal deyim. Şərti olaraq yeni avtomobili 20,000 AZN olaraq goturək. Siz bunu alsanız 3 ilə 30-50 min km sürəcəksiniz, həmin vaxtda satış qiyməti 12-13 min AZN enəcək. Yəni siz burda 3 ildə ciddi itki verirsiniz. İndi isə tam tərsini düşünün - 2-3 ilin maşınını alırsınız, yürüşü az, texniki cəhətdən əla vəziyyətdə (yuxarıda qeyd etdiyim 1, 2 və 3 nömrəli testləri etmək şərti ilə) amma 12 min AZN. Bunu kreditə də alsanız həm artıq ödəməni həm də faizini ödəməyəcəksiniz (yəni ilkin qiymətdən 20,000 manatdan fərqini). Bu tip maşınlar əgər yoxlanılıb alınıbsa elə yeni maşın qədər yaxşı olur. Narahatçılığa ehtiyac yoxdu.

Servis xərcləri. Təbii ki avtomobili alan onun xərcləri ilə maraqlanır və ehtiyat hissələrinin qiyməti ilə maraqlanır. Bu səhv bir yanaşma tərzidir. Ehtiyat hissələri adətən bir birinə yaxın qiymətdə olur. Belə bir halda ən düzgün xərc hesablanması hər km-ə görə olan xərci hesablamaqdır. Əks halda bu alıcını çaşdıra bilər. Məsələn o soruşur ki, bu maşının bir hissəsi neçəyədir, cavab 250 AZN olanda, o narahat olur. Halbuki bu maşını almaq istəyən adam bu detalın 100,000 km-dən bir dəyişmə ehtimalı olduğunu bilmir. Bundan əlavə alıcı maşını cəmi ildə 10 min km sürəcək belə çıxır ki bu hissəni o 10 ildən sonra alacaq. Əgər maşın düzgün baxışdan keçirsə, ən ideal servis xərci km-ə görədir. Deməli maşın alanda servis xərcindən qabaq onu nə qədər sürəcəyiniz və hal hazırki vəziyyətini bilmək lazımdır


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1704   Tarix: 09 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608