Mehriban Əliyeva Kannda çıxış etdi - FOTO

"Bakı-Avropa Oyunları 2015"-in təntənəli təqdimat mərasimi olub.

Fransanın Kann şəhərində "Azərbaycan mədəniyyəti günləri" keçirilir. İyulun 9-da "Bakı-Avropa Oyunları 2015"-in təntənəli təqdimatı olub.

BiG.AZ AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Kann şəhəri yenidən Azərbaycan mədəniyyət təntənələrinə ev sahibliyi edir. Fransanın bu qədim, həm də mədəniyyət tədbirləri ilə zəngin şəhəri artıq bir neçə gün əvvəl Azərbaycanla bağlı baner və posterlərlə bəzədilib. Bununla da şəhər əhalisi və burda istirahət edən minlərlə turist Azərbaycanla bağlı tədbirlər haqqında məlumatlandırılıb. Azərbaycan günləri çərçivəsində tamaşaçılar ölkəmizi müxtəlif aspektlərdə – tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcək.

"Bakı - Avropa Oyunları 2015"-in təntənəli təqdimat mərasimi başlayıb. Tədbirin aparıcısı Azərbaycan, ölkəmizin tarixi və mədəniyyəti haqqında mərasim iştirakçılarına məlumat verib. Bildirilib ki, zəngin mədəni dəyərlərə malik olan Azərbaycan təxminən bir ildən sonra ilk Avropa oyunlarına ev sahibliyi edəcəkdir. Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard Qafqazın mirvarisi olan Azərbaycan ilə Aralıq dənizinin mirvarisi olan Kann şəhəri arasında dostluq əlaqələrinin getdikcə inkişaf etdiyini bildirib. Mer deyib ki, artıq ikinci dəfədir ki, Kannda Azərbaycan mədəniyyət günləri təşkil olunur.

"Azərbaycan zəngin mədəni dəyərlərə malikdir" deyən Kann şəhərinin meri əminliklə bildirib kİ, gələn il ilk Avropa oyunları Bakıda yüksək səviyyədə təşkil olunacaq.

Azərbaycanın birinci xanımı, birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib.

Birinci xanım Mehriban Əliyevanın çıxışı

Hörmətli qonaqlar.

Əziz dostlar.

Xanımlar və cənablar!

Yenidən Kann şəhərində sizinlə birlikdə olmaq çox xoşdur. Mən sizin hər birinizi səmimi qəlbdən salamlayıram və bu gecə bizimlə olduğunuza görə sizə öz dərin minnətdarlığımı bildirirəm.

Kann şəhərinin Fəxri vətəndaşı olmaq mənim üçün çox şərəflidir və mən bu fürsətdən istifadə edərək bu gözəl şəhərə, onun bütün sakinlərinə öz hörmətimi çatdırıram.

Hər il olduğu kimi bu il də biz qonaqpərvərliyi və dostluğu hiss edirik və bizim ölkəmizə göstərilən diqqətə, hörmətə görə, bizim tədbirlərimizə, bizə yardım göstərən hər kəsə xüsusən də Kann şəhərinin meri cənab Devid Lisnarda öz dərin təşəkkürümü çatdırıram.

Əziz dostlar.

Bugünkü görüşümüz Azərbaycanın tarixində çox əlamətdar hadisəyə - 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunub. Bildiyiniz kimi Avropa Olimpiya Komitəsinin qərarı ilə Avropa oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək və bu qərar Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə, böyük dəstəklə qarşılanıb. Məhz bu tarixi qərara görə Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə və prezidentinə öz dərin minnətdarlığımı bildirirəm.

Buna baxmayaraq ki, olimpiya hərəkatı Avropada doğulub və sonradan Avropada bərpa olunub. Bu vaxta qədər Avropa oyunları heç zaman keçirilməyib və belə oyunları tarixə ilk Avropa oyunları kimi daxil olan yarışmaları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir.

Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana dəstək, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən sonra olimpiya oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə ediblər. Oyundan oyuna qazanılan medalların sayı artır. Son yay olimpiya oyunlarında Azərbaycan atletləri on medal qazanıblar və bu nəticələrinə görə Avropa ölkələri arasında 15-ci, iştirakçılar arasında isə 30-cu yeri tutublar.

Ölkəmizdə idman infrastrukturunun inkişafına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 50-dən çox olimpiya mərkəzi inşa olunub. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı son illər artır və bu gənclərin qarşısında yeni perspektivlər və imkanlar açılır.

Ölkəmiz beynəlxalq idman tədbirlərinin keçirilməsində də böyük təcrübə əldə edib. Bakıda idmanın müxtəlif növləri üzrə - Avropa və dünya çempionatları keçirilib. Ötən ay Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən ən yüksək səviyyədə hazırlanmış çempionat kimi qiymətləndirilib.

Məhz bütün bu faktları - idmançılarımızın nailiyyətlərini, mövcud idman infrastrukturunu, dövlət tərəfindən idmana güclü dəstəyi və əlbəttə, ölkəmizin ümumi sürətlə inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu oyunları Azərbaycanda keçirməyə qərar verib.

Olimpiya oyunları Avropanın idman tarixində yeni səhifə açacaq və əlbəttə ilk oyunlar gələcək yanaşmaların standartlarının səviyyəsini təmin edəcəkdir. Buna baxmayaraq ki, hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları yay olimpiya oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımı tədbirlər həyata keçirilir və təşkilat komitəsi çalışır. Biz beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq qurmuşuq. Biz çoxsaylı könüllülərin dəstəyindən istifadə edirik və bütün lazımı işlər həyata keçirilir. Mən ümidvaram ki, birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək.

Əziz dostlar.

Mən fürsətdən istifadə edərək sizi ölkəmizə dəvət edirəm. Ümidvaram ki, birinci Avropa oyunları zamanı ölkəmizin qonağı olaraq, siz həm də Azərbaycanın tarixi, mədəniyyəti, Şərqlə Qərbi birləşdirən memarlıq abidələri və ənənələri ilə də tanış ola bilərsiniz.

Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən birinə çevrilib. Əsrlər boyu ölkəmizdə müxtəlif xalqların və dinlərin təmsilçiləri dostluq, qarşılıqlı etimad və sülh şəraitində rahat yaşayır, fəaliyyət göstərirlər. Bu gün də biz öz ənənələrimizi, köklərimizi və tariximizi qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşırıq.

Əziz dostlar.

Biz bu təqdimatı - birinci Avropa oyunlarının təqdimatını Avropanın müxtəlif şəhərlərində keçirəcəyik. Amma ilk təqdimat Fransada, Kannda keçirilir və bu da təsadüfü deyil. Fransa Avropanın aparıcı dövlətidir, ümumbəşəri mədəniyyət mərkəzidir. İdman sahəsində böyük nailiyyətlər əldə etmiş dövlətdir. Azərbaycan üçün də dost dövlətdir. Mən çox şadam ki, son illər ölkələrimiz arasındakı, xüsusilə də humanitar sahədə olan əlaqələr tamamilə yeni səviyyəyə çıxarılıb. Azərbaycanı daha dərindən tanıdan tədbirlər Fransanın müxtəlif şəhərlərində keçirilir. Bir il bundan əvvəl, yəqin ki, siz xatırlayırsınız Kannda çox böyük uğurla Azərbaycan mədəniyyəti günləri keçirildi və çox böyük maraqla qarşılandı. Azərbaycanın və Fransanın şəhərləri arasında qardaşlaşmaya dair sazişlər imzalanır və mən ümidvaram ki, gələcəkdə Kannla Azərbaycanın bir şəhəri arasında bu ənənə davam etdiriləcək.

Əziz dostlar.

Sonda xatırlatmaq istərdim ki, 1896-cı ildə Fransanın görkəmli ictimai xadimi, pedaqoqu, yazıçısı baron Pyer Kuvertənin səyləri nəticəsində olimpiya hərəkatı bərpa olunub. O vaxtdan etibarən olimpiya hərəkatının təcrübəsi insanları, xalqları, dövlətləri bir araya gətirir, körpüləri qurur, sülh, əmin-amanlıq və dostluq yaradır. Ümidvaram ki, Azərbaycanda keçiriləcək ilk Avropa oyunları bu dəyərlərin möhkəmlənməsinə öz layiqli töhfəsini verəcəkdir.

Bir daha sizin hər birinizi səmimi qəlbdən salamlayıram və xoş axşam arzulayıram.

Təşəkkür edirəm.

Mərasimdə "Bakı - 2015 Avropa oyunları"na həsr olunan video təqdimat olub. Burada ötən dövrdə görülən işlər, tikilən idman obyektləri, Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən toplantılar barədə geniş məlumat verilib.

Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya 2015 - ci ildə ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandırıb. O, bununla bağlı görülən işləri yüksək qiymətləndirərək vurğulayıb ki, Avropa oyunlarına hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Fransa Olimpiya və İdman Komitəsinin prezidenti tam əminliyini ifadə edib ki, Bakı Avropa oyunlarını uğurla başa vuracaq.

Sonra "Bakı-2015 Avropa oyunlarının" təqdimatına həsr edilən ziyafət olub. Azərbaycan incəsənət ustaları mərasimdə konsert proqramı ilə çıxış ediblər.

Daha sonra isə Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq olub. Əvvəlcə Azərbaycanın dövlət himni səslənib.

Atəşfəşanlıq Azərbaycan bəstəkarlarının musiqisi ilə müşayiət olunub.

Artıq ilk Avropa oyunlarının keçirilməsinə bir ildən də az vaxt qalır. Ötən dövrdə görülmüş işlər, Avropa oyunları ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, 2015-ci ildə Avropa oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ölkəmizdə yaşanan olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. Bu, həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir.

Gələn il Bakıda keçiriləcək birinci Avropa oyunlarının ölkədən kənarda keçirilən ilk təqdimatı yüksək səviyyədə baş tutub. Bütün bunlar bir daha təsdiqləyib ki, bu beynəlxalq idman tədbirinə dünyada, xüsusilə də Avropada böyük maraq var və 2015-ci ilin yayında Azərbaycan yenidən dünyanın diqqət mərkəzində olacaq.Mehriban Əliyeva Kannda çıxış etdi - FOTOMehriban Əliyeva Kannda çıxış etdi - FOTOMehriban Əliyeva Kannda çıxış etdi - FOTOMehriban Əliyeva Kannda çıxış etdi - FOTOMehriban Əliyeva Kannda çıxış etdi - FOTOMehriban Əliyeva Kannda çıxış etdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3082   Tarix: 10 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 0
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 0
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 0
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 0