Ölüm təpəsinin sirri

Ölüm təpəsinin sirriBiG.AZ publika.az-a əsasən bildirir ki, 1922-ci ildə Hindistanda İnd çayının adalarının birində arxeoloqlar tərəfindən qum qatının altında qalmış qədim şəhər tapılır. Bu yer Mohenco-Daro adlandırılır. Bu isə yerli dildə ölülər təpəsi mənasını verir. Alimlərin fikrinə görə, şəhər eramızdan əvvəl 2600-cü ildə salınıb və 900 il fəaliyyət göstərib. İddialara görə, şəhər çiçəklənmə dövründə Hindistanın sivilizasiya mərkəzi və Cənubi Asiyanın ən inkişaf etmiş şəhərlərindən biri sayılırdı. Şəhərin 50-80 min arası əhalisi olub.

Bu ərazidə qazıntı işləri 1980-ci illərə qədər aparılıb. Duzlu yeraltı sular əraziyə dolaraq bişmiş kərpicdən tikilmiş binaları uçurub. Bu zaman isə UNESCO-nun qərarı ilə qazıntılar dayandırılıb. Hələlik, şəhərin onda birində qazıntı işləri aparılıb.

Qədim dünyanın şəhəri

Görəsən, 4 min il əvvəl Mohenco-Daro necə bir şəhər olub? Eyni tipli evlər bir xətt üzrə tikilib. Həyətin mərkəzində tikilən evin 4-6 otağı, mətbəx və dəstəmaz otağı olub. Bəzi yerlərdə qalmış pilləkənlər ikimərtəbəli evlərin də tikildiyindən xəbər verir. Əsas küçələr çox enli olub. Küçənin biri şimaldan cənuba, digəri isə qərbdən şərqə doğru uzanırmış. Küçələrdə salınmış arxlar vasitəsilə evlərə su ötürülürmüş. Su üçün quyular da nəzərdə tutulubmuş. Hər bir ev kanalizasiya sisteminə qoşulubmuş. Bişirilmiş kərpicdən hazırlanmış kanalizasiya trubaları yeraltı ilə evlərin çirkab suyunu şəhərdən kənara axıdırmış. Arxeoloqlar burada qazıntı zamanı tualet tapıblar. Bir çox tikili arasında buğda anbarı, ümumi dəstəmaz ritualı üçün nəzərdə tutulmuş 83 kvadrat metrlik hovuz, subasmadan şəhər sakinlərini qoruyan bunker daha çox diqqət cəlb edir. Daşüstü yazıları oxumaq hələki mümkün olmayıb.

Fəlakət

Bu şəhər və sakinlərinin başına nə iş gəlib? Deyəsən, Mohenco-Daro bir an içində məhv olub. Bunu sübut edən bəzi faktlar var. Evlərin birindən 13 böyük insan və bir uşaq skeleti tapılıb. İnsanlar qarət olunmayıb, öldürülməyib. Onlar ölümdən öncə yerdə oturaraq kasadan nə isə yeyiblər. Digərləri isə sadəcə küçə ilə hərəkət edirmişlər. Ölüm onları qəfil yaxalayıb. Bu hardasa Pompeydəki insanların ölümünü xatırladır.
Arxeoloqlar bir neçə versiya irəli sürüblər. Versiyaların birinə görə, şəhər qəflətən düşmənlər tərəfindən tutulub və yandırılıb. Amma qazıntılar zamanı heç bir silah və döyüş əlaməti tapılmayıb. Alimlər kifayət qədər insan skeleti tapıblar. Amma onlardan heç biri savaş zamanı ölməyib. Digər tərəfdən isə belə böyük şəhər üçün bu qədər skelet və insan sümüyü az sayılır. O zaman belə bir təsəvvür yaranır ki, Mohenco-Daro sakinlərinin bir çoxu fəlakətə qədər şəhəri tərk edə bilib. Bu necə ola bilərdi? Kifayət qədər müəmmalı mövzudur.

Çinli arxeoloq Ceremi Sen Mohenco-Daro barədə bu sözləri deyib: "Mən qazıntılarda dörd il işləmişəm. Bura gəlməzdən əvvəl eşitdiyim ən əsas versiyaya görə, şəhər eramızdan əvvəl 1528-ci ildə naməlum qüvvə tərəfindən partlayış nəticəsində məhv edilib. Bir çox yerdə biz çoxlu skeletlərə rast gəldik. Şəhərin məhvi zamanı insanlar xəbərsiz olublar və bu hadisə bir an içində baş verib. Qalıqların analizi zamanı çox müəmmalı bir məqam ortaya çıxıb. Mohenco-Daronun minlərlə sakini radiasiya səviyyəsinin qəfil yüksəlməsi nəticəsində ölüb. Evlərin divarı ərimişdi və dağıntılar arasında yaşıl şüşə qatları var idi. Məhz Nevada səhrasındakı poliqonda nüvə sınaqlarından sonra qumun əriməsi zamanı belə şüşə qırıntıları və qatları üzə çıxırdı. Meyitlərin düzülüşü, dağıntılar isə 1945-ci il Xirosima və Naqasaki faciəsini xatırladırdı. Mən və ekspedisiyanın digər üzvləri belə bir nəticəyə gəldik ki, Mohenco-Daro Dünya tarixində nüvə bombardmanına məruz qalan ilk şəhərdir".
Buna uyğun versiyanı ingiltərəli arxeoloq D.De-Venport və italiyalı araşdırmaçı E.Vinçenti də irəli sürüb. İnd çayı sahillərindən gətirilmiş nümunələrin analizi zamanı qrunt və kərpicin 1400-1500 dərəcə istilikdə əridiyi məlum olub. Belə bir temperatur eradan əvvəl ancaq dəmirçi körüyündə alına bilərdi. Bəs, belə bir böyük ərazidə necə alınıb?

Dini kitablar bu barədə nə deyir?

Deməli, bu, nüvə partlayışı olub. Amma bu, 4 min il əvvəl ola bilərdimi? Gəlin, tələsməyək. Qədim Hind dastanı Mahabharataya müraciət edək: "Allahların sirli silahı paşupatini istifadə edəndə bu hadisələr baş verir: yer ayağımızın altından qaçdı, ağaclar sovruldu. Çaylar coşdu, böyük dənizlər təlatümə gəldi, dağlar cadarlandı, külək qopdu. Alov soldu, günəşin şüaları söndü...

Günəşdən min dəfə parlaq olan ağ alovlu tüstü havaya sovruldu və şəhəri tam olaraq yandırdı. Su qaynadı. Minlərlə at və araba yandı. Məhv olmuş insanların meyitləri istidən tanınmaz hala düşdü. Sürətli və güclü viman (uçan aparat) ilə uçub gələn Qurka (Tanrılar) üç şəhərə qarşı Kainatın gücü ilə doldurulmuş bir silah göndərdi. Alovun və tüstünün bərq vuran sütunları on min günəş kimi parıldadı. Həlak olmuş insanları tanımaq olmurdu. Sağ qalanlar isə çox yaşamadılar. Onların saçı, dişi və dırnaqları tökülürdü.

Günəş səmada yerini dəyişdi. Yer titrədi. Silahın gücü torpağa təsir etdi. Fillər alovdan yanaraq müxtəlif istiqamətlərə qaçmağa başladılar. Bütün canlılar məhv olaraq torpağa sərildilər. Hər yerdə alov dilimləri ətrafı yandırdı".
Bu qədim hind mətnini oxuduqdan sonra anlamaq mümkündür ki, bütün baş verən hadisələr bizə yazılı formada gəlib çatıb. Sadəcə, bunları araşdırmaq, üzə çıxarmaq, faktları tutuşdurmaq lazımdır. Bu tip mətnlərin bir çoxunu 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlinə qədər tərcüməçi və alimlər, sadəcə, nağıl sayırdılar. Çünki nüvə başlıqlı raketlər hələ icad olunmamışdı...

Şəhər əvəzinə səhralıq

Mohenco-Daroda üzərində müxtəlif heyvan və quş (meymun, tutuquşu, pələng, kərgədan) təsviri olan fraqmentlər tapılıb. Yəqin ki, bu dövrdə Hindistan ərazisi başdan-ayağa cəngəllik olub. İndi bura səhralıqdır. Qədim və möhtəşəm Babilistan və Şumer də qumların altına qərq olub. Qədim şəhər dağıntıları Misir və Monqolustan səhralarında da var. Alimlər Amerika qitəsində də qədim yaşayış məskənləri tapırlar. Amma bu ərazilər indi insan yaşayışı üçün uyğun deyil. Qədim Çin mənbələrinə görə, Qobi səhrasında da çox yüksək inkişaf etmiş dövlət olub. Qədim tikililərə, hətta Böyük Səhrada da rast gəlmək mümkündür.
Bu səbəbdən belə bir sual ortaya çıxır: nə vaxtsa yüksək inkişaf etmiş şəhərlər niyə cansız səhralara çevrilib? Təbiət, iqlim dəyişikliyi olub? Tutaq ki, belədir. Bəs, niyə bu hadisə zamanı qum əriyib? Qobi səhrasının Çin ərazisində, Lobnor gölü rayonunda, Böyük Səhrada, Nyu-Meksika səhrası kimi ərazilərdə ərimiş qum qalıntıları tapılıb. Qumun əriyib şüşəyə çevrilməsi üçün lazım olan temperatur Yer Kürəsində təbii üsulla yarana bilməz. Amma 4 min il əvvəl insanların nüvə silahına sahib olması fikri də yürüdülə bilməz. Deməli, bu silah Tanrılar tərəfindən, digər bir ifadə ilə yad planetlilər, uzaq kosmosun qəddar qonaqları tərəfindən istifadə edilib...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2811   Tarix: 17 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489