Günay Məmmədovanın atası: "Qızımın qanını yerdə qoymayacam" - FOTO

Günay Məmmədovanın atası: "Qızımın qanını yerdə qoymayacam" - FOTOMetrodan daimi istifadə edənlər, bəlkə də, onu tez-tez görməyə adət etmişdilər. Təəssüf ki, bir ilə yaxındır ki, sərnişinlər "Gənclik"də qatar yola salıb qarşılayan növbətçini görmür. Söhbət ömrünün 22-ci baharında faciəli ölümü ilə yaddaşlarda qalan Bakı Metropoliteninin işçisi Günay Məmmədovadan gedir.
2013-cü il avqustun 30-da itirdiyimiz gənc qızın ildönümü ərəfəsində atası Hüseyn Məmmədov Publika.az-a danışdı.
Qızının ölümü ilə bağlı istintaqın gedişatından narazı qalan Hüseyn Məmmədov bu müddət ərzində döymədiyi qapı, müraciət etmədiyi orqan qalmayıb. Amma səsinə səs verən yoxdur. Onun sözlərinə görə, hadisə yenicə baş verəndə bir az cəhd göstərildi: "Onda istintaqı Suraxanı Rayon Prokurorluğu aparırdı. Onların işindən razı idim. Yolda quraşdırılmış kameraya düşən görüntülər də fakt kimi istintaq materiallarına əlavə olundu. Amma buna görə, işi aparan müstəntiqə töhmət verdilər və cinayət işini ondan aldılar. Bu hadisədən sonra hər şey dəyişdi. Hara getdimsə, qapılar üzümə bağlandı. Bu məsələyə biganə yanaşdılar. Dedilər ki, qızın intihar edib. Mənim qızım dəli və ya xəstədi intihar eləsin? Bir sözlə, istintaqın gedişatında kamera görüntülərini gizlətdilər, araşdırmanı dayandırdılar".
Qızının ölümü ilə bağlı cinayət işinin artıq Bakı Şəhər Prokurorluğunda davam etdirildiyini deyən H. Məmmədov onu da əlavə etdi ki, şəhər prokuroru Əziz Seyidovun qəbulunda olub. General məsələ ilə şəxsən maraqlanacağına dair söz verib. Daha sonra Mehriban Əliyevaya ərizə ilə müraciət edib. Qızının qanının yerdə qalmayacagına and içib: "Qızıma məzarı qarşısında söz verdim ki, sənin qanın yerdə qalmayacaq". Bu aralar başım bir az qarışıqdır, ildönümünə hazırlaşırıq" deyə bildirdi.
Ravil Rzayevin azadlıqda gəzməsini ədalətsiz hesab edən Günay Məmmədovanın atası bildirdi ki, bu, polis adına ləkədir: "Ravil hələ də metropolitendə polis işləyir. Gərək o faciədən sonra utandığından ordan çıxardı. Amma o, heç nə olmamış kimi öz işində-gücündədir. Bu məsələnin axırına çıxandan sonra Ravilin başını kəsib qoyacam valideynlərinin qarşısına".
Ravillə bağlı mətbuata şok açıqlamalar verəcəyini iddia edən Hüseyn Məmmədov onu da qeyd etdi ki, indiyə qədər oğlanın valideynləri onlarla maraqlanmayıb. Yas mərasiminə belə gəlməyiblər. "O, mənim uşağımı küçənin ortasında qoyub qaçsa da, valideynləri həmin gün mənim qapıma – yasa gəlsəydilər, bəlkə də, bağışlayardım",- deyə bildirdi.
Xatırladaq ki, ötən il avqustun 30-da gecə saatlarında aeroport yolunun Bülbülə qəsəbəsindən keçən hissəsində, iddialara görə, Günay Məmmədovanı nişanlısı Ravil Rzayev idarə etdiyi avtomobildən aşağı atıb.
Faktla bağlı Bakı Şəhər Prokurorluğundan bildirildi ki, hələ istintaq gedir, cinayət işinə bəzi materiallar da əlavə olunub. Bu barədə istintaq yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Günay Məmmədovanın atası: "Qızımın qanını yerdə qoymayacam" - FOTOGünay Məmmədovanın atası: "Qızımın qanını yerdə qoymayacam" - FOTOGünay Məmmədovanın atası: "Qızımın qanını yerdə qoymayacam" - FOTOGünay Məmmədovanın atası: "Qızımın qanını yerdə qoymayacam" - FOTOGünay Məmmədovanın atası: "Qızımın qanını yerdə qoymayacam" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 20969   Tarix: 17 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505