Vurulacaq təyyarəyə son anda minmədi - FOTO

BiG.AZ publika.az-a əsasən bildirir ki, Avstraliyalı tələbə evə dönmək üçün MH17 reysinə aldığı təyyarə biletini son anda dəyişib. Qeyd edək ki, Amsterdamdan Kuala-Lumpura yön alan təyyarə Ukrayna səmasında raketdən açılan atəş nəticəsində vurulub və nəticədə 298 insan yerindəcə həlak olub.

Avstraliyanın Viktoriya şəhərindən olan 20 yaşlı Bek MakDonaldın bir aylıq Avropa səyahətini bitirərək Amsterdamdan vətənə dönməli idi.

Universitetdə psixologiya üzrə təhsil alan Bekin qardaşı uçuşa bir gün qalmış ona daha ucuz başa gəlməsi üçün London hava limanından uçmağı məsləhət görüb. Londondan Kuala-Lumpura gedən qız Malayziyadan MH17 təyyarəsi ilə Avstraliyanın Melburn şəhərinə enməli idi.

Kuala-Lumpurda MH17 təyyarəsini gözləyən Bek elə oradaca da qardaşından aldığı ismarıcda əslində minməli olduğu təyyarənin terror nəticəsində vurulduğunu öyrənib.

Vurulacaq təyyarəyə son anda minmədi - FOTOVurulacaq təyyarəyə son anda minmədi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4518   Tarix: 24 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040