Meyitlər şəhəri: bura ancaq ölməyə gəlirlər – VİDEO 23

Meyitlər şəhəri: bura ancaq ölməyə gəlirlər – VİDEO 23BiG.AZ publika.az-a əsasən bildirir ki, planetimizdə qədim sivilizasiyanın əlamətlərini, adət-ənənələri qoruyub saxlayan yerlər çoxdur.

Belə yerlər müasir insanlara maraqlı gəlir, bəzən də dəhşət doğurur.

Məsələn, Hindistanda Varanasi adlı şəhər var. Əsrlər boyu milyonlarla hindli məhz bu şəhərdə ölmək və yandırılmaq arzusu ilə yaşayır. Şəhərdəki krematoriyalar sutkada 24 saat dayanmadan işləyir. Hər gün minlərlə insan yandırılır.

Varanasi hinduizm dini üçün vacib şəhərlərdən biridir. Hindu inancına görə, insan öldükdən sonra yenidən dirilir. Yəni ruh ölmür. Hindular hesab edir ki, Varanasi kainatın mərkəzidir və allahlar məhz burada yenə enir və insan burada ölərsə, tanrılara qovuşa bilir.

Şəhərə gəlmiş turistlər buradakı görüntülərdən dəhşətə gəlir. Qanq çayının suları meyitlərlə doludur, sahildə isə minlərlə tonqal var. Bu tonqallarda cəsədləri yandırırlar. Yandırılmış insanların külündən kiçik təpələr əmələ gəlib. Sahilə yaxın dayaz sularda vəhşi quşlar meyitləri didir, yaxınlıqda isə hindli kişi bu mənzərəyə fikir vermədən əl-üzünü yuyur.

Bəli, əsəbi zəif olanlar üçün baxılası mənzərə deyil. Amma bu, hindlilərin adi həyat tərzidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3696   Tarix: 26 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390