Yapon və kanadalı tarzənlər – VİDEO

Yapon və kanadalı tarzənlər – VİDEOGənclərin milli musiqi alətimizdə möhtəşəm ifası zövq oxşadı.

Youtube kanalında əcnəbi gənclərin Azərbaycan muğamını tarda məharətlə ifa edən bir neçə videosu yerləşdirilib.

BiG.AZ ölkəmizdə artıq bizdən biri kimi qəbul olunan həmin gənclərin haqqında qısa arayışı təqdim edir:

Osaka şəhərində dünayaya gələn və orada böyüyüb boya-başa çatan yaponiyalı Yoshito Katanoda hazırda ADA universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsil alır. Azərbaycan musiqisi və mədəniyyətinə həvəs onda hələ buraya gəlməzdən əvvəl yaranıb. O, internetdə tarda səslənən musiqini dinləyib və qərar verib ki, nə zamansa Azərbaycana gəlsə, mütləq tarda ifa etməyi öyrənəcək.

Yoshito Katanodanın tara olan böyük həvəsinə görə təhsil aldığı universitetin rəhbərliyi əcnəbi tələbəyə tar hədiyyə edib. Əlbəttə ki, həmyerlilərimiz tərəfindən belə addımın atılması çox sevindirici haldır.

Polina Dessiatnitchenko isə Rusiyada doğulsa da 10 yaşından Kanadada yaşayır. Onun Azərbaycan muğamı ilə ilk tanışlığı elə Kanadada olub. O, 2010-cu ildə Torontoda muğam üçlüyünün ifasını dinləyərək muğama, necə deyərlər, sözün əsl mənasında aşiq olub. Həmin vaxtlarda Polina elmi işi üçün orada etnokafedraya müraciət edərək, məhz Azərbaycan musiqisini seçəcəyini bildirib. Kafedra rəhbərliyi onun bu qərarına hörmətlə yanaşaraq gənc xanıma bu sahədə imkan yaradıb.

Toronto Universitetinin musiqi fakültəsində oxuyan Polina gələcək fəaliyyətini tamamilə muğam sənətinə həsr etməyi düşünür. Kanadalı tarzən Ramiz Quliyev və Aslan Məhərrəmovdan tar dərsləri alır.

Hər iki gənc tarda ifa etməyi öyrənməklə yanaşı konsert proqramlarında da çıxış edirlər.

Bax budur, Azərbaycan muğamının qüdrəti!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3299   Tarix: 26 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740