Pikassonun qızı atasının əsərlərini hədiyyə verib

Pikassonun qızı atasının əsərlərini hədiyyə verib"Le Monde" qəzeti yazır ki, rəssam Pablo Pikassonun böyük qızı Mayya Vidmayer-Pikasso (Maya Widmaier Picasso) atasının yaradıcılığına həsr olunmuş muzeyə onun bir neçə əsərini hədiyyə vermək qərarına gəlib.

BiG.AZ saytı axşam.az saytına istinadən xəbər verir ki, Parisdəki Pikasso muzeyi rəssamın yaradıcılığının kubizm dövrünə aid bir əsəri, habelə onun karandaşla çəkdiyi etüdlərdən ibarət albomu hədiyyə alacaq.

Əsərlər muzeyə 2014-cü il oktyabrın 25-də - beş il davam etmiş yenidənqurmadan sonra muzeyin açılışı günü təqdim ediləcəkdir. M.Vidmayer-Pikassonun vəkilləri tərəfindən verilmiş məlumata görə, bu hədiyyə ilə o, "muzeyin açılışını mümkün etmiş Fransanın mədəniyyət və kommunikasiya naziri Oreli Filippettinin komandasını dəstəklədiyini ifadə etmək" istəyir.

Muzeyə hədiyyə veriləcək 1908-ci ilə aid rəsm kubizm üslubunda yaradılmış qadın portretidir. Arxa planda qadına tərəf əyilmiş Giyom Apolliner təsvir edilmişdir. Bu əsər artıq muzeyin kolleksiyasında olan diptixin bir hissəsidir. Bloknotda Pikassonun 1960-cı ildə çılpaq naturadan karandaşla çəkdiyi 38 etüd vardır.

Parisdəki Pikasso muzeyi 2009-cu ildə yenidənqurma üçün bağlanmışdı. Təmir beş il davam etmiş və açılış günü bir neçə dəfə təxirə salınmışdı ki, bu da rəssamın varisləri ilə Fransa hökuməti arasında münaqişəyə səbəb olmuşdu. Münaqişə sonda muzeyin rəhbərliyinin dəyişməsinə gətirib çıxardı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 737   Tarix: 29 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877