Azərbaycanda yeni telekanalın fəaliyyətə başlayacağı tarix məlum oldu

Azərbaycanda yeni telekanalın fəaliyyətə başlayacağı tarix məlum olduAPA-nın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin rəhbərliyi ilə keçirilən görüşdə bildirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AzTV-nin nəzdində "Mədəniyyət" kanalının yaradılması münasibəti ilə televiziya kollektivini təbrik edib, daim Azərbaycan Televiziyası ilə əməkdaşlıq edən nazirliyin gələcəkdə də bu əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Son illər ölkənin mədəni həyatında atılan uğurlu addımlardan danışan nazir deyib ki, ölkə prezidenti təkcə mədəniyyət sahəsini əhatə edən 300-dən artıq sənəd imzalayıb. Əsaslı yenidənqurma işləri və mədəni islahatlar sayəsində Bakı regionun mədəni paytaxtına çevrilib. Ölkə beynəlxalq mədəni arenada layiqli təmsil olunur, həmçinin bir sıra nüfuzlu beynəlxalq müsabiqələrə, festivallara ev sahibliyi edir. Nazir "Mədəniyyət" kanalının bütün bu proseslərin daha geniş formada işıqlandırılmasına və təbliğinə duyulan ehtiyacı ödəyəcəyinə ümid etdiyini deyib.

AzTV-nin sədri Arif Alışanov isə kanalın əsas məqsədinin Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ etmək, ölkədə gedən mədəni islahatlarla yanaşı milli-mənəvi dəyərləri, tarixi memarlıq nümunələrini və turizm potensialını təbliğ etmək olduğunu bildirib: "Mədəniyyət kanalının uğurlu fəaliyyəti üçün Azərbaycan Televiziyasının kifayət qədər təcrübəsi, zəngin fondu, müasir texniki təchizatı və peşəkar kadr potensialı var. Fevralın 14-dən fəaliyyətə başlayacaq yeni kanal həm yerüstü ötürücülər, həm də peyk vasitəsi ilə yayımlanacaq".

Görüşdə yeni yaradılacaq kanalda yayım planlaşdırması, proqram və mövzu müxtəlifliyi, əməkdaşlıq imkanları müzakirə edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5300   Tarix: 07 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278