Dünyanı cənginə alan təhlükəli virus Azərbaycanda yayıla bilərmi?

Dünyanı cənginə alan təhlükəli virus Azərbaycanda yayıla bilərmi?Afrikada baş qaldıran "Ebola" virusu sürətlə başqa qitələrə də yayılır. Məlumatlara görə, Böyük Britaniyanın Birmingem şəhərində pasinetlərdən birində bu virus aşkarlanıb. Onun Afrikadan yenicə qayıtdığı bildirilir. Məsələ ilə bağlı Britaniya hökuməti təcili iclas çağırıb. Paralel olaraq Çinin Honkonq şəhərində də Afrikaya turist səfəri edən qadında bu virus aşkarlanıb.

BiG.AZ Movqe.az-a istinadən bu təhlükəli virusun Azərbaycana keçmə təhlükəsinin olub olmadığını öyrənmək məqsədilə ölkənin baş infeksionolisti Namiq Əliyevlə əlaqə saxlayıb. N. Əliyev hazırda Azərbaycan üçün bu virusun yayılma təhlükəsinin olmadığını bildirib. Onun sözlərinə görə, virusun Azərbaycana keçmə ehtimalı demək olar ki yoxdur. Çünki virusun əsas ocağı sayılan Afrikaya Azərbaycandan gediş-gəliş demək olar ki yox səviyyəsindədir. Qeyd etmək lazımdır ki, hazırda Qvineya, Liberiya və Syerra-Leone kimi Qərbi Afrika ölkələrində "Ebola" virusu bir neçə ayda 660-a qədər artıq insanın ölümünə səbəb olub. Hələ ki, heç bir peyvəndin təsir göstərə bilmədiyi virus 90% halda insanın ölümünə səbəb olur. İlk dəfə Afrikanın Ebola bölgəsində qeydə alınan virus kəskin qızdırma, diareya və qan qusuntuları ilə müşahidə olunur. Virus tər,qan,tüpürcəkyolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomlarıqızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir. Sonuncu dəfə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4292   Tarix: 01 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 348
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 169
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 594
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 209
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 611
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 356
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 796
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 884
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 808