Bacı-qardaş qısqanclığı: Valideynlər nə etməli?

Bacı-qardaş qısqanclığı: Valideynlər nə etməli?BiG.AZ bildirir ki,"Narınc" Uşaq Psixologiya Mərkəzinin psixoloqu Naibə Hacıyeva bacı-qardaş qısqanclığından yazır.

Qısqanclıq hissi uşağın "hər kəsin yeganə sevimlisi olmaq" istəyindən yaranır. O, rəqibinin olmasını heç bir vəchlə qəbul etmək istəmir. Uşaqlarda bu hisslər artıq iki yaşından etibarən özünü göstərir. Ailəyə yeni bir qardaş və ya bacı gələrsə, bu zaman valideynlərin daha böyük sevgisi uğrunda mübarizə başlayır. Bu rəqabət valideynlərin münasibətindən asılı olaraq açıq və ya gizli şəkildə gedə bilir.

Uşaqlar arasındakı qısqanclıq valideynləri çox narahat edir və onlar qısqanclıq müşahidə edən zaman uşağı ciddi cəzalandırırlar. Bəzi ailələrdə isə valideynlər əksinə, uşaqlarda rəqabət hissi yaratmaq üçün yanlış üsullardan olan müqayisə etməyə çalışırlar.

Ancaq təəssüf ki, bu yanaşmaların heç biri qısqanclıq problemini həll etmir. Uşaqlarda qısqanclıq hissinin olması həmişə mümkündür, çünki hər bir uşaq istəyir ki, onu digərlərindən daha çox sevsinlər. Amma bu istək real ola bilməz.

Qısqanclıq probleminin həlli zamanı valideynlərin qarşısında duran əsas iş uşaqlarda qısqanclıq hissinin ən az səviyyəyə endirilməsidir. Qısqanclığın dərəcəsinin artması və ya azalması təbii ki, valideynlərin onlara göstərilən münasibətindən çox asılıdır. Bunun üçün aşağıdakıları nəzərə almalıyıq:

Uşaqları heç vaxt müqayisə etmək lazım deyil. Yəni, uşaqlarla münasibətdə onlara "Bax, görürsən, o, səndən daha yaxşıdır", "Sən nə üçün qardaşın (bacın) kimi deyilsən?" və s. bu kimi ifadələrdən istifadə etmək olmaz. Əgər uşaqlardan biri özündən daha qabiliyyətli, daha ağıllı olan qardaşını (bacısını) qısqanırsa, heç vaxt onun hisslərinə toxunacaq fikirlər səsləndirməyin. Məsələn, ona "Nə olsun ki, sən məktəbdə oxumağına görə seçilmirsən, əvəzində idmanda böyük uğurlar qazanmısan" ifadəsi yerinə "Mən bilirəm ki, sən də əlaçı olacaqsan. Sən buna qadirsən, sadəcə daha çox çalışmalısan" deyib onu başa düşdüyünüzü, ona güvəndiyinizi hiss etdirməlisiniz.

Böyük qardaş daha güclü, daha sərbəst və digər üstünlüklərə malik olduğuna görə qısqanılır.

Balaca ona görə qısqanılır ki, valideynlər ona görə daha çox narahat olur, onunla daha çox maraqlanırlar.

Bacılar qardaşları onların sərbəstliyinin çox olduğuna görə, qardaşlar bacıları isə onlara daha çox diqqət yetirildiyinə görə qısqanırlar.

Uşaqlar çox zaman öz qısqanclıqlarını gizlədə bilmirlər. Valideynlərindən tez-tez körpənin qardaşının (bacısının) yenidən xəstəxanaya qaytarılmasının mümkün olub və ya olmadığını soruşurlar. Körpəyə qarşı zorakılıq göstərirlər. Məsələn, körpənin əlini-qolunu dartırlar, vururlar, çimdikləyirlər və s.

Uşağın körpə qardaşına (bacısına) qarşı isti münasibətini yaratmaq və gücləndirmək üçün valideynlərin körpənin qayğısına qalmağı ona da həvalə etmələri məqsədəuyğundur. Bu zaman uşaq körpənin köməksiz, zəif olduğunu hiss edir və onda qorumaq instinkti yaranır. Beləliklə, uşaqda körpə üçün nə isə etmək arzusu əmələ gəlir.

Uşaqlar körpəyə qulluq zamanı valideynlərinə kömək edə bilərlər. Məsələn, onlar körpənin oyuncaqlarını, geyimlərini gətirə bilərlər, həmçinin körpəni yedizdirmə, geyindirmə və s. işlərdə də iştirak edə bilərlər.

Körpə həyatının ilk aylarında əsasən yatır və onu yedizdirmək, çimizdirmək, geyindirmək və s. kimi fiziki işlərdən başqa heç bir xüsusi diqqət tələb etmir. Bu isə valideynlərə imkan verir ki, vaxtının çox hissəsini digər uşağa sərf etsin. Özünə qarşı böyük diqqəti hiss edən uşaq sonra bu diqqəti özü körpəyə göstərir.

Əziz valideynlər övladınıza zaman ayırın. Birlikdə müxtəlif oyunlar oynayın, gəzməyə gedin, söhbət edin, onu xüsusi və əvəzedilməz sevgi ilə sevdiyinizi ona hiss etdirin. Beləliklə, siz qısqanclıq problemini həll etməklə yanaşı həm də özünə güvənən, güclü şəxsiyyət qazanmış olacaqsınız.

Uşağınızı xoşbəxt bir ailə mühiti ilə təmin edin.

Uşaqları yaxşı etməyin tək üsulu – onları xoşbəxt etməkdir!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1523   Tarix: 01 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055