Qənirə Paşayeva: Heç kim bizdən millət vəkili olmağı xahiş etməyib

Qənirə Paşayeva: Heç kim bizdən millət vəkili olmağı xahiş etməyib"MƏN İSTEDADIMLA, AĞLIMLA HEÇ BİR KİŞİDƏN GERİ QALMIRAM"

Millət vəkili Qənirə Paşayeva "Zərif qəhrəman" verilişinin qonağı olub.

BiG.AZ-ın Axşam.az-a istinadla məlumatına görə, o, qadınların karyerada qazana biləcəkləri uğurlardan bəhs edib:

"Simona de Bovuar deyib: "Xilasını başqa birində görmək yıxılmağın ən kəsə yoludur". Mən həmişə özümü xilaskar kimi görmüşəm. Ağlayıb sızlamaqdansa, ən yaxşısı, bir problemdən çıxış yolu axtarmaqdır. Qızlarımızda da hər şey var: ağıl, istedad, qabiliyyət... Zəhməti sevmə hissi qadınlarda az deyil, hətta bəlkə kişilərdəkindən də çoxdur.

Qadınlara maneə olacaq duyğu inam hissidir. İllərlə kişilər tərəfindən formalaşdırılmış süni stereotiplər səbəbindən xanımlarda bu hiss yox olub. "Mən edə bilərəm, bacararam" demirlər. Kişilər qadınların ətrafında sirli, saxta bir aura yaratmaqla onları cəmiyyətdə başqa biri olmaq məcburiyyəti ilə üz-üzə qoyublar. Mən istedadımla, ağlımla heç bir kişidən geri qalmıram. Bu, özüməinam duyğusudur".

Q.Paşayeva həyatda qazandıqlarına görə atasına borclu olduğunu deyib:

"Bu yerdə olmağımda atama borcluyam. Hər bir qızın arxasında atası dayanarsa, ona inanarsa, qızının arzularını məhv etmək yerinə, "sən edə bilərsən, bacararsan, ayaqlarının üstə durarsan, sənə güvənirəm" deyərsə, bu, hər bir qadında alınacaq. Atamı belə gördüm. Həmişə arxamda dayandı. "Qızdır, önəmli olan ailə qurmağıdır" deyənləri atam "Bu, onun öz seçimidir" sözləri ilə susdurdu. Buna görə də mən uğur qazandım".

Karyerasından danışan millət vəkili peşəsinə olan sevgisini belə ifadə edib:

"Sevmədiyim kəlmə bəzilərinin çıxıb "öz həyatımı xalqa qurban verdim" deməsidir. Bu, bir növ minnət qoymaqdır. Heç kim bizdən millət vəkili olmağı xahiş etməyib. Bu, mənim üçün şərəfdir. Mən dedim: əgər mənə güvənsəniz, etimad göstərsəniz, bunu özümə ən böyük şərəf kimi dəyərləndirərəm. Onları layiqli təmsil edəcəyimə söz verdim. İnsanlardan dəstək istədim, onlar da inandı. Biz bu həyat yolunu düşünərək seçdik. Şərəfli işdir. On minlərlə insanı təmsil edirsinizsə, bundan önəmli nə iş ola bilər?

Nələrisə gözünü qırpmadan qurban verirsən: istirahətə, əyləncəyə, yatıb-durmağa ayrılan zamanı buna sərf edirsən. Peşman deyiləm. İtirdiyim bir şey yoxdur, əksinə qazandığım var. Mən yayda tətilə getmərəm, onun əvəzinə hər hansı bölgəyə yollanaram, insanlarla söhbət edərəm, dincələrəm. Bundan gözəl nə ola bilər? 20 gün istirahət etmədim deyə, narahat olmağa dəyər? Bu işi sevərək görürəm. Ona görə deyirəm ki, insan sevdiyi işlə məşğul olsa, ən böyük uğuru qazanmış sayılar".

Q.Paşayeva karyeranın ailə həyatına mane olmadığını söyləyib:

"Hər bir insan öz işini görə, eyni zamanda da yaxşı həyat yoldaşı, ana, bacı ola bilər. Karyera buna maneə deyil. Qadınları hər zaman belə bir halla üz-üzə qoyublar: "karyera qurmaq, mütləq ailə sahibi olmağa əngəl yaradır". Xeyr, öz ailəmdə, yaxınlarımda da görmüşəm, bu, belə deyil. Hər zaman qızlara demişəm: əgər siz mənə baxıb düşünürsünüzsə ki, mən ailəmi karyerama qurban vermişəm, yanılırsınız.

Heç bir qız fikirləşməməlidir ki, karyeranı ailəyə, ailəni də karyeraya qurban verəcək. Hər ikisini eyni anda idarə etmək mümkündür. Əgər tale sənə heç bir əngəl yaratmırsa, bunları bacaracaqsan".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2247   Tarix: 18 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925