San Fransisko qadağaları…

San Fransisko qadağaları…Bir çoxlarımıza məlumdur ki, ABŞ-da hər bir ştat öz ərazisi daxilində öz qanunlarını yaratmaq hüququna malikdir. Bəzən bu qanunlar ədalətli və başa düşülən olduğu halda, bəzən də kifayət qədər qəribə təsir bağışlayır. Məsələn, San-Fransisko dövlət qulluqçularının Arizona ştatına səyahəti qadağandır. Bəs bu şəhərdə daha nələr qadağan edilib?

McDonalds-da oyuncaqlı "Happy meal"

Technomic-in 2009-cu ildə apardığı araşdırmaya görə, amerikalı uşaqlar bu restoranlar şəbəkəsini ən sevdikləri restoran olaraq seçmişlər. Buna əsas səbəb isə Happy Meal tərkibində oyuncaqların olması bu tendensiyanı sürətləndirmişdir. Uşaqlar yeməklə birgə oyuncaq əldə etməyi sevdiklərini bildirmişlər.

Qeyri-sağlam qidalanmaya səbəb olan bu restoranın marketinq gedişini dayandırmağı qərara alan San-Fransisko rəhbərliyi Happy Meal satışını qadağan edir. Bununla yanaşı, McDonalds hüquqşünasları öz işlərini "yaxşı" görmüş və məhdudiyyətlərdən xilas olmağın yolunu tapmışlar. Belə ki, San-Fransisko oyuncaqların satışını qadağan edə bilməzdi və uşaq yeməklə birgə oyuncaq da əldə etmək istəsəydi əlavə olaraq 10 sent ödəməli idi. Bu mübarizə hələ də davam edir.

Plastik paketlər

Hazırda əksər supermarket şəbəkəsi və apteklərdə plastik paketlərdən istifadə edilmir. Lakin San-Fransisko rəhbərliyi bu qadağanı şəhərin bütün mağazalarında genişləndirmək qərarına gəlib. Bu tədbir qlobal istiləşmə və planetdə neft ehtiyatlarının tükənməsinin qarşısını almaq məqsədilə görülüb.

Qablaşdırılmış su

2007-ci ildə şəhər büdcəsindən şüşədə olan su almaq üçün istifadə edilməsi qadağan edən qanun qəbul edilib. Bundan əlavə, şüşələrdə olan su park və şəhərə məxsus ərazilərdə satılmır. Qadağa şəhər rəhbərliyinin 2020-ci il üçün nəzərdə tutduğu tullantısız istehsalat proqramı çərçivəsində həyata keçirdiyi növbəti addımdır. San-Fransisko 2016-cı ilə qədər şüşə su satışına ümumiyyətlə qadağa qoymaq niyyətindədir.

Siqaret çəkmək

Kaliforniya ştatında bütün ictimai yerlərdə, restoran, kafe, bar və ofislərdə siqaret çəkmək qadağandır. Küçədə isə bina girişinə 6 metr yaxın ərazidə siqaret çəkmək olmaz. San-Fransisko və digər şəhərlərdə bu qadağa park və meydanlara da aiddir. Siqaret çəkməyə görə isə nəzərdə tuutlmuş cərimə 100 dollardır. Hər dəfə qayda pozuntusu təkrarlandıqda isə cərimə məbləği 100 dollar artırılır.

Qazlı içkilər

Bu qadağa da öz növbəsində əhalinin sağlamlığının qeydinə qalmaq və piylənmə ilə mübarizə aparmaq məqsədi daşıyır.

Arizona

Bu qadağa nə qədər qəribə səslənsə də, Arizona ştatının ciddi miqrasiya siyasətinə qarşı bütün dövlət qulluqçularının bu ştata gedişi qadağandır. Burada istisnalar yalnızca istintaq aparan polislər üçün keçərlidir.

Reklamda odlu silahdan istifadə

San-Fransisko ərazisində reklamlarda odlu silah təsvir etmək qadağandır. Bu senzura hətta film posterlərinə də şamil edilir.

Kinder sürpriz

Bu qadağa tək San-Fransiskoda deyil, bütün ölkə ərazisində keçərlidir. ABŞ ərazisinə gətirilən hər 1 "Kinder" yumurtası üçün 2500 dollar nəzərdə tutulub. Qeyd edək ki, bu qadağa 1938-ci ildən etibarən qüvvədədir və içərisində yeyilməyən obyekt olan istənilən konfetin satışı qadağandır.

banker


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1185   Tarix: 02 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib. Axşam.az xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib. Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dor

14.04.2024 499
.

Ölməzdən 1 ay əvvəl hər kəsin gördüyü yuxular

Los-Angeles hospitalının tibb bacısı Culie Fadden insanların ölməzdən əvvəl nə gördükləri ilə bağlı mühüm müşahidələrini paylaşın. O qeyd edib ki, "demək olar ki, bütün insanlar" ölməzdən təxminən bir ay əvvəl təsəlliverici görüntülər yaşayırlar. xəbər verir ki, o, müşahidələrini "TikTok"

07.04.2024 837
.

Kanadadan piyada keçidlərindən rahat keçmək üçün kərpicli həll - VİDEO

Kanadada piyada keçidlərinin yanında kərpic qutular quraşdırılıb. Bunun maraqlı səbəbi var. Belə ki, kərpiclərdən avtomobillərin dayanmasını təmin etmək üçün istifadə olunur. Yolu keçərkən onları əlinizdə tutmaq kifayətdir. Bu, işıqfor olmayan piyada zolağından keçərkən kömək edir. Əslində, kərpic polistiro

07.04.2024 329
.

"WhatsApp"da yeni qaydalarla razılaşmayanların hesabları bloklanacaq – Bu tarixdən

Yazışmalarınıza və hesabınıza girişi saxlamaq üçün yeni şərtlərlə razılaşmalısınız. xarici mediaya istinadla bildirir ki, dünyanın ən məşhur mesajlaşma proqramı WhatsApp məxfilik siyasətini və xidmət şərtlərini yeniləyir. İstifadəçilər aprelin 11-dək yeni qaydalarla razılaşmalıdırlar, əks halda onları

31.03.2024 588
.

Dünyanın bu bölgələrini yayda cəhənnəm istisi bürüyəcək - PROQNOZ

Qlobal istiləşmə planetimizin ən aktual problemlərindən biri olaraq qalır. xarici KİV-ə istinadən bildirir ki, çinli mütəxəssislərin proqnozuna görə, bu il cəhənnəm istiləri Yer kürəsinin üç regionunu əhatə edə bilər. Nəticələr göstərib ki, Filippin, Benqal körfəzi və Karib dənizi 2024-cü ilin iyun ayın

07.04.2024 648
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 277
.

Şotlandiyadan NASA-ya qeyri-adi müraciət: Göldə əjdahanı tapmaq üçün kömək istədilər

Lox Ness Mərkəzinin mütəxəssisləri göldə yaşayan əjdahanı tapmaq üçün ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) müraciət ediblər. Rəvayətə görə, o, Şotlandiyanın şimalındakı Lox-Ness gölündə yaşayır. "Biz ümid edirik ki, NASA mütəxəssisləri göldə axtarış aparmaq üçün bəzi qabaqcı

14.04.2024 322
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14.04.2024 1256
.

Alma haqda bunları bilməlisiniz!

Alma unikal xüsusiyyətlərə malikdir və o cümlədən kolon xərçəngindən qoruyur. Bu meyvənin tərkibində bağırsaq mikroflorasının tərkibinə faydalı təsir göstərən pektin var. Rusiya mətbuatına istinadən xəbər verir ki, alma həll olunan liflə zəngindir ki, bu da bağırsaq mikroflorasının vəziyyətini yaxşılaşdırmaql

08.04.2024 743