Şadlıq evlərinə gözlənilməz nişan və sünnət toyu qadağası

Şadlıq evlərinə gözlənilməz nişan və sünnət toyu qadağasıQeyri-rəsmi göstəriş verilib.

Yas və toy mərasimlərinin ciddi müzakirə obyekti olduğu, israfçılıq əleyhinə çıxışların tez-tez səsləndirildiyi bu günlərdə Modern.az saytı maraqlı məlumat əldə edib.

Belə ki, əldə etdiyimiz məlumatda bildirilir ki, bir-iki gündür Bakıdakı şadlıq evi və restoranlara qeyri-rəsmi olaraq göstəriş verilib ki, bundan sonra təmtəraqlı nişan mərasimləri və sünnət toylarının keçirilməsindən imtina etsinlər.

Bunu Modern.az-a paytaxtdakı şadlıq evlərindən birinin adının çəkilməməsini istəyən administratoru bildirib. Qeyri-rəsmi göstərişin yuxarılardan gəldiyi bildirilsə də, konkret ünvan göstərilməyib.

Artıq paytaxtdakı şadlıq evləri və restoranların sünnət toyları, ad günləri, nişan mərasimlərindən imtina etdikləri söylənilir.

Qeyd edək ki, son vaxtlar şadlıq evləri və restoranlar təkcə kiçik və böyük toy məclislərinin deyil, nişan, ad günləri, hətta elçilik mərasimlərinin keçirildiyi məkanlara çevrilib. Bu məsələdə yalnız həmin obyektlər ittiham olunur, halbuki təmtəraqlı ad günləri, nişan və elçilik mərasimləri düzənləyən bəzi imkanlı azərbaycanlılar da ictimai qınaq obyekti olmalıdırlar.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov Modern.az-a deyib ki, ictimai qınağın toy mərasimlərinə də şamil olunmasını istəyir.

"Bunun üçün mətbuatın xüsusi rolu olmalıdır. Bu gün toylarda baş verən israfçılıq yas mərasimlərimizdəkindən dəfələrlə çoxdur. İstər imkanlı, istərsə də imkansız adamların stollarının üstünə eyni tərtib olunmuş menyular düzülür. 6-7 cür salat, 10 cür soyuq qəlyanaltı, vaxtı keçmiş, müxtəlif bakteriyalar mənbəyi olan qidalar və bu qidalardan zəhərlənmə təhlükəsinin çox olması dəhşətli bir səhnəni ortaya qoyur. Bu, sağlamlığa ciddi zərbə vurmaqla, işbazların ciblərinin dolmasına kömək etməklə yanaşı, toydan sonra xoşbəxtlik əvəzinə, həmin ailələrin borca düşməsinə səbəb olur. İctimai qınaq nəticəsində yeni bir forma tapılmalıdır. İnsanlar şüurlu surətdə başa düşməlidirlər ki, bunu edərkən digər birinin qarşısında öz zənginliyini göstərdiyini zənn edirsə, əksinə, cəmiyyətdə daha da pis qarşılanır".

Deputatın sözlərinə görə, Milli Məclisin payız sessiyasında bu məsələ qaldırıla bilər.

"Mənə elə gəlir ki, yas mərasimlərində olduğu kimi, toylardakı israfçılığın da qarşısını almaq üçün çıxış yolu tapılacaq".

modern


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6587   Tarix: 19 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862