İlham Əliyev bəyanat verdi - FOTO

İlham Əliyev bəyanat verdi - FOTOSentyabrın 19-da imzalanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev mətbuata bəyanatlarla çıxış etdilər.

Prezident İlham Əliyevin bəyanatını təqdim edirik:

- Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə görməyə şadıq. İnanıram ki, Sizin səfəriniz ölkələrimiz arasındakı münasibətlərin inkişafına əlavə təkan verəcəkdir.

Biz Bolqarıstan ilə əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Ölkəniz bizim üçün Avropada etibarlı tərəfdaşlardandır və aramızda yüksək səviyyəli əməkdaşlıq mövcuddur.

Biz az öncə əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən birgə bəyannamə imzaladıq. Bu, ölkələrimiz arasında yüksək səviyyəli dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin sübutudur.

Burada iqtisadiyyat, enerji, mədəniyyət sahələri əks olunub. Eyni zamanda, bizim üçün çox vacibdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin nizamlanması da qeyd olunur və münaqişənin yalnız beynəlxalq hüquq, yəni dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsinin vacibliyi vurğulanır. Biz Bolqarıstana ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə görə təşəkkürümüzü bildiririk.

Biz bu gün əməkdaşlığın bütün aspektlərini müzakirə etdik. İnanıram ki, müzakirə etdiyimiz bütün məsələlər icra olunacaqdır. Artıq bir çox işlər görülüb, ancaq hələ də görüləcək işlərimiz çoxdur. Ölkələrimiz arasında əməkdaşlıq ikitərəfli əlaqələrimizin əhəmiyyətli hissəsini təşkil edir.

Sabah biz bir yerdə tarixi tədbirdə iştirak edəcəyik. "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimi təşkil olunacaqdır. Bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olacaq və Azərbaycana öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verəcəkdir.
Şadam ki, Bolqarıstan "Cənub" qaz dəhlizi layihəsinin iştirakçısıdır. Bu, həm bizim üçün, həm də Avropa üçün vacib layihədir. Azərbaycan Bolqarıstana və gələcəkdə ölkənizin ərazisindən digər ölkələrə qaz nəql edə biləcəkdir. Çünki ixtiyarımızda olan böyük həcmdə qaz ehtiyatımız hesabına biz qaz təchizatının coğrafiyasını genişləndirərək Sizin qonşularınızı da əhatə edə biləcəyik.

Biz enerji təhlükəsizliyi məsələsində gələcək illərdə də fəal məsləhətləşmələr və əlaqələndirmə aparacağıq. Çünki sabahdan biz bir çox ölkələrin iştirakı ilə konkret işlərə başlayırıq. Burada əlaqələndirməyə və addımlarımızın lazımi şəkildə planlaşdırılmasına ehtiyac olacaqdır.

Biz "Cənub" qaz dəhlizi layihəsinin vaxtında və yüksək səmərəliliklə icra edilməsi məsələsinə sadiqik və şübhə etmirəm ki, bu, məhz belə də olacaqdır. Eyni zamanda, biz enerji sahəsində digər layihələri də nəzərdən keçirə bilərik və onları da məhz bu gün müzakirə etdik.

Sərmayə imkanları, tikinti sahəsində fəaliyyət və üçtərəfli formatda müxtəlif əməkdaşlıq imkanları vardır. Bir sözlə, enerji sahəsindəki əməkdaşlığımız şirkətlərimiz üçün mühüm layihələrdə əlavə imkanlar yaradacaqdır.

Biz, həmçinin qarşılıqlı sərmayə qoyuluşu məsələsini müzakirə etdik. Biz Bolqarıstandan Azərbaycana və Azərbaycandan Bolqarıstana sərmayə qoyuluşunu alqışlayırıq. Əminəm ki, bu da qarşılıqlı fəaliyyətimizə əlavə təkan verəcəkdir. Bundan əlavə, mən cənab Prezident vasitəsilə Bolqarıstan şirkətlərini Azərbaycana dəvət etdim. Burada müxtəlif infrastruktur layihələrinə də sərmayə yatırıla bilər, həm də bolqar şirkətləri ölkəmizdə podratçı kimi çalışa bilərlər.

Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyəsi və olduqca mehriban dostluq münasibətlərimiz işgüzar dairələr üçün əməkdaşlığın artırılmasına gözəl imkanlar yaradır.

Cənab Prezident, bu tarixi vaxtda bizimlə olduğunuza görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Sabah biz Azərbaycanın enerji sahəsinin inkişafı üçün müstəsna əhəmiyyətə malik hadisəni qeyd edəcəyik. Sizi bir daha salamlayıram və inanıram ki, əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

İlham Əliyev bəyanat verdi - FOTOİlham Əliyev bəyanat verdi - FOTOİlham Əliyev bəyanat verdi - FOTOİlham Əliyev bəyanat verdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2920   Tarix: 19 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 765
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 152
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

26.04.2024 135
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 345
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 107
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 146
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26.04.2024 267
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26.04.2024 350
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 486