Bu Quran ərəb şeyxinin dərisindən hazırlanıb - FOTO

Bu Quran ərəb şeyxinin dərisindən hazırlanıb - FOTOBu yaxınlarda Harvard universitetinin kitabxanasında dəhşətli tapıntı aşkar edilib. Kitabxana anbarlarında siyahıyaalma zamanı insan dərisi ilə cildlənmiş qədim əlyazmalar müəyyən olub! Yeri gəlmişkən qeyd edək ki, hələ yüz il əvvəl bu xəbər sensasiya olmazdı.

Fransız inqilabı üçün dəri

Kitabların cildlənməsində belə "eksklüziv" xammal hələ lap qədim dövrlərdən istifadə olunurdu. Belə ki, Parisin Milli kitabxanasının anbarında XIII əsrə aid insanın dərisi ilə cildlənmiş Bibliya var. İngiltərənin Klivlend bölgəsində Quranın qeyri-adi nüsxəsi saxlanılır, onun üz qabığı ərəb şeyxlərindən birinin dərisindən hazırlanıb. Boston kitabxanasında isə ABŞ-ın banilərindən biri olan Con Uoltonun dərisiylə cildlənmiş unikal kitab var.

İnsan dərisinin emalı üçün də başqa dərilərin emalında istifadə olunan metodlar tətbiq edilirdi. İçəri üz hamar və kifayət qədər işıqlı, xarici qabıq isə tünd olurdu. Bu halda dəri zamşa şəklində emal olunurdu.

Bu dəhşətli ənənənin çiçəklənmə dövrü XVII əsrdə oldu. Buna çoxsaylı edamlar imkan yaradırdı. Edam zamanı tez-tez məhkumların dərisini diri-diri soyurdular. Bundan başqa anatomiyanın öyrənilməsində, inkişafında həkimlərin elədikləri cəhdlər də az rol oynamadı. Belə kitabların istehsalı "antropodermik cildləmə" (antropodermic bibliopegy) adlanırdı.

Adətən anatomiya dərsliklərini bu formada cildləyirdilər. O vaxtın həkimləri öz təcrübələri üçün hissələrə ayrılmış cəsədlərdən tez-tez istifadə etdilər. Bəziləri güman edirlər ki, bu qiymətli materiala qənaət etmək üsulu idi. Amma bu da ola bilər ki, o dövrdə tibb çoxları üçün magiya kimi qəbul edilirmiş və bu kitabların insan dərisi ilə cildlənməsini münasib atributika tələb edirmiş… Belə kitablardan biri Con Heyin kitabxanasındadır. "De Humanis Corporis Fabrica" adlı anatomiya dərsliyinin cildlini hazırlayan ustanın adı Vezaliya olub.

Bu dəhşətli ənənə kifayət qədər uzun müddət yaşadı. Məlumdur ki, Böyük Fransız İnqilabının rəhbərlərindən biri Filipp Eqalite insan dərisindən hazırlanmış şalvar geyir və üstündə həmin materialla cildlənmiş Fransanın birinci konstitusiyasının nüsxəsini gəzdirirmiş. Maraqlıdır ki, Fransız inqilabının ilk dekretlərindən biri insan dərisinin sənaye üsulu ilə aşılanmasının təşkilinə kredit vasitələrinin ayrılması haqqında fərman idi! Belə geniş şəkildə istifadə üçün nə qədər insanın edam edildiyini təsəvvür etmək belə qorxuludur.

Qəddar yaddaş

Hesab edilir ki, ABŞ-ın müstəqilliyi üçün müharibəyə təkan edam edilmiş zənci qulun dərisindən cildlənmiş kitabın Amerika kitabxanalarından birində aşkar edilməsi olmuşdu. Bu kitab qeydlər üçün nəzərdə tutulurdu və səhifələri tamamilə boş idi. Həmçinin kitabın üstündə kimin dərisindən hazırlanması haqqında yarlıq da var. Maraqlıdır ki, indi o kitab kuryoz hadisələr muzeyində nümayiş olunur…

Romantik XIX əsrdə nazlı bir xanım rahat şəkildə "insan xammalı"ndan cildlənmiş kitabçadan şeir oxuya və ya ona şeir yaza bilərdi. Hətta yüksək təbəqə arasında bu cür kitab ən münasib hədiyyə hesab edilirdi. Adətən belə kitablar sifarişlə hazırlanırdı, cildlənmə üçün material isə ya ölmüş avaraların, ya da ruhi xəstələrin dərilərindən götürürdü. Belə ki, müasir həkimlər müəyyən ediblər ki, cildlərdən biri fransız psixiatrik klinikasının apopleksiya zərbəsindən qəflətən ölmüş pasiyentinin bədəninin arxa hissəsindən hazırlanıb.

Bu cür eksklüzivlərin hazırlanması üçün varlılar yataqxana və xəstəxana işçilərini, həmçinin polisləri pulla ələ alırdılar. Belə ki, Semyuel Consun məşhur lüğəti 1818-ci ildə Noricdə asılmış cinayətkar Ceyms Consonun dərisindən hazırlanıb. Bir kitaba bəzən bir neçə insanın dərisi sərf olunurdu. Məsələn, cildçisi Yozef Zaensdofun etirafına görə 1892-ci ildə Bostonda dərc edilmiş "Ölümün rəqsləri" adlı qravyura toplusu üçün iki insanın dərisi lazım olub. Cildçi həyasızcasına bunu avaraların dərisinin aşağı keyfiyyətdə olmasıyla izah edirmiş…

Bəzən insanlar cildlərin istehsalı üçün öz dərilərini vəsiyyət dirdilər, necə ki, sonralar bədənlərinin təcrübədə istifadəsini vəsiyyət edirdilər. Bundan tez-tez öz pisliklərini əbədiləşdirməyə çalışan cinayətkarlar istifadə edirdilər. 1837-ci ildə quldur və oğru Ceyms Allen öz coşqun həyatına həsr edilmiş kitabın üz qabığı üçün dərisini vəsiyyət etdi. Hazırda Allenin tərcümeyi-halının nüsxəsi Bostonda saxlanılır. 1827-ci ildə edam edilmiş ingilis qatil Uilyam Korderə həsr edilmiş "Qırmızı işıqda qətl" kitabı onun öz dərisindən hazırlanıb.

Artıq XX əsrdə də belə kitablar mövcud idi. İngiltərədə arvadını qətl etdiyi üçün asılmış Corc Kadmorun dərisindən XVII əsrinin məşhur şairi Con Miltonun şeirlər toplusu üçün cild hazırlanıb.

Məlumdur ki, Buhenvald həbs düşərgəsində nasistlər bədənində gözəl döymələr olan məhbusları xüsusi olaraq seçir, onları qaz kamerasına göndərir, sonra dərilərini soyurdular. Bu dərilərdən kitab üzlərinin, abajurların və başqa "eksklüziv" məmulatların istehsalında istifadə olunurdu.

Kitabxana "sürprizləri"

Harvarddakı qorxunc tapıntı tamamilə təsadüf nəticəsində ortaya çıxıb. Kitabxanaçılar üç şübhəli kitaba diqqət ediblər. Mütəxəssislərlə konsultasiyalardan sonra aydınlaşıb ki, olduqca gözəl şəkildə hazırlanmış üz qabığı insan dərisindəndir. Kitabların mətnində dərisi istifadə olunmuş insanların xatırlanması da bunu təsdiq edirdi.

Üz qabığı insan dərisindən hazırlanmış kitablardan biri Roma poeziyası, o biri fransız fəlsəfəsi haqqında, digəri isə orta əsr ispan qanunları haqqında traktat olub. "Practicarum guaestionum" ("Praktik problemlər") adlı son kitabda belə bir qeyd var: "Bu kitab 1632-ci ilin dörd avqustunda diri-diri soyulmuş əziz dostum Yonas Raytdan qalan yeganə yadigardır".

Kitabın üz qabığı çox yaxşı qalıb. Dərinin rəngi sarıya çalır, üzərində qəhvəyi və qara ləkələr var. Daha çox yetişib ötmüş bananın qabığını xatırladır. Dərinin bu nümunəsində nə saç, nə də döymə aşkar edilməyib.

Kitabxanaçılar belə biblioqrafik "delikates"lərin mövcudluğunu elan etmək istəmədikləri kimi onlardan qurtulmağı da planlaşdırmırlar.

Kitabxananın direktoru Sidni Verbin fikrincə fondda bu cür başqa nadir kitabların olması istisna deyil. Amma hansı kitabların üz qabığının insan dərisindən hazırlandığını dəqiq müəyyən etmək üçün materialların genetik analizini aparmaq lazımdır. Harvard universitetinin isə təkcə kitabxanasında 15 milyon nüsxə kitab var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3563   Tarix: 01 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875