Polis Qurban bayramı ilə bağlı xəbərdarlıq etdi

Polis Qurban bayramı ilə bağlı xəbərdarlıq etdiBakının yol polisi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar əhaliyə müraciət edib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, hazırda qarşıdan gələn Qurban bayramı münasibətilə bölgələrdən paytaxt istiqamətində Qurban kəsilməsi üçün nəzərdə tutulan heyvanların daşınması və onların satılmasına başlanılıb.

Bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən yollarda zəruri təhlükəsizlik tədbirləri görülür: "Belə ki, heyvanların paytaxtın inzibati ərazisinə düşən bir sıra küçə və prospektlərdə yolun hərəkət hissəsində, eləcə də yolların kəsişməsinə yaxın məsafədə satılması faktları müşahidə edilir. Bu isə həmin ərazilərdə avtomobillərin normal hərəkətinə maneçilik yaradır ki, bu da yolverilməzdir. Bu, həm də əhali arasında da müəyyən narazılıq yaradır".

Bölmə rəisi qeyd edib ki, qurbanlıq heyvanların satışı qapalı şəraitdə və bunun üçün rəsmi orqanlar tərəfindən xüsusi icazə verilmiş yerlərdə aparılmalıdır: "Bir daha həm heyvanların satışını təşkil edən şəxslərdən, həm də sürücülərdən xahiş edirik ki, bu işi qanunvericilik çərçivəsində görsünlər, heyvanların satışını digər hərəkət iştirakçılarına maneə yaranmayan yerlərdə aparsınlar. Biz də başa düşürük ki, bayramdır və bayrama hazırlıq da aparılmalıdır. Amma bu o demək deyil ki, kimlərsə insanların hərəkətinə süni maneə yaratmalıdır. Ona görə də həmin şəxslərdən xahiş edirik ki, bu məsələlərə diqqət yetirsinlər, heyvanların alış-verişini tam kənarda, qapalı şəraitdə, qanunla icazə verilmiş yerlərdə və formada təşkil etsinlər, yol polisi tərəfindən hər hansı zəruri cəza tədbirlərinin görülməsinə şərait yaratmasınlar".

V.Əsədov qurbanlıq heyvanların alışı üçün gedən vətəndaşlara da xəbərdarlıq edib: "Əhali bilməlidir ki, qurbanlıq heyvanların alınması üçün gedərkən həmin ərazilərdə avtomobillərin sıx cərgələnməsi, tıxaclar və hətta yol qəzaları yaşana bilər. Bütün bunları nəzərə alaraq həmin istiqamətlərdə gedərkən diqqətli olmalı, nizam-intizama, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Əks halda bayram günləri olmasına baxmayaraq və kimliyindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozan bütün şəxslər, insanların hərəkətinə süni maneçilik yaradanlar qanunvericiliyin tələbinə əsasən cəzalandırılacaq, məsuliyyətə cəlb ediləcəklər".

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4 və 5-də qeyd ediləcək.

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1116   Tarix: 02 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477