XX əsrdə parlayan MDB-li ulduzlar (I HİSSƏ) - ÖZƏL ARXİV

XX əsrdə parlayan MDB-li ulduzlar (I HİSSƏ) - ÖZƏL ARXİVXX əsrdə parlayan MDB-li ulduzlar (I HİSSƏ) - ÖZƏL ARXİVXX əsrdə parlayan MDB-li ulduzlar (I HİSSƏ) - ÖZƏL ARXİVTam adı: Andrey Nikolayeviç Şevçenko
Doğum ili: 29 sentyabr 1976-cı il
Doğum yeri: Ukrayna SSR, Dvorkovşina şəhəri, Yaqotin rayonu.
Vətəndaşlığı: Ukrayna
Boyu: 1.83 sm
Çəkisi: 83 kq
Mövqeyi: hücumçu

Sözsüz ki, Ukrayna futbolu dedikdə ağıllara gələn ilk adlar Andrey Şevçenko, Valeri Lobanovski və Oleq Bloxin sayılır. Lobanovski və Bloxindən fərqli olaraq Şevçenko daha məhşurdur. Çünki Bloxin SSRI zamanında çıxış edirdisə, Şeva XXI əsrin ulduzu sayılır. İlk dəfə Kiyev "Dinamo"sunda futbola başlayan ukraynalı 6 il (1993-1999-cu illər) paytaxt klubunda çıxış edib və meydana çıxdığı 117 oyunda rəqib qapılarından 60 qol keçirib. 1999-cu ildə 25 milyon avro müqavilində İtaliyanın "Milan" klubuna transfer olan futbolçu Ukrayna futbolu üçün katastrafik sayıla biləcək bir transfer oldu. Ukraynalının İtaliya sərgüzəştləri olduqca möhtəşəm alındı. 7 il italyan klubunda çıxış edən futbolçu 208 matçda 127 qola imza atdı. Şeva "Milan"la müxtəlif illərdə Avropada və İtaliyada müxtəlif kubokları başı üzərinə qaldırdı. Həm şəxsi, həm də klubun nailiyyətləri üçün olduqca zəngin olacaq bir karyeraya sahib olan futbolçu sonradan İngiltərəyə köçdü. Belə ki, 2006-cı ildə "Çelsi" klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyonun təkidi ilə "zadəganlar"ın sahibi, rusiyalı iş adamı Roman Abramoviç 75.2 milyon avro və argentinalı futbolçu Ernan Kresponu "Milan"a təklif edərək, ukraynalı qoleadoru klubuna transfer etdi.
Şevçenkonun İngiltərə karyerası olduqca uğursuz oldu. "Çelsi" ilə 6 illik müqaviləyə imza atan futbolçu cəmi 48 matçda forma geyindi və 9 qola imza atdı. 2008-09 sezonunda icarə əsasında sabiq klubu "Milan"da icarə əsasında çıxış etsə də, meydana çıxdığı 18 matçda qol vura bilməmişdir.

Şeva 1995-2012-ci illərdə şərəfini qoruduğu Ukrayna yığmasında 111 matça çıxmış və 48 qola imza atmışdır. Bu isə Ukrayna yığması üçün yüksək göstəricidir.
Şəxsi uğurlarına gəlincə, Şevçenko karyerası ərzində 5 dəfə Ukrayna (1995, 1996, 1997, 1998, 1999), 1 dəfə İtaliya (2004) çempionu olub, 2 dəfə Ukrayna (1996, 1998), 1 dəfə İtaliya (2003) və İngiltərə (2007) kubokunu, 1 dəfə İtaliya Superkubokunu (2004), 1 dəfə İngiltərə Liqa kubokunu (2007), 1 dəfə isə İngiltərə Superkubokunu (2009) başı üzərinə qaldırıb. 2003-cü ildə Çempionlar Liqasını qazanıb və Avropa Superkubokunun qalibi olub.

XX əsrdə parlayan MDB-li ulduzlar (I HİSSƏ) - ÖZƏL ARXİVXX əsrdə parlayan MDB-li ulduzlar (I HİSSƏ) - ÖZƏL ARXİVXX əsrdə parlayan MDB-li ulduzlar (I HİSSƏ) - ÖZƏL ARXİVTam adı: Andrey Sergeyeviç Arşavin
Doğum ili: 29 may 1981-cı il
Doğum yeri: Rusiya SFSR, Leninqrad şəhəri.
Vətəndaşlığı: Rusiya
Boyu: 1.72 sm
Çəkisi: 78 kq
Mövqeyi: İkinci hücumçu, sağ və sol cinah hücumçusu

Rusiya futbolu dedikdə ağıllara keçmiş SSRİ və indiki Rusiya yığmasında yer alan bəzi tanınmış futbolçular gəlir. Bəli, hərəsinin öz perspektivi, uğuru və nailiyyəti olsa da, müəyyən futbolçular var ki, onlar daha da böyük uğurlar əldə ediblər. Bu futbolçulardan biri də Sankt-Peterburq futbol məktəbinin yetirməsi Andrey Arşavindir. O Arşavin ki, 2008-ci ildə "Zenit"in UEFA kubokunu (indiki "Avroliqa kuboku" - red.) qazanmasında böyük pay sahibi olmuşdu. Finalda Şotlandiya təmsilçisi "Reyncers"i 2:0 məğlub edən "Zenit" həm UEFA kubokunu qazanmış, həm də UEFA Superkuboku uğrunda matça vəsiqə qazanmışdı. Arşavin isə bu matçın qəhrəmanı seçilmişdi və UEFA Arşavin "matçın adamı" seçmişdi.
2008-ci ili ümumilikdə Arşavinin ayağına yazsaq, yazılmarıq. Çünki elə həmin il Avstriya və İsveçrədə keçirilən sayca 13-cü Avropa çempionatında Rusiya yığması, başda baş məşqçi Qus Hiddink olmaqla, gözəl çıxış etdilər. Qrupda İspaniyadan sonram 2-ci mövqeni tutan ruslar 4/1 finalda güclü Hollandiya yığmasını 3:1 hesabı ilə məğlub etdilər. Bu matçda Arşavin əlavə olunmuş hissənin 116-cı dəqiqəsində fərqlənməklə Rusiyanın 3:1 hesablı qələbəsini rəsmiləşdirmişdi.
Arşavin 2008-ci ildəki möhtəşəm çıxışlarından sonram premyer-liqa yolunu tutdu və Londonun "Arsenal" klubuna transfer oldu. Bu transfer London klubuna 15 milyon avroya başa gəldi. Klubla 4 illik müqavilə imzalayan Arşavin meydana çıxdığı 105 oyunda cəmi 23 qola imza atdı. 2012-ci ildə ikitərəfli razılaşma əsasında doğma "Zenit" klubuna icarəyə verilən futbolçu 10 matçda forma şansı tapdı. 2013-cü ildə isə klubla 2 illik müqavilə imzaladı. Hal-hazırda da "Zenit"də çıxış edən futbolçu əvvəlki formasından çox uzaqdı.
Rusiya yığmasında isə ilk dəfə 2002-ci ildə çıxış edən futbolçu, bu il (yəni 2014-cü ildə - red.) milli karyerasını başa vurub. Milli komandada 77 dəfə oynayan Arşavin 17 qola imza atıb. Şəxsi problemləri üzündən milli komandadan da kənarda qalan Arşavin mediyaya açıqlamasında fikrini hal-hazırda yalnız "Zenit"ə yönəltdiyini bildirib.

Şəxsi həyatına gəlincə, Alisa adlı xanımla evli olub və iki uşağı var. Cütlük Londonda hələ Arşavin "Arsenal"da oynadığı vaxtda tanış olublar. Onlar birgə basketbol oyununda paparatsilərin kamerasına tuş gəliblər. May ayının sonlarında futbolçu yeni sevgilisi ilə birgə Mayaminin tanınmış çimərliklərindən birində görünüb.
Arşavin həyat yoldaşı ilə boşanıb. Onun keçmiş həyat yoldaşının üç uşağını tək böyütdüyü bildirilir.
Futbolçunun hazırkı sevgilisi jurnalist Alisa Kazminadır.

XX əsrdə parlayan MDB-li ulduzlar (I HİSSƏ) - ÖZƏL ARXİVXX əsrdə parlayan MDB-li ulduzlar (I HİSSƏ) - ÖZƏL ARXİVXX əsrdə parlayan MDB-li ulduzlar (I HİSSƏ) - ÖZƏL ARXİVTam adı: Aleksandr Anatolyeviç Kerjakov
Doğum ili: 27 noyabr 1982-ci il
Doğum yeri: Rusiya SFSR, Kinqisep rayonu
Vətəndaşlığı: Rusiya
Boyu: 1.76 sm
Çəkisi: 80 kq
Mövqeyi: hücumçu

Sankt-Peterburq futbol məktəbinin daha önəmli yetirmələrindən biri də Aleksandr Kerjakovdur. Arşavin kimi "Zenit"in yetirməsi olan Kerjakov sələfindən fərqli olaraq, premyer-liqa yox, la-liqa həyatı yaşayıb. 2007-ci ildə 5 milyon avropa Əndəlusiya təmsilçisi "Sevilya"ya transfer olan futbolçu Arşavin kimi yeni klubunda uğursuz olub. Klubla 5 illik müqavilə imzalasa da cəmi 1 sezon top qovan furtbolçu yenidən doğma vətəninə dönüb. Maraqlıdır ki, Moskvanın "Dinamo" klubuna transfer olan futbolçu üçün ruslar 8 milyon avro ödəyiblər.
Maraqlı fakt ondan ibarətdir ki, Kerjakov "Sevilya"da bir mövsüm çıxış etsə də, İspaniya la-liqasının bürünc mükafatına və İspaniya kubokunun qızıl mükafatına, Avropada isə UEFA kuboku və UEFA Superkubokuna yiyələnib. Həqiqətən də İspaniyada qeyri-sabit çıxış etsə də, Avrokuboklarda qızıl medallar qazanması futbolçunun şəxsi uğurlarına böyük təsir göstərib.
Yığmada isə ilk dəfə 2002-ci ildə çıxış edən Aleksandr 86 dəfə forma geyinib və Rusiya yığmasının tarixində ən çox qol vuran yeganə futbolçudur, 28 qol. İkinci pillədə qərarlaşan Vladimir Besçastnıxı 2 qol qabaqlayan futbolçuya çatmaq üçün yeganə alternativ Roman Pavlyuçenkodur. Yığmada 21 qolu mövcud olan Romanın milliyə dəvət aldığı oyunlarda fərqlənsə Kerjakovun rekordunu təzələyə bilər. Təbii ki, Aleksandr da hələki yığma karyerasını başa vurmayıb. Bu amili də nəzərdən qaçırtmaq lazım deyil.

P.S.: Yazı özümə aiddir. Əgər hansısa sayt xəbəri yayımlamaq istəyirsə, mənbə olaraq www.big.az saytını qeyd etsin! Müəllif hüquqları qorunur!


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2889   Tarix: 25 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933