Sistemlə mübarizə haqqında 10 kitab

Sistemlə mübarizə haqqında 10 kitabFransız yazıçısı Frederik Beqbeder yazır: "Sistem o halda qalib gəlir ki, insanlara öz həbsxanalarını sevirlər." Sistemin təqdim etdiyi reallıqla barışmaq lazımdırmı? Bir adam və ya qrup azadlıq uğrunda döyüşüb qalib gəlməyə qadirdirmi?

XX və XXI əsrlərdə sistem əleyhinə yazılmış ən məşhur kitablar:

Rey Bredberi, "Farenheytlə 451 dərəcə"
Farenheytlə 451 dərəcə kağızın yanma temperaturudur. Gələcəyin dünyasında kitabları yandırır, insanların başını informasiya zibili ilə doldurur, fərqli düşünənləri elektorşokla müalicə edirlər. Gələcəyin dünyası təhlükəlidir, çünki həqiqidir, çünki öncəgörmələrin bir çoxu artıq baş verib. Amma hələ ki, məhəbbət, gözəllik və həqiqətə can atma var, deməli ümid var.

Ken Kizi, "Ququ quşu yuvası üzərindən uçuş"
Bu kitab sağlam fikirlə dəlilik arasındakı sərhədin təsviridir. Psixi xəstəxanada hamı ideal işləyərək insanları vicdanlı vətəndaşa çevirirlər. Həbsxanadan canını qurtarmaq üçün burada gizlənən kürən adam isə xəstələri mövcud sistemə qarşı qaldırır. Amma bəla burasındadır ki, yekun qələbə çalmaq mümkünsüzdür.

Corc Oruell, "1984"
Romanda üç totalitar dövlət arasında bölünmüş dünyadan bəhs olunur. Kitabda insanlar üzərində hər cür nəzarəti həyata keçirən, onların beyinlərini yuyaraq, tarixi istədiyi kimi yazan bir sistem var. Roman dəfələrlə sosialist respublikalarında qadağan edilib. SSRİ-də də bir vaxtlar qadağan olunub. Oruellin bu romanə ən qorxunc antiutopiya əsərlərindən hesab olunur.

Yevgeni Zamyatin, "Biz"
İyirmi altıncı əsrdə Utopiyanın vətəndaşları öz fərdiliklərini o qədər itiriblər ki, ancaq nömrələri ilə fərqlənirlər. Vahid Dövlətin rəhbəri Hami adlı adamdır. Rus yazıçı Yevgeni Zamyatinin yazdığı əsər dünyanın ən məşhur antiutopiya əsərlərindəndir.

Çak Palanik, "Döyüşçü klubu"
Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir.

İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki mərdlik anlayışının dəyişməsindən getdikcə daha çox narazı qalan baş qəhrəman bu durumla mübarizə aparmaq qərarına gəlir. Bunun üçün radikal psixoterapiya yolunu seçərək gizli döyüşçü klubu yaradır.

Cerom Selincer, "Çovdarlıqda uçurumdan qoruyan"
1951-ci ildə çap olunmuş "Çovdarlıqda uçurumdan qoruyan" bir neçə nəslin stolüstü kitabı olub. Əsərdə yeniyetmə Holden Kolfildin həyat, dünya haqqında təsəvvürləri yer alıb, onun sistemə etirazından bəhs olunur.

1980-ci ildə qətlə yetirilən "Bitls" qrupu üzvü Con Lennonun qatili Mark Çapmanın cibindən bu əsər çıxmışdı.

Harper Li, "Bülbülü öldürmək"
Kitab qara dərili bir insanın zorlama ittihamı ilə təqsirli bilinməsindən bəhs edir. Bundan başqa kitabda kiçik bir vilayətdə inanc və vicdanla bağlı hökmlərin necə verildiyindən bəhs olunur. Sözü gedən kitab, 1960-cı illərin ən çox satılan kitabı olmuşdur.

Əsərin sonunda görürük ki, xeyirxahlıq insanın dərisinin rəngindən və sosial vəziyyətindən, ictimai rəydən asılı deyil. Bu adamın ürəyinə bağlı bir işdir.

Oldos Haksli, "Yeni, gözəl dünya"
Əsərdə qarşımıza qəm-kədər bilməyən istehlak cəmiyyəti çıxır. Burda hər bir adama doğulandan onun cəmiyyətdə ən yaxşı yer tutması təlqin olunur. O, lazım olan hər bir nemətlə təmin olunub. Yox, əgər bütün bunlara rəğmən kədərlisənsə o zaman bir ədəd som həbi qəbul etmək yetər. O zaman xoş əhval-ruhiyyə qazanacaqsan. Əsərin adı Uilyam Şekspirin "Fırtına"adlı pyesindən götürülüb.

Frans Kafka, "Proses"
30 yaşının tamamında Yozef K. həbs olunur. Amma həmin gizli təşkilatın əməkdaşları ona həbs səbəbini bildirmirlər. Bununla belə Yozef K. öz həyatını yaşamaqdadır, çünki təşkilat onun qaçacağından narahat deyil. Onu məhkəməyə dəvət edir, evinə, işinə gəlir, izləyirlər. Bütün bu müddət ərzində o öz həbs olunma səbəblərini müəyyənləşdirməyə çalışır. Amma Kafkanın başqa əsərlərində olduğu kimi bürokratiyanın əlindən bu səbəbi öyrənə bilmir.

Coann Harris, " Centlmenlər və oyunçular"
İmtiyazlı Sent-Osvald məktəbi hər zaman özünün bənzərsiz intizamı və əlahiddə əxlaqı ilə seçilir. Burada ədəbsiz, yaramaz, əxlaqsız bir hadisənin baş verə biləcəyini təsəvvür etmək çətindir. Amma bu baş verir. Kiçik narazılıqlardan başlayan etiraz getdikcə qar topası kimi böyüyür və Sent-Osvalda qarşı gizli mübarizə başlayır.

kayzen.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1155   Tarix: 24 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660