Ölümünün yeni təfərrüatları - VİDEO

Ölümünün yeni təfərrüatları - VİDEOÖtən gün Moskvadakı Vnukovo hava limanında Fransanın "Total" neft şirkətinin rəhbəri Kristof de Marjeri və daha 3 nəfərin həlak olduğu faciənin isə yeni təfərrüatları ortaya çıxıb. Müstəntiqlər təyyarənin toqquşduğu qartəmizləyən maşının sürücüsünü dindiriblər. Rusiyanın "Birinci kanalı" saxlanılan sürücünün dindirilməsinin kadrlarını yayıb. Sürücü müstəntiqlərə verdiyi cavablarla hamını şoka salıb.

Aviaqəzanın araşdırılmasında iştirak etmək üçün fransalı ekspertlər qrupu artıq Rusiya paytaxtındadırlar. Nümayəndə heyətinə 6 nəfər, o cümlədən "Falkon" təyyarəsinin istehsalçısı olan şirkətin mütəxəssisi daxildir. Onların iştirakı ilə "qara qutular" deşifrə ediləcək. Yaxşı vəziyyətdə olduğu deyilən "qara qutular" faciənin əsl səbəblərinin işıq üzünə çıxmasına kömək edəcək. Artıq "Total" prezidentinin ölümünə səbəb olan qartəmizləyən maşının sürücüsü də dindirilib. Müstəntiqləri maraqlandıran əsas məsələ budur. Necə olub ki, o, şəxsi təyyarənin havaya qalxdığı məqamda uçuş zolağında olub?

Saxlanılan Vladimir Martınenkov uçuş zolağına girərkən özündə olmadığını deyib: "Mən istiqaməti itirdim. Heç özüm də bilmədim ki, nə vaxt uçuş zolağına çıxmışam. Təyyarə uçuşa hazırlaşırdı və mənim texnikam işlədiyi üçün onu, demək olar ki, görmürdüm və eşitmirdim".

Rusiya İstitaq Komitəsinin sədri Vladimir Markin isə faciənin sırf təsadüfdən baş verməsini rədd edir.

"İndi gördüyümüz kimi, qəzanın səbəbi hava limanının nümayəndələrinin bizi inandırmağa çalışdığı kimi, təsadüflər halqası deyil. Səbəb hava limanı işçilərinin koordinasiyasını dəqiqləşdirməyi bacarmayan bəzi rəsmilərin cinayətə gətirib çıxaran gözyummasıdır", – deyə Vladimir Marki bildirib.

Kristof de Marjerin qəsdən öldürüldüyü iddialarına isə Rusiyada ciddi yanaşılmır.

Rusiya Neft Sənayeçiləri İttifaqının prezidenti Qennadi Şmal qeyd edir ki, hər zaman Rusiya ilə iqtisadi əlaqələrin güclənməsi üçün çalışan belə bir insanın öldürülməsinə kim qıya bilərdi?: "O, bizim dostumuzdur. Əlbəttə ki, bu hadisədə bəzi anlaşılmazlıqlar var. Çünki bu hava limanından dövlət başçıları da istifadə edir. Belə bir şeyə necə yol vermək olar? Bunların hamısı ətraflı araşdırma tələb edir. Təəssüf ki, ölən insanı geri qaytarmaq mümkün deyil".

Qəza ilə bağlı Rusiyada "Hava nəqliyyatının hərəkətinin təhlükəsizlik qaydalarının pozulması nəticəsində bir neçə nəfərin ölümünə səbəb olma" maddəsi ilə, Fransada isə "Təsadüfi qətl" maddəsi ilə cinayət işi açılıb.

Fransanın "Total" neft şirkətinin rəhbəri Kristof de Marjeri Moskvada aviaqəzada həlak olduqdan sonra onun yerinə təyinat olub. Onun yerinə iki nəfər təyin olunub. Çünki, Kristof de Marjeri həm prezident, həm də direktorlar şurasının sədri idi.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1463   Tarix: 24 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22.04.2024 501
.

Çində torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb

Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. xəbər verir ki, Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib. İtkin düşən kimi Şaoquan şəhərində 6, Qingyua

22.04.2024 224
.

"Aldığın hədiyyədən, ailəndən bizə nə?" - Nazpəri

"Hər xanım öz şəxsiyyətini düşünməlidir. Xanım həyatında kimlərsə, nələrsə varsa, bacardığı qədər münasibəti gizli saxlasın. Qadın nə qədər gizli olsa, nə qədər şəxsi həyatında olan, hətta ailsəi ilə münasibəti gizli saxlasa yaxşıdır. Onlar xalqı maraqlandırmır. Şəxsiyyətini qoruyan qadın özün

22.04.2024 570
.

Şahdağa sulu qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağda isə sulu qar yağıb. Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızd

10:10 127
.

Gəncədə 28 yaşlı oğlan intihar etdi

Gəncədə intihar hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin Xudatrəfibəyli küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yaşayan 28 yaşlı Məzahir Nuriyev atasına məxsus ov tüfəngindən atəş açmaqla özünü öldürüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. İntiharın səbəbləri məlum deyil

22.04.2024 373
.

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - FOTO

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib. Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib. Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birin

22.04.2024 747
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22.04.2024 327
.

İran prezidenti Rəisi Pakistana rəsmi səfərə gedib

İran prezidenti İbrahim Rəisi Pakistanın paytaxtı İslamabada gəlib. xəbər verir ki, Rəisi Pakistanın Baş naziri Şahbaz Şərif və prezident Asif Əli Zərdari ilə görüşəcək. İran prezidenti həmçinin Pakistanın mədəni və iqtisadi mərkəzi sayılan Lahor və Kəraçi şəhərlərinə də səfər etməyi planlaşdırır. Onu

22.04.2024 234
.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib

22.04.2024 447