Görülən yuxuların psixoloji açıqlamaları

Görülən yuxuların psixoloji açıqlamalarıRöyalar psixologiyada şəxsin yuxuda olan zaman yaşadığı hər cür görüntü, duyğu və düşüncə olaraq izah olunur. Niyə yuxu görürük və necə yuxu gördüyümüz mövzusunda hələ dəqiq bir elmi sübut olmasa da, bu mövzuda bir çox önəmli fikirlər var. Ziqmund Freydin röya haqqındakı düşüncələri də psixologiyada çox vacib yerlərdən birini tutur. Freyd, röyaların məzmununun arzuladığımız şeylərlə əlaqəli olduğuna və röyalarımızın şüuraltından gələn düşüncə, davranış və arzularla ortaya çıxdığına inanırdı. Freyd "RÖYALARIN ŞƏRHİ" kitabında röyaları 2 yerə ayırır:

1.Açıq məzmunlu röyalar: Röyalardakı gerçək düşüncə, məzmun və görüntülər.
2.Gizli məzmunlu röyalar: Röyalarda gizlənmiş psixoloji mənalar.

Röyalarda gizlənmiş psixoloji mənaları Freyd 5 bölmədə incələyir:
- Yer dəyişdirmə: Arzu edilən şeyin bir varlıq, ya da başqa bir şəxs tərəfindən təmsil edilməsi.

- Əks etdirmə: Röyanı görənin arzu və istəklərinin röyada başqa bir şəxsə yüklənməsi.

- Simvollaşdırma: Basdırılan davranış və arzuların röyada metaforalar şəklində orataya çıxması.

- Sıxlaşma: Mənasının izah edilməsi çətin olan bir düşüncəyə, ya da görüntüyə bir çox məna yüklənməsi.

- İkincili revizyon: Bir-biri ilə əlaqəli olmayan işçilərin bir araya gələrək mənalı bir röya meydana gətirdiyi röyalar.

Ziqmund Freydə görə, röyalarda ən çox rast gəlinən mövzular aşağıdakılardır. Və Freyd onların mənasını öz yanaşması ilə belə izah edirdi:

1. Hazırlaşmadığınız bir imtahana girmək:

Bu tip röya onu görən şəxsin birbaşa özü ilə əlaqəlidi. Məsələn: bir aktyor sözlərini xatırlamadığı, ya da ssenaridəki yazıları oxuya bilmədiyini yuxuda görə bilər. Bu növ röyalar insanın özünü müdafiəsiz hiss etməsi ilə əlaqəlidir.

2. İnsanların çox olduqları məkanlarda uyğun olmayan bir geyimdə gəzmək:

Bu tip röyalar utancaqlıq və ya kövrəklik hissləriylə əlaqəlidir.

3. Röyada kimisə qovmaq və ya kiminsə sizi qovması:

Bu tip röyalar adətən uşaqlarda tez-tez rast gəlinir. Balaca olduqları üçün kimlərinsə onları incidəcəyindən qorxduqları üçün belə röyalar görə bilərlər. Böyüklərdə isə bu röyalar, röyanı görənin stress altında olduğuna bir işarədir.

4. Yıxılmaq:

Yıxılmaq hazırki vəziyyətinizdən hədsiz dərəcədə bezmiş olduğunuzu, yorulduğunuzu və artıq nəzarət etməyə çətinlik çəkdiyinizi ifadə edir.

5. Yolda itmək:

Bu tip röya, adətən şəxsin bir şeylər əldə etməyə, ya da bir yol tapmağa çalışdığını və bunu necə edəcəyindən əmin olmadığını izah edir.

6. Bir dişini itirmək:

Bu röya bir münasibətdə duyulmadığını və ya görülmədiyini hiss etməyi, ya da qəzəb duyğularını ifadə edər.

7. Təbii fəlakətlər:

Bu röya şəxsi problemlərdən çox yorulmuş olmağı və hadisələrin artıq nəzarətdən çıxdığı duyğusunu ifadə edər.

8.Uçmaq:

Hansısa bir vəziyyətdən qurtulmaq, qaçmaq,azad olmaq arzularının ifadəsidir.

9. Ölmək, ya da yaralanmaq:

Bu röya, röyanı görən şəxsin həyatında artıq yaxşı olmayan və sona yaxınlaşan bir şəxsi münasibətin olduğunu ifadə edər.

10. Maşının idarəsini itirmək:

Bu tip bir röya, stress və ya qorxu içində olduğunuza bir işarədir.

P.S: Biz yatan zaman yuxuda oluruq.Yuxu zamanı gördüklərimiz isə röya adlanır.Yəni bizim öyrəşdiyimiz və çox işlətdiyimiz "yuxu görmək" termini əslində "röya görmək"di. Ona görə də məqaləni yazarkən bu termindən istifadə olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2640   Tarix: 25 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627