Xanımım dedi qızı çox ürəksiz qucaqlamısan xoşuma gəlmədi

Xanımım dedi qızı çox ürəksiz qucaqlamısan xoşuma gəlmədiAkademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruzov şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Aktyor ilk dəfə çəkildiyi serialda aktrisanı qucaqladığına görə evinə çoxlu zənglər olunduğunu deyib: "İlk dəfə çəkildiyim "Dodaqdan qəlbə" serialı zamanı roluma uyğun olaraq aktrisanı qucaqladım. Evə çoxlu zənglər gəldi. Amma həyat yoldaşım ayıq-sayıq qadın olduğu üçün bu məsələyə reaksiyası tam fərqli oldu. Seriala baxıb dedi ki, qızı çox ürəksiz qucaqlamısan, xoşuma gəlmədi. Bununla da söhbət bitdi".

Aktyor hesab edir ki, əgər kişinin qanında-canında, xəmirində, ruhunda varsa, mütləq arvadına xəyanət edəcək: "Xəyanət ruha bağlı bir xüsusiyyətdir. Kişinin canında-qanında sevdiyinə xəyanət etmək varsa, deməli, mütləq o, xəyanət edəcək. Qadından çox şey asılıdır. Məsələn, mən aktyoram, oynadığım gözəl bir rolla qadınımın yanında qürrələnmək istəyirəm. Amma o, birdən desə ki, filan aktyor bu rolu səndən gözəl oynadı, o zaman içimdəki kişi sınır. Digər sənət sahibində də - istər müğənni olsun, istərsə yazıçı və s - belədir. Bir yazıçı gəlib xanımının yanında hansısa əsərini tərifləyir, amma qadını ona deyir ki, filankəs səndən gözəl yazır. O halda kişi sınır. Elə bir kişi yoxdur ki, xanımı tərəfindən təriflənməsini istəməsin. Hər bir kişi qadını tərəfindən qiymətləndirilməsini istəyir. Gərək kişi zəif də olsa, qadın ona qol-qanad versin".

Xalq artisti bütün hallarda qadının haqlı olduğunu deyir: "Əgər qadın özünə baxmırsa, yenə də günah kişidədir. Deməli, kişi onun üçün artıq maraq kəsb eləmir. Əgər kişi ikinci qadını sevirsə, onun yanına gedirsə, deməli, birinci qadını sevməyibmiş. Sevgi bitən hiss deyil, sadəcə, sonradan uşağa və nəvəyə bölünür".

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1872   Tarix: 31 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424