Gülüş haqqında bilmədikləriniz

Gülüş haqqında bilmədiklərinizGülüş doğrudan da gülməlidir

Nevroloq və komik Professor Sofi Skott gülüş barədə bilmədiyiniz 10 faktı bölüşür.

İlk dəfə komik şouda iştirak edəndən sonra mənim birinci fikrim o idi ki, bunu yenidən və daha yaxşı etmək istəyirəm.

Gülmək nə üçün bu qədər əyləncəlidir?
Mənim kimi bir psixoloq üçün bunu anlamaq xüsusilə çətindir, çünki gülüş barədə düşündüyümüz demək olar ki, hər şey səhvdir.
Beləliklə sizə gülüş haqqında yəqin ki, bilmədiyiniz 10 faktı təqdim edirəm.

1. Siçovulların qıdığı gəlir
Siçovulların gülməsini görmək istəyirsiniz? Onda onu qıdıqlayın.
Siçovullar, şimpanzelər, itlər də gülür. Amma siçovullar zarafatlara gülmürlər. Onlar insanlar kimi oynayanda şadlıqlarını nümayiş etdirmək və dostluq yaratmaq üçün gülürlər.
Daha çox oyun oynayan siçovullar daha çox gülüb. Daha çox gülən siçovullar isə gülən digər siçovullara yaxın olmaq istəyib.
Bu onu göstərir ki, insanların gülüşü də oynamaqdan əmələ gəlib. Bu, digər məməli heyvanlarda da müşahidə olunub.

2. Gülüş zarafata görə deyil
Adamlardan nəyə görə güldüklərini soruşanda çoxu deyir ki, zarafata və ya yumora görədir. Amma bu, elə deyil.
Maryland Universitetindən psixoloq Robert Provine aşkar edib ki, daha çox dostlarımızla danışanda gülürük.
Əslində başqa adamlarla olanda gülmək ehtimalı 30 qat artır.
Maraqlıdır ki, bu adamlarla söhbət edəndə biz yenə də zarafatlara deyil, ilk baxışdan heç də gülməli görünməyən şərhlərə gülürük.
Gülmək reaksiya deyil, ünsiyyət üsuludur.

3. Beyin qəsdən edilən gülüşlə səmimi gülüşü fərqləndirir
Laboratoriyada beyinin surətini yaradanda gülüşün əhəmiyyətini görürük. Qəsdən edilən gülüşlə səmimi gülüşü müqayisə etdik.
Beynimiz fərqi avtomatik olaraq görür. Eyni zamanda qəsdən edilən gülüşə qulaq asmaq beyinin bir hissəsində, ön orta alınqabağı korteksində daha fəaliyyəti çoxaldır.
Bu korteks başqa adamların hisslərini anlamaqla əlaqələndirilir.
Bu onu göstərir ki, biz avtomatik olaraq başqaların qəsdən etdiyi gülüşləri anlamağa çalışırıq.

4. Gülüş yoluxucudur
Beynimiz üzərində aparılan tədqiqatlar göstərir ki, gülüş yoluxucudur. Hətta gülməli olmayan hallarda belə başqasının gülüşünə qoşulmağa hazırlaşmağımız üzümüzün əzələlərini buna hazırlamağımızdan hiss olunur.
Birinin gülüşə göstərdiyi yoluxucu reaksiyanın səviyyəsi, gülüşün nə qədər səmini olub-olmadığını anladığını göstərir.
Başqa sözlə, gülüş eşidəndə ona qoşulmağımız onu göstərə bilər ki, biz həmin gülüşün həqiqətən də ürəkdən gəldiyinə inanmışıq.

5. Tanıdığınız şəxslərin zarafatı daha gülməlidir
Gülüş gülüş gətirir.
Buna görə bir çox yumor şoularında səhnədə olan aparıcılar çıxışlar arasında auditoriyadakı gülüşün sovuşmasına imkan vermirlər.
Lakin gözləntilər və adamın tanış olub-olmaması gülüşü müəyyən edən şərtlərdəndir.
Məşhur adamların zarafatları daha gülməli görünür.

6. Gülüş kaloriləri yandırır
Gülməyin səhhətə müsbət təsiri barədə çoxsaylı məqalələrə rast gəlmək olar.
O, fiziki hazırlığı yüngül atletika kimi yaxşılaşdırmağa qabil deyil. Hərçənd gülüş vaxtı qaçmağa nisbətdə daha çox kalori yandırılır.
10-15 dəqiqə gülmək ürək pulsunu 10-20 faizədək artırır. Bu isə 10-dan 40-dək kalorinin yandırılması ilə nəticələrir.
Belə ki, bir paket çipsin verdiyi kalorini yandırmaq üçün 3 saat ərzində gülmək lazım gələ bilər.

7. Güluş münasibətlərin müddətini uzadır
Gülən və zarafat edən partnyorlar münasibətlərindən daha çox razıdır.
Həmçinin onlar bir-birindən başqalarına nisbətən daha gec ayrılırlar.
Bu göstərir ki, emosional cəhətdən yaxın olan adamlarla münasibətlərdə gülüşdən istifadə etmək faydalı ola bilər.
Atamın dəfn mərasimindən əvvəl anamın üzünü güldürmək üçün nə isə dediyim yadıma gəlir. O gülüşdən sonra hər şey yenidən qaydasına düşdü.
Gülüş təkcə insanların sağlamlığı deyil, onlar arasındakı münasibətlərin sağlamlığından xəbər verir.

8. Gülüş yerində olmaldır
Söhbət edərkən adamlar cümlənin sonunda gülməyə çalışırlar. Bu qaydaya hətta işarə dilində danışanlar da əməl edir.
Yumoristlər zarafat edərkən audiutoriyanın reaksiyasını ölçməlidirlər, onlar düzgün anlarda susmalı və gülüş üçün pauza etməlidirlər.
Bunları etmək xüsusi məharət tələb edir.
"Auditoriya gülərkən səhnədə heç nə etmədən dayanıb gözləmək xüsusi özünəinam tələb edir" - yumorist Kiri Pritchard-Mclean deyir.
Onun sözlərinə görə lətifə söyləyərkən gülüşə kifayət qədər yer vermək və düzgün anda müdaxilə edib növbəti lətifəyə keçmək xüsusi ustadlıqdır.

9. Gülüş cəzbedicidir
Gülməkdən uğunanadək güldürə bilərsiz?
Şəxsi elanlarda yumor hissinə ağıl, təhsil, peşə və seksuallıqdan daha artıq önəm verilir, araşdırmalardan birində deyilir.
Başqa bir təhqiqata görə biz zarafatlarımıza gülən adamları daha çox bəyənirik.

10. Bəzi şeylərə gülməmək mümkün deyil
Heç bir yumorist hamıda gülüş doğuracaq lətifə kəşf etməyib.
Lakin mən güldürmək üçün bəzi üsulların daha yaxşı nəticə verdiyini deyə bilərəm. Onlardan biri namünasib yerdə gülməməyə çalışan adamların videoklipləridir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2046   Tarix: 01 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942