Cenevrə avtosalonu: ən sürətli avtomobillər

Martın 1-də Cenevrədə açılmış avtosalonda təqdim olunan avtomobillər arasında ən sürətlilərinin reytinqi müəyyənləşdirilib
onların arasında ən güclüsü «Koenigsegg Agera R» avtomobilidir. İsveç ustalarının əl işi olan maşının 5,0 litr həcmli mühərrikinin gücü… düz 1115 at gücüdür. Maksimal sürət saatda 440 kilometr olsa da, məhdudiyyət avtomobilin saatda 375 kilometrdən artıq sürət yığmasına imkan vermir. Maşının qiyməti də sürətindən geri qalmır - təxminən 1,6 milyon dollar
Cenevrə avtosalonu: ən sürətli avtomobillər Cenevrə avtosalonu: ən sürətli avtomobillər İkinci yerdə «Bentley Supersports Ice Speed Record» gəlir. Saatda 100 kilometr sürəti 4 saniyəyə yığan maşının 6,0 litr həcmli mühərriki 631 at gücündədir.
Cenevrə avtosalonu: ən sürətli avtomobillər Cenevrə avtosalonu: ən sürətli avtomobillər «GTA Spano» avtomobilinin kapotu altında 8,3 litr həcmli mühərrik quraşdırılıb. Onun gücü 780 at gücüdür. Kuzanın hazırlanmasında karbondan, titandan istifadə olunması onun saatda 100 kilometr sürəti 2,9 saniyəyə toplamasına imkan verir.
Cenevrə avtosalonu: ən sürətli avtomobillər Cenevrə avtosalonu: ən sürətli avtomobillər «Jaguar XKR-S» dördüncüdür. Bu, «Jaguar»ın 50 ililk tarixində ən sürətli modeldir. Onun 5,0 litr həcmli mühərrikinin gücü 550 at gücüdür. Saatda 100 kilometr sürəti toplamaq üçün ona 4,2 saniyə kifayətdir. Yeni «Jaguar»ın maksimal sürəti saatda 300 kilometr saatdır.
Cenevrə avtosalonu: ən sürətli avtomobillər Cenevrə avtosalonu: ən sürətli avtomobillər «Pagani Huayra» xüsusi diqqətə layiqdir. Bu, qeyd olunan markanın tarixində istehsal etdiyi ikinci avtomobildir. Nadir avtomobilin 6,0 litr həcmli mühərriki 700 at gücüdür. «Pagani Huayra» maksimum saatda 370 kilometr sürətlə hərəkət etmək iqtidarındadır.
Cenevrə avtosalonu: ən sürətli avtomobillər Cenevrə avtosalonu: ən sürətli avtomobillər Altıncı yeri «MTM R8 Biturbo» tutur. «Audi R8»in bazasında yığılmış maşın 5,2 litr həcmli, 777 at gücündə mühərrikə malikdir. Maksimal sürəti saatda 360 kilometrdir.
Cenevrə avtosalonu: ən sürətli avtomobillər Cenevrə avtosalonu: ən sürətli avtomobillər «Audi R8 GTS ot ABT Sportline» 5,2 litr həcmli və 620 at gücündə olan mühərriki ilə Cenevrə avtosalonunun ən sürətli maşınları arasında yer alır. O, saatda 100 kilometr sürəti cəmi 3,6 saniyəyə toplayır. Maksimal sürəti isə saatda 320 kilometrdir.
Cenevrə avtosalonu: ən sürətli avtomobillər Cenevrə avtosalonu: ən sürətli avtomobillər Nəhayət, «Mansory Cormeum». Avtomobili «Mansory» şirkəti məşhur «Mercedes SLS»in bazasında hazırlayıb. Onun mühərriki 660 at günüdə olsa da, yaxın vaxtlarda bu rəqəmin 800-dək artırılması nəzərdə tutulub.
Cenevrə avtosalonu: ən sürətli avtomobillər Cenevrə avtosalonu: ən sürətli avtomobillər

BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7759   Tarix: 18 mart 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

TOP MP3