Ramil Səfərov`un macar dilindən çevirdiyi romanın təqdimatı olub

Ramil Səfərov`un macar dilindən çevirdiyi romanın təqdimatı olubErməni hərbçisinin qətlində təqsirləndirilərək Macarıstanda ömürlük həbs cəzası almış Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun macar dilindən tərcümə etdiyi "Qapı" romanının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə ziyalılar, millət vəkilləri ilə yanaşı, Macarıstanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Zoltan Kotska da iştirak edib. Qeyd edək ki, tərcümə olunan əsərin müəllifi Maqda Sabodur. Təqdimat mərasimində çıxış edən kitabın naşiri "AssA-İradə" xəbər agentliyinin baş direktoru Fazil Abbasov Ramil Səfərovun bu işini Azərbaycan ədəbiyyatına böyük xidmət kimi dəyərləndirib: "İlk dəfədir ki, macar ədəbiyyatı orijinaldan Azərbaycan dilinə tərcümə olunur. Ramil Macarıstanda macar dilini də öyrənib və bu ölkənin ən sevilən ədəbiyyat nümunələrindən birini dilimizə tərcümə edib. Bu, onu göstərir ki, bu cür intellekt sahibi heç vaxt qatil ola bilməz".

R. Səfərovun atası Sahib Səfərov isə bildirib ki, Macarıstan dövlətinin onun barəsində səhv qərar verməsinə baxmayaraq oğlu macar xalqına sevgisini bu əsəri tərcümə etməklə bildirib: "Tədbirə gəlməzdən qabaq Ramillə telefon danışığımız olub. O bu tədbir barədə məlumatlıdır. Məndən xahiş elədi ki, bu kitabın Azərbaycanda ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edim. Əgər Ermənistan bizim torpaqları işğal etməsəydi, bəlkə də Ramil heç hərbçi olmazdı. Nasir, hüquqşünas və ya həkim olardı. O məcburən hərb yolunu seçib".

Millət vəkili Zahid Oruc isə deyib ki, bu romanın tərcüməsi təkcə ədəbi hadisə deyil, həm də siyasi hadisədir: "Macar ictimaiyyətində onun barəsində formalaşmış "əli baltalı" obraza ən böyük zərbəni elə Ramil Səfərovun özü vurdu. Ramil Səfərov yalnız öz cəzasını yaşamır, Azərbaycanın Qarabağ uğrunda apardığı mübarizənin faciəsini yaşayır. Onun əməlinə verilən qiymət belə olmamalı idi, Bu, tək Ramilə deyil, bütünlükdə Azərbaycanın Qarabağ müharibəsinə verilən qiymətdir".

Qeyd edək ki, Maqda Sabo Macarıstanın tanınmış qadın yazıçılarındandır. Yazıçının ilk kitabı "Quzu" 1947-ci ildə, ikinci kitabı "İnsana qayıdış" 1949-cu ildə nəşr olunub. Bu kitab "Baumgarten" mükafatına layiq görülüb, lakin dövrün siyasi səbəblərinə görə mükafat yazıçıdan geri alınıb. O, "Fresko" və "Abigel" kimi məşhur romanların da müəllifidir. Maqda Sabo həm Macarıstanda, həm də digər ölkələrdə çoxsaylı mükafatlara layiq görülüb və əsərləri 43 ölkədə nəşr olunub. 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransanın ədəbiyyat üzrə nüfuzlu "Prix Femina Etranger" mükafatı verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3524   Tarix: 10 mart 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

20:27 0
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

20:30 0
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 333
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 224
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 452
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344