Vertolyot Azərbaycan mövqelərinin 150 metrliyində nə gəzirdi?

Vertolyot Azərbaycan mövqelərinin 150 metrliyində nə gəzirdi?Ermənistanda müxalif İrs Partiyasının lideri, prezidentliyə keçmiş namizəd Raffi Ovanisyan bu gün keçirdiyi mətbuat konfransında Ağdamda vurulmuş erməni vertolyotuna görə İrəvan hakimiyyətindən izahat istəyib.

R.Ovanisyan vertolyotun vurulmasına görə Azərbaycanı qınayıb, ancaq o, günahın erməni tərəfində olduğunu deyib.

"Nəyə görə vertolyot Azərbaycan mövqelərindən cəmi 150 metr məsafədə düşüb? Heç bir zərurət yox idi ki, vertolyot Azərbaycan mövqelərinin 150 metrliyində döyüş təlimlərində iştirak etsin. Bu sual hamıda yaranır və cavab tələb edir" - deyə Ovanisyan bildirib.

R.Ovanisyan İrs Partiyasının nümayəndəsi David Sanasaryanı da vertolyotun pilotlarının cəsədlərinin qaytarılması tələbi ilə keçirdiyi aksiyanı dayandırmağa çağırıb. O bildirib ki, indiki situasiyada qondarma "DQR"in tanınması vacib idi, lakin Ermənistanda legitim hakimiyyət olmadığından bunu etmək mümkün deyil.

R.Ovanisyan İrs Partiyasının bir daha qondarma "DQR"in tanınmasına dair layihəni parlamentə təqdim etməyəcəyini deyib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi vertolyotun "təmas xəttini keçmədiyini" iddia edirdi. Lakin daha sonra Qarabağdakı erməni qüvvələrinin komandanı Movses Akopyan vertolyotun Azərbaycan mövqelərinin 20 metrliyindən keçdiyini dedi.

Ermənistan hakimiyyəti bu insident ətrafında böyük hay-küy qaldırmağa və Azərbaycanı hansısa normaları pozmaqda ittiham etməyə çalışsa da sosial şəbəkələrdə fərqli fikirlər yayılır. Ermənilər etiraf edir ki, insidentə görə günahkarlar əslində vertolyotu Azərbaycan mövqelərinə həmlə etməyə göndərənlərdir. İndi bu insidentdə Ermənistan hakimiyyətinin günahkar olduğunu ilk dəfə İrs Partiyasının lideri açıq bildirir.

virtualaz.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1886   Tarix: 23 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459