Təbrik edirəm siz işkoliksiniz

Təbrik edirəm siz işkoliksinizQəribə xəstəliyin ən maraqlı tərəfləri barədə bilmədiklərimiz; alimlər iş mərəzini "ən çox hörmət olunası xəstəlik" adlandırır, amma...

Bu ssenari sizə tanışdır? İşinizi sevir, çoxsaylı layihələrə görə məsuliyyət daşıyırsınız. Son möhlətlər təzyiq göstərməyə davam edir. İş vaxtınız uzundur. Ailənizə və özünüzə vaxt ayıra bilmirsiniz. Məzuniyyətlər və ictimai səfərlər uzaq xatirələrə çevrilib. Yeganə hobbiniz işinizdir.

Cavabınız "hə"dirsə, bu, işkolik olduğunuz mənasına gəlir. İşkoliklər yalnız işləri üçün yaşayır, əlavə vaxtlarını da işlərinə sərf edir və işlərini evlərinə aparırlar. Bir çoxları çalışqanlıqları ilə fərqlənir. Lakin iş yaşama səbəbinə çevriləndə, bu bir qədər ağır hal alır. Bunun isə ictimai, texnoloji və maliyyə səbəbləri var.

Bəzi tədqiqatlar insanların 40%-dən çoxunun geri qayıdarkən artıq işini itirmiş olacağı qorxusu ilə məzuniyyətlərə çıxmaqdan imtina etdiyi göstərir. Bundan başqa bu hal ailələrin dağılmasına, bir sıra xəstəliklərin yaranmasına gətirib çıxara bilər. İşiniz varolma səbəbinizə çevriləndə, düşündüyünüz və sizə xoşbəxtlik gətirən yeganə şey olanda müdaxiləyə ehtiyacınız var deməkdir.

Çox işləməklə, həddindən çox işləməyi qarışdırmaq olmaz. Çalışqan insanlar sərhədlərini müəyyənləşdirməyi və işi şəxsi həyatdan ayırmağı bacarırlar. İşkoliklər üçün isə şəxsi həyat deyilən bir şey yoxdur.

"Bu bəlaya" düşüb-düşmədiyinizi anlamağın ən asan yolu
Yaxşı, bəs insan işkolik olduğunu necə anlaya bilər?
1.İşləmədiyiniz vaxt özünüzü əsəbi və bədbəxt hiss edirsiniz?
2. Özünüzə ayırdığınız boş bir vaxtınız yoxdur?
3. Eviniz də ofis kimidir?
4. Sosial münasibətləriniz get-gedə pozulurmu?
5. Hər işi, hər məsuliyyəti üzərinizə götürürsüz?
6. Daim zamanla yarışa girirsiz?
7. Həm fiziki, həm zehni olaraq daim bir gərginlik hiss edirsizmi?
8. Dostlarınızla, ailənizlə daim müzakirə etdiyiniz mövzu işlərinizlə bağlıdır?
Bu suallara verdiyiniz cavab "hə"dirsə, siz bir işkoliksiniz.
İşkoliklər xəstələnir, həyata küsür və...
İşkolik olmaq nələrə səbəb ola bilər?

Dalğınlıq və yaddaşsızlığa səbəb olur. Diqqəti toplamaq demək olar ki, qeyri-mümkünə çevrilir.
Xroniki yorğunluğun ən vacib səbəblərindən biridir.
Sosial münasibətlərinizə təxmin etdiyinizdən daha çox ziyan verir.
Boyunda, beldə və kürəkdə davamlı ağrılara səbəb olur.
İnsanda əhvalsızlıq və istəksizlik yaranır.
Yaradıcılığın qarşısını alır.
Həzm və immunitet sistemini çökdürür.
Zehni olaraq performansın aşağı düşməsinə səbəb olur
Baş dönməsi, baş ağırısı kimi şikayətlərə sahib ola bilərsiniz.
İnsan daha əsəbi və dözümsüz olur. Bu, yuxu narahatlıqlarına qədər davam edə bilər.
İşkoliklik... dərddirsə, dərmanı da var - sevin, sevilin...
Dərd varsa, dərmanı da var şübhəsiz ki. Maraqlıdır, bir insan işkolikdirsə, bundan necə xilas ola bilər? Çıxış yolları da aşağıdakı kimidir:

Əsas məsələ qızıl ortanı tapmaqdadır... Öncə iş və özəl həyat arasında sağlam bir tarazlıq qurmaq lazımdır.

Daimi planlar quraraq bu tarazlıqla bağlı ilk addımı atmaq mümkündür.
Hər işi, hər məsuliyyəti üzərinizə götürməyin.
İşkolik olmanızın altında yatan səbəbləri tapın.
İşin xaricindəki vaxtda ağlınıza daim iş düşürsə, bunu dərhal başınızdan atın.
İş xaricindəki vaxtınızı işdən olmayan dostlarınızla, ailənizlə keçirməyə və iş mövzusunu heç açmamağa çalışın.

Başqa mövzulardan danışın mümkünsə.
Özünüzə hər zaman ən önəmli insanın "siz" olduğunu anladın.
Mütləq özünüzə hobbilər tapın. Bu idman da ola bilər, kitab da, hər hansı bir kurs da...
Hər şeyin mükəmməl ola bilməyəcəyini və xətalara yol verə biləcəyini qəbul edin, bunu həzm etməyə çalışın.
Həftəsonu tətilləri haqqında düşünün. Daha sonra isə uzunmüddətli səfərlər planlaşdırmağa başlayın.

Könüllük barədə düşünün, başqalarına kömək edin ,yeni insanlarla tanış olun.
Hobbi tapın.
Gördüyünüz hər bir işin mükəmməl olmalı olduğu düşüncəsindən azad olun.
Bəzən heç bir şey etmədən dincəlməyin normal olduğunu qəbul edin.
Bütün bunlar işə yaramırsa, onda professional yardım alın.
İşkoliklik - sayğı duyulası xəstəlik siyahısında imiş...

Amma psixoloqların da bu mövzuda maraqlı araşdırmaları var. Məsələn, onlar hesab edirlər ki, işkoliklik əslində çox işləmək demək deyil. Belə ki, çox çalışmaq bəzi məcburiyyətlərdən irəli gələn bir nəticədir. Çox işləyən insanlar eyni zamanda iş xaricində də sosial həyatlarını qorumağa çalışırlar. İşkoliklər isə normal vaxtlarda belə ediləcək bir sürü iş "tapırlar". Şərtləri nəzərə alanda çox işləmək, işini sevmək və ya uğurdan zövq almaq yanlış bir şey deyil. Bunun əksinə olaraq, işkoliklər fasiləsiz olaraq iş haqqında düşünürlər. İşləmədikləri vaxt özlərini depressiv hiss edirlər. Hətta fasilə vermək, səyahətə çıxmaq kimi məsələləri tamamilə siyahıdan çıxarırlar. Hədəfə çatıb, onun zövqünü yaşamaq əvəzinə, hər gün özlərinə yeni hədəflər tapırlar. Əgər siz işkolik birindən "lotoreyadan böyük pul udsan nə edərsən" soruşsanız, cavabı belə olar ki, o pulla işimə davam edərəm.

"İşkoliklik" bir qayda olaraq, daim işini düşünmək, işinə böyük zaman ayırmaq və özündən gözləniləndən daha çox çalışmaq kimi davranışlarla təsvir olunur. İşkolikliyin işinə bağlı olmaq və ya işini uğurla bitirə bilmək üçün lazım olanda daha çox işləməklə heç bir əlaqəsi yoxdur. Onlar işlərindən başqa heç nə düşünmürlər. Özlərini və həyatlarını işləri ilə bağlı olaraq tamamlayır və hər zaman özlərini işləmək məcburiyyətində hiss edirlər.
Mütəxəssislər deyirlər ki, çox vaxt insanlar həyatdakı həqiqi problemlərlə üzləşməkdən qaçdıqları və ya ailədəki digər işkoliklərə bənzəməyə çalışdıqları üçün işkolik olurlar. Sosial münasibətlərdə çətinlik çəkənləri də çox vaxt iş xilas edir. Bu tiplər yatmağı, oyun oynamağı, səyahət etməyi, qısacası, iş xaricindəki hər işi, fəaliyyəti lazımsız və lüks hesab edirlər. Kanadalı psixoloq Barbara Killinger isə işkolikləri "hörmət ediləsi xəstələr" adlandırıb. Onun fikrincə, mükəmməllikləri onları çox vaxt narsizmə qədər apara bilir.
Bu günə qədər işkoliklərlə bağlı çoxlu sayda araşdırma aparılıb. 2001-ci ildə aparılan və Family Journal jurnalında yayımlanan bir araşdırma işkoliklərin uşaqlarının daha depressiv olduqlarını və valideyn boşluğu hiss etdikləri üçün özlərini yaşlarından xeyli böyük apardıqlarını üzə çıxarıb. 2000-ci ildə "Journal of Family Therapy"də yayımlanan bir başqa araşdırmadan çıxan nəticə isə odur ki, işkoliklərlə evli olan qadınlar digər həmcinslərindən daha çox boşanır. 1999-da aparılan və "Sex Roles" jurnalında yayımlanan bir digər araşdırma isə eyni dərəcədə işkolik olan qadınların stress faizi kişilərinkindən daha çoxdur. Buna səbəb isə onların işdən əlavə, ev və uşaqların da qayğısını öz üzərinə götürməsidir.

Bundan ən çox Amerika ziyan çəkir

İşkolik sözünün ən çox istifadə edildiyi ölkələrdən biri Amerikadır. Hətta Amerikanın yaşadığı ən önəmli problemlərdən biri kimi dəyərləndirilə bilər. Amerikada işkolikliyin zərərləri fiziki problemlərdən daha çoxdur. Ona görə də son illər Amerikada yaşanan boşanmaların böyük faizi işkolikliyə görə yaşanır.

Hətta problem o qədər ciddi səviyyələrə çıxıb ki, ABŞ-da bununla bağlı sosial müdafiə dərnəkləri qurulub, internetdə işkoliklərin qrupları yaradılır. Həyat yoldaşlarının işkolik olmasından şikayətlənən qadın və ya kişilər bu dərnək və ya sosial şəbəkələrdə bir araya gəlirlər. Onlar bu problemdən çıxış yolu axtarmağa çalışırlar. Hətta ABŞ-da işkoliklik alkoqolizm, siqaret və ya narkotik maddə kimi ciddi asılılıq olaraq qəbul edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1158   Tarix: 25 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086