Çiy ət yeyən adı tərcümədə mələk mənasını verən xalq - FOTO

Şimali qütb bölgəsinin yerli əhalisi, Amerikada eskimos və aleutlar, Avropa və Asiyada laponlar və s. - bunlar yığıcı və ovçu olaraq Daş dövründəkinə bənzəyən, köçəri həyat tərzi yaşayan xalqlardı. Buradakı həyat şərtlərinə ən yaxşı uyğunlaşan eskimoslardı. Onlar ən Şimal hissələrə qədər yayılan bir xalqdır.

Eskimos - Kanada, Sibir, Qrenlandiya kimi Şimal qütb bölgəsinə yaxın ərazilərdə yaşayan insanlara verilən addır. Bəzi Amerika yerliləri eskimos sözünü "xarici" mənasında da istifadə edirlər. Bu gün yer üzündə Qrenlandiyada 40 min, Şimali Kanadada 23500, Alyaskada 35 min və keçmiş SSRİ ərazisində 1500 olmaqla ümumilikdə 100 mindən çox eskimos xalqı yaşayır.

Eskimosların əcdadları təxminən 10-15 min il əvvəl Sibir və Alyaskanın bitişik olduğu dövrdə, Asiyadan Şimali Amerikaya köç ediblər. Onlar minlərlə il boyunca bitkilərin yetişmədiyi çox soyuq ərazilərdə balıqçılıq, ovçuluq və yığıcılıqla dolanıblar. Şimal maralı, suiti, balina və balıq ovlamaq üçün bir yerdən başqa yerə getməyə məcbur olublar. Eskimosların özlərinə məxsus maraqlı ovlamaq üsulları var idi.

Məsələn, suitinin nəfəs almaq üçün buzda deşik açdığını bilirdilər. Suitinin buz təbəqəsini nəfəsilə isidərək açdığı dəliyi tapan ovçu onun kənarında gözləyir və hava almaq üçün yaxınlaşan suitiyə mizraq batıraraq öldürürdülər. Qışda dəniz donanda onlar buzda deşik açıb qarmaqlarını suya atırdılar.

Eskimoslar ovladıqları heyvanın ətini qurudaraq, ya da donduraraq saxlayır və əksər zamanlarda əti çiy halda yeyirdilər. Ovlarının dərisindən geyim və çadır, damarlarından tikiş üçün iplik, sümüklərindən iynə, yağından isə işıqlanma və istilik üçün istifadə edirdilər. Geyimləri suiti dərisindən olurdu. Oyma işi ilə kiçik heykəllər və bəzək əşyaları düzəldirdilər.

Eskimos evlərinin divarları dərilərlə örtülür, evlərə küləyin qarşısını almaq üçün düzəldilən əyri koridorlardan girirdilər. Çay ağızlarında, ya da isti su axıntılarından təsirlənən yerlərdə isə dəri çadırlarda, ya da taxta daxmalarda yaşayırdılar. Şimal qütbündə ağac qiymətli olduğundan, eskimoslar balina və suitilərin yağından yanacaq kimi istifadə edirdilər. Uzun qış gecələrində əvvəllər yağ şamlarını, sonralar isə səyyahların gətirdiyi qaz lampalarını yandırırdılar.

Eskimoslar quruda, itlərin çəkdiyi xizəklərlə səfər edir, dənizdə isə heyvan dərisindən düzəldilən qayıqlardan istifadə edirdi. Qərbi Qrenlandiyada və məskunlaşdıqları digər bölgələrində balina ovlamaq və yükdaşıma üçün daha geniş qayıqlardan faydalanırdılar. Onlar həyata davam edə bilmək üçün, olduqları bölgənin sərt iqliminə uyğunlaşmağı bacarırdılar.

Günümüzdəki Eskimoslar

Son əsrdə eskimosların həyatında olduqca əhəmiyyətli dəyişikliklər olub. Onların məskunlaşdığı bölgələrə gələn avropalı tacirlər və missionerlər özlərilə birlikdə adət-ənənə də gətirdi. Eskimoslar ovladıqları heyvanların xəzini avropalıların gətirdiyi yeni məhsullarla mübadilə etməyə, tüfəng və taxta qayıqlar istifadə etməyə başladılar. Onlar arasında xristianlıq dinini yaymağa çalışan missionerlər eskimos dilini yazıya çevirərək xüsusi bir əlifba yaratdılar. Həmin əlifba bu gün Kanadadakı eskimos qəzetlərində də istifadə edilir.

Kanadanın şimalında yaşayan eskimosları Kanada rəhbərliyi oranın həyat şəraitinə uyğunlaşdırmağa çalışır. Avropalıların təsiriylə adət-ənənəsinin çoxunu itirən eskimosların bəziləri bu gün müasir mebel və vəsaitlərlə təchiz olunan evlərdə yaşayır, itlərin çəkdiyi xizəklərin əvəzinə motorlu xizəklərdən istifadə edirlər. Təkcə yemək üçün ov edir, heyvan xəzləri yerinə hazır geyimlər geyinirlər. Bütün bunları almaq üçün pula ehtiyac duyan eskimoslar, əvvəlki kimi balıqçılıq, ovçuluq etmək əvəzinə neftayrma zavodlarında və mədənlərdə çalışırlar.

Eskimosların milli özünüdərk axtarışı

Buna baxmayaraq, Qrenlandiya və Labradorda yaşayan eskimosların arasında treska balığı, suiti və morj ovçuluğu hələ də davam edir. Şimali Alyaskada yaşayan eskimoslar 54 tonluq balinaları ovlamaqla məşhurdurlar. Avropalıların gətirdiyi yeni həyat şəraitinə və şəhərlərə uyğunlaşa bilməyən eskimoslar arasında içki asılılığının getdikcə artdığı müşahidə edilir. Avropalılarla qurulan əlaqələr, qızılca və qrip kimi yoluxucu və ölümcül xəstəlikləri də özü ilə gətirdi. Bütün mənfiliklərə baxmayaraq, eskimoslar öz adət-ənənələrini qorumağa çalışır.

Avropa dillərindən çox fərqli olan eskimos dili bir çox yerli ləhcəni özündə birləşdirir. Ona görə ayrı-ayrı yerlərdə eskimoslar bir-birlərini anlamaqda çətinlik çəkir. Avropalılarla olan əlaqələr eskimos dilinə Avropa dillərindən bir çox yeni sözün girməsinə səbəb olub.

Uşaqlarını Avropa dillərində təhsil verən məktəblərə göndərməklə bərabər, eskimoslar milli özünəməxsusluqlarını qorumaq üçün dillərinin istifadə edilməsində israr edirlər. Adət-ənənələrini qorumaq eskimoslar üçün əhəmiyyətlidir. Bu səbəblə oğlanlara, bu gün də ovçuluq, qonaq qalması üçün istifadə edilən köhnə eskimos evlərini necə düzəldildiyini, ovlanacaq heyvanın necə vərdişləri olduğunu öyrədirlər. Qızlara isə heyvan xəzindən geyim tikməyi və toxuculuq aşılanır.

Eskimoslar necə yaşayırdı?

"Eskimos" bir çox cəmiyyətlərin obalar formasında birləşərək Kanadadan Alyaskaya, Qrenlandiyadan Şimali Asiyaya və Şimal qütbünün hər tərəfinə yayılan, fiziki görünüşü, dilləri, mifologiyaları, sənətləri, istehsal vasitələri və əlaqələri baxımından böyük bənzərlikləri olan qəbilələrin ümumi adıdır. Bəzi eskimos qəbilələrində "eskimos" termini mələk mənasını ifadə edir.

Eskimoslar 12 min il əvvələ qədər hökm sürmüş yığıcılıq və ovçuluğun yaxın zamanlara qədər qaldığı nümunələrdən biridir. Onların dolanışıqları demək olar ki, ancaq dənizə, dəniz məməlilərinə bağlıdır. Yaxın keçmişə qədər meşə məhsullarından faydalanmayan tək yığıcı-ovçu xalq onlar idi. Bəzi eskimos cəmiyyətlərində qadınlar ayı və suitinin ovuna qatılırdı. Bununla belə ovçuluq əsl kişi işidir.

Eskimoslarda obalararası ziyarət hədiyyələşmə şənliyi kimidir. Hədiyyə vermək, həmin adamı qohum səviyyəsinə yüksəldir. Karibou eskimosları hədiyyə verib-aldıqları adamlara qohum olmasalar belə "qardaş (bacı) oğlu" deyirlər. Oba içərisində ən geniş yayılmış ailə bütün obaya rəhbərlik edir.

Çiy ət yeyən adı tərcümədə mələk mənasını verən xalq - FOTOÇiy ət yeyən adı tərcümədə mələk mənasını verən xalq - FOTOÇiy ət yeyən adı tərcümədə mələk mənasını verən xalq - FOTOÇiy ət yeyən adı tərcümədə mələk mənasını verən xalq - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3676   Tarix: 27 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925