Əkiz psixologiyası

Əkiz psixologiyasıƏsrlərdir həm elm adamlarının, həm də bir çox insanın marağını çəkən bir mövzu; əkizlik. Eyni ana bətnini paylaşmaq və eyni anda dünyaya gözlərini açmaqla başlayıb, sonra çox uzun illər kimsənin anlamayacağı qədər xüsusi bir bağla bir-birinə bağlanan iki insan...

Əvvəlcə bu qədər maraq oyandıran əkizliyin necə bir hadisə olduğunu və növlərini araşdıraq;
Tək yumurta əkizləri: Sperma tərəfindən mayalanan yumurta daha sonra yarıya bölünür. Bu səbəblə genetik strukturları eyni olur və xarici görünüş olaraq da bir-birlərinə çox bənzəyirlər.
Cüt yumurta əkizləri: İki ayrı yumurtanın iki fərqli sperma tərəfindən mayalanmasından meydana gəlir. Gen strukturlarına baxıldığında yalnız 50%-nin eyni olduğu görülür. Xarici görünüşləri bir-birlərinə normal bacı-qardaş qədər bənzəyir.

Ədalət və bərabərlik

Əkiz uşaq sahibi olmaq valideynlik bacarıqlarının sınanması üçün çətin bir imtahan kimidir. Marağı, sevgini bölüşdürmək, ehtiyacları qarşılamaq valideynlər üçün fərqli və çətin bir vəziyyətdir. Alınan hədiyyələr, paltarlar, hətta saç kəsimi modelləri belə eyni olduğunda bərabərliyi təmin etmək və rəqabət ilə baş etmək daha asan kimi görünür.

Bərabər davranmaq əkizlərin ayrı bir fərd olduqlarını qəbul etmənin önündəki ən böyük maneələrdən biri halına gələ bilər. Əkizlərdən hər biri ayrı fərd olaraq fərqli maraq və şəxsiyyət xüsusiyyətlərinə malikdir. Onların fərqli zamanlarda fərqli ehtiyacları vardır və həyat hər zaman hər kəsə bərabər imkanlar təqdim etməz. Bu səbəblə əkizlərə bərabər davranmaq əslində ədalətli deyil. Əkizlərdən biri kədərlənməsin deyə digərinin müvəffəqiyyətlərinə kifayət qədər maraq göstərməmək, ya da eyni anda ikisinə birdən hirslənmək əkizlərin şəxsiyyət və güvən inkişafına mənfi təsir edə bilər. Adil olmaq haqq etdiyi şəkildə davranmaq, ya da haqq etdiyi fürsətləri təqdim etməkdir. Təbii ki, bu, əkizlərdən birinə əhəmiyyət verməmək, geri planda qalmasına səbəb olmaq demək deyil. Tam tərsi, hər ikisinin fərdi xüsusiyyətlərini tanımaq və bu xüsusiyyətlərinə görə onları dəstəkləmək deməkdir.

Əkizlər arasında uşaqlardan biri bəzən digərinin müvəffəqiyyətlərinin kölgəsində qala bilər, rəqabətə girmək istəmədiyi üçün əkizinin olduğu mühitlərdə geri çəkilməyi seçim edə bilər. Ana-atalar üçün çətin ola, bu kimi vəziyyətlərdə tarazlığı təmin etməkdir. Amma tarazlığı təmin etmənin yolu əkizlərə tək bir bütün kimi davranmaq , ya da onları bir-birləriylə müqayisə edərək eyni olmalarını gözləmək deyil.

Əkizlər söz mövzusu olduğunda ana-ata, ya da ətrafdakılar bəzən fərqində belə olmadan əkizləri bir-birləriylə müqayisə edirlər. Bunun ən böyük səbəbi əkizlərin bir-birinin eynisi şəklindəki səhv düşüncədən qaynaqlanır. Əkizlər hər fərd kimi bir-birlərindən fərqli inkişaf xüsusiyyətləri göstərirlər. Ana-ata kimi əslində əkizlər də özlərini əkizləri ilə müqayisə edirlər. Çünki əvvəlcə özlərinin fərqinə varmadan əkizinin varlığının fərqinə varmış olurlar. Tək yumurta əkizlərində bu vəziyyət daha da mürəkkəb hala gələ bilər. Amma araşdırmalar ana-ataların ən çox cüt yumurta əkizlərini bir-birləriylə müqayisə etdiklərini göstərir.

Rəqabət və qısqanclıq

Rəqabət, qısqanclıq və paylaşmaq tək doğulan uşaqların həyatlarının bir parçasıdır. Əkiz uşaqlar həyatlarının ilk günündən etibarən təməl ehtiyaclarının qarşılanması, ana-atanın əlaqəsi və sevgisi üçün rəqabət içinə girə bilərlər. Xüsusilə birinin digərindən daha müvəffəqiyyətli olması, ön plana çıxması vəziyyətində, ya da bir əkizin xüsusi tələbləri olduğunda rəqabət və qısqanclıq artar.

Aparılan araşdırmalara görə, əkizlər bir-birlərilə ən çox fiziki inkişaf, müvəffəqiyyətli olma və böyüklər tərəfindən bəyənilmə sahələrində rəqabət yaşayırlar. Xüsusilə məktəbə başladıqdan sonra bir əkizin digərindən daha tez oxumağı öyrənməsi, daha yüksək qiymətlər alması fərqində olmadan həm ana-atanın, həm də müəllimlərin əkizləri müqayisə etməsinə və bu da əkizlər arası rəqabətin artmasına səbəb ola bilər.

Rəqabət və qısqanclıq gündəlik həyatın hissəsidir, ancaq əkizlərin bu duyğularla necə baş edəcəyi, necə reaksiyalar verəcəkləri böyük ölçüdə ana-atanın və digər insanların reaksiyaları ilə əlaqədardır.

Fərd olaraq əkizlər

Ana bətnindən etibarən əkizlərin fərqli fərdlər olduqları göstərdikləri fərqli reaksiyalardan müəyyən olunur. Biri daha hərəkətliykən digəri daha sakit ola bilər. Tək yumurta əkizləri genetik xüsusiyyətlər səbəbiylə bir-birlərinə çox bənzərlər, amma bu, fərdi xüsusiyyətlərinin də bir-birinə bənzəyəcəyi mənasını verməz, hətta tam tərsinə, bəzən əkizlər iki zidd qütb kimidirlər. Genetik xüsusiyyətlər qədər ekoloji faktorlar da onların şəxsiyyətlərinin fərdiləşməsinə böyük təsir göstərir.

Ana-ata olaraq əkizləri bir bütün şəklində görmək, onlara bir bütünü meydana gətirən parçalar kimi davranmaq fərd olaraq formalaşmalarına, öz şəxsiyyətlərini inkişaf etdirmələrinə mənfi təsir göstərir.

Eyni paltarları geyinmələri, saç modellərinin eyni olması digər insanların onları ayırd etməsini, adlarını doğru şəkildə öyrənmələrini çətinləşdirəcək. Bizi biz edən, digərlərindən ayıran ən əhəmiyyətli xüsusiyyətlərdən birinin adımız olduğu düşünülsə, əkizlərin şəxsiyyətlərinin formalaşmasında adlarının düzgün deyilməsinin rolunun böyük olduğunu görərik.
Birlikdə çox vaxt keçirmək, bir bütünün iki yarısı, bir-birinin yerinə keçə bilərlərmiş kimi davranmaq əkizlərin fərdiləşməsini çətinləşdirən faktorlardan ola bilər.

Əkizlər eyni sinifdə oxumalıdır, ya fərqli siniflərdə ?

Bu suala ümumiyyətlə əkizlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq və fərdiləşmələrinə fürsət tanımaq adına ayrı məktəblərə və ya siniflərə vermək şəklində cavab verilə bilər. Məktəb dövründə sinifləri ayırmaq müəyyən qədər təsirli ola bilər. Ancaq məktəb əvvəli dövr sıx olaraq bir yerdə olan, bir-birlərindən heç vaxt ayrılmamış əkizləri bir anda məktəbə başladıqlarında ayırmaq, işləri daha da çətinləşdirə bilər.

Əkizlər arasında rəqabətin çox sıx və dağıdıcı olduğu vəziyyətlərdə fərqli mühitlərdə təhsil almaları daha faydalı ola bilər.

Nə qədər rəqabət olsa da, ümumiyyətlə, əkizlər arasında olan xüsusi bir bağ, əlaqə xarici dünyaya qarşı birlikdə bir qrup meydana gətirmələrinə səbəb ola bilər. İkili bir qrup olaraq başqa heç kimə ehtiyacları yoxmuş kimi davrana bilərlər, bu da ictimai və duyğusal inkişafları üzərində mənfi təsirlərə səbəb ola bilər.

Nəticə olaraq əkizlərin məktəb əvvəli və ya ibtidai təhsilə başlarkən ayrı məktəb və ya sinif qərarı əkizlərin xüsusiyyətləri, ana-atanın müşahidələri və pedaqoqların təklifləri nəzərə alınaraq verilməlidir.

Əkizləri böyüdərkən

Əkizləri yetişdirmək valideynlər üçün maddi və mənəvi mənada çətin ola bilər. Amma eyni zamanda qürur qaynağı və maraqlıdır.

Valideynlər əkiz körpələri olacaqlarını öyrəndikləri andan etibarən fərqli düşüncələrə və duyğulara qapılırlar. Qayğılar, həyəcanlar, gözləmələr, xəyallar, hesablar bir-birini təqib edir. Körpələrin əkiz olduğunu öyrəndikləri andan etibarən əslində ana-ata duyğu və düşüncələrini paylaşmağa, daha əvvəl əkiz körpə sahibi olan ana-atalardan təcrübələrini öyrənməyə, mütəxəssislərə danışmağa ehtiyac duya bilərlər.

Əkiz uşaq yetişdirmək bir çox istiqamətdə tək uşaq yetişdirməkdən fərqlidir. Hər şeydən əvvəl ana-ata üçün daha yorucu müddətdir. Eyni anda acan, eyni anda ağlayan, eyni anda ana-atanın marağını gözləyən əkizlər ilə maraqlanmaq enerji, zaman və səbr tələb edir.
Əkizlər ana bətnindən birlikdədir, bəzən ana-atalarından çox bir-birlərinə bağlıdırlar. Bu bağlılıq yaşıdlarıyla əlaqələrinə, sosiallaşmaqlarına mənfi istiqamətdə təsir edə bilər. Əkizlərin yaşıdları ilə yoldaşlıq qurmaları (bəzən fərqli yoldaşları olar, bəzən də ortaq yoldaşlar əldə edərlər) dəstəklənməlidir. Bəzən əkizlərdən biri məktəbə başladığında daha güclü ictimai əlaqələr qurar, yoldaşları tərəfindən sevilər, bu vəziyyətdə digər əkiz özünü təcrid, rədd edilmiş hiss edər.

Bəzi hallarda əkizlərdən biri digərini sahiblənmə rolunu çox şişirdir, onun məsuliyyətlərini də öz üzərinə götürür. Məsələn, əkizi çox dağınıq olduğu üçün öz əşyalarını yığdıqdan sonra əkizinin əşyalarını da toplayır. Bu davranış məsuliyyət alma və yetkin bir fərd olma xüsusiyyətini inkişaf etdirməsinə və eyni zamanda, digər əkizin isə çox məsuliyyət altında qalaraq əzilməsinə, duyğusal cəhətdən zəifləməsinə səbəb ola bilər.
Ən önəmlisi cəmiyyətdə əkiz uşaqlara fərdi yanaşmalı, onları ayrı şəxslər kimi qiymətləndirməliyik.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1672   Tarix: 27 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201