Məşhur dunya ulduzlarının yer aldığı Qanlı Yanvar - FOTO

Artıq bir neçə gündür ki, onun rəhbərliyi altında çəkilişləri gedən "Qanlı Yanvar" filmi ilə bağlı mətbuatda yazılar yer alır.

Nəhayət, KİV nümayəndələri ilə filmin yaradıcı və işçi heyəti arasında görüş keçirilib. Çəkilişlərinin 60 faizi həyata keçirilən filmlə bağlı məlumatlar verilib.

Tədbirdə Seyfulla Mustafayev, Vahid Mustafayev, türk kinosunun canlı əfsanəsi Nebahat Çehre, "Santa-Barbara" serialında Meyson obrazını yaradan, amerikalı aktyor Leyn Devis, İrandan dəvət olunan kino-operator Afşin Əlizadə iştirak edib.

Mərasimdə ilk öncə 20 Yanvar hadisələrində canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra V.Mustafayev qanlı yanvar hadisələrinə 49 gün qaldığını və bu müddət ərzində filmi yekunlaşdıracaqlarını bildirib:

"Bütün yaradıcı heyət, həmçinin aktyorlar filmdə böyük həvəslə çalışıblar. Filmin təqdimatını 20 Yanvar ərəfəsinə planlaşdırmışıq. Qorxmazlıq və mübarizəni canlandıran filmin çəkilişləri hazırda davam edir".

"Qanlı Yanvar"ın bir çox ölkələrdə nümayiş olunacağını, festivallarda iştirak edəcəyini bildirən V.Mustafayev, həmin ölkələrdə tamaşaçıların filmdə tək Azərbaycanın müstəqillik mücadiləsini deyil, eyni zamanda öz ölkələrində baş vermiş müstəqillik uğrunda mübarizəni də öz hafizələrində canlandıracağını bildirib:

"Çünki bu film müstəqillik, azadlıq mücadiləsinə həsr olunub. Yaradıcı heyət, biz hamımız durmadan, gecə-gündüz çalışmışıq. Filmimizin uğur qazanacağına, peşəkar olacağına şübhəm yoxdur. Bu filmin çəkilişində iştirak edən kollektiv beynəlmiləldir. Dünya şöhrətli cəkiliş qrupu yerli azərbaycanlılarla birlikdə çalışır. Bu internasionallığın xüsusi mənası var. Çünki azadlıq arzusu təkcə bir millətin mənəvi sərvəti deyil. Milli azadlıq mücadiləsi bütün dünyaya tanış və doğma olan şərəfli hissdir.

Müstəqillik uğrunda bütün xalqlar - o cümlədən də bu filmin çəkilişinə cəlb olunmuş millətlərin nümayəndələri uzun müddət mücadilə aparıb, vuruşub və öz müstəqilliklərini qazanıblar. Biz bu gün fəxr edirik ki, Azərbaycan da müstəqilliyini qanı və canı bahasına qazanmış ölkələr sırasındadır. Bu filmin yaradıcı heyəti də məhz bu məqsədlə beynəlmiləldir".

Bildirək ki, azərbaycanlı tamaşaçıların "Muhteşem Yüzyıl" serialındakı Valide Sultan obrazından sonra daha da sevdiyi aktrisa Nebahat Çehre səhhətindən dolayı tədbirə yarım saat gec gəlib. Bundan dolayı o, KİV nümayəndələrindən üzr istəyib. Daha sonra isə filmdə yaratdığı obrazdan danışıb:

"Müstəqillik, azadlıq məsələlərinə olduqca həssasam. Mənə bu filmdə çəkilmək təklifi gələndə böyük məmnuniyyətlə qəbul edib, böyük həvəslə də oynadım. Çünki Azərbaycanın, bizə qardaş olan bir ölkənin müstəqilliyi mənim üçün ən öndə dayanır".

Burada kiçik bir haşiyə çıxıb, bildirək ki, Nebahat Çehre filmdə Nəcəf və Mehman adlı iki qardaşın anası obrazını canlandırır.

Aktyor Leyn Devis isə filmdə Viktor adlı əcnəbi jurnalistin obrazını canlandırır. Filmdə azərbaycanlılar ondan xahiş edirlər ki, Bakıda baş verən hadisələri bütün dünyaya əyan etsin.
Leyn Devis də təkrar Azərbaycanda olmaqdan, üstəlik filmdə çəkilməkdən məmnunluq duyduğunu deyib. Bildirib ki, yaratdığı obraz onun ürəyincə olub.

Daha sonra İrandan dəvət olunan kino-operator Afşin Əlizadə söz alıb. Filmin ağır yükündən, eyni zamanda insanların azadlıq və müstəqillik yolundakı mücadilıəsindən danışıb. Ona dəyər verib, belə bir filmi həvalə etdiyi üçün, Vahid Mustafayevə təşəkkürünü bildirib.

1990-cı ilin yanvar ayında Bakıda Sovet İmperiyasına qarşı başlanan narazılıq dalğası ilə inqilabi əhval-ruhiyyəni əks etdirən tarixi əhəmiyyətli "Qanlı yanvar" filminin əsas sujet xəttində real hadisələr lentə alınıb. Bir neçə baş rol qəhrəmanının timsalında bütöv bir xalqın susadığı müstəqillik ruhu ilə mübarizəni canlandıran film artıq ərsəyə gəlməkdədir.

Məşhur dunya ulduzlarının yer aldığı Qanlı Yanvar - FOTOMəşhur dunya ulduzlarının yer aldığı Qanlı Yanvar - FOTOMəşhur dunya ulduzlarının yer aldığı Qanlı Yanvar - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4909   Tarix: 03 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914