Parçalanmaqdan yaxa qurtarmağın yolu

Parçalanmaqdan yaxa qurtarmağın yoluMənbə: http://zikr.az

Uca Allah dində parçalanmağı və ona aparan amilləri pisləmişdir. Quran və səhih hədislərdə bunun şər bir əməl olması, bunu edənin aqibətinin pis olacağı, sahibinin dünyada rüsvay olacağı, axirətdə isə alçalacağı və üzü qara olacağı barədə bir çox dəlillər vardır. Uca Allah buyurur:
"Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: "İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!"– deyiləcəkdir. Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında olacaq və orada əbədi qalacaqlar" (Ali İmran, 105-107).
İbn Abbas demişdir: "Toplum şəklində Peyğəmbərin yolu ilə gedənlərin üzü ağ, bidət və parçalanma əhlinin üzü isə qara olacaqdır."
Uca Allah həmçinin buyurur: "Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir" (əl-Ənam, 159).
Bu ayələr dində parçalanmağın müsəlmanlar üçün həm bu dünyada, həm də axirətdə təhlükəli olmasına dəlalət edir. Əvvəlki ümmətlərin həlak olmalarının başlıca səbəbi onların təfriqəyə varması, xüsusən də nazil olunmuş kitablar barəsində ixtilaf etmələri olmuşdur. Hüzeyfə ibn Yəmən xəlifə Osman ibn Əfvana demişdir: "Bu ümmətin dadına çat ki, öncəki ümmətlər kimi kitabları barəsində ixtilaf etməsinlər." O da görəndə ki, Şam və İraq əhli Quranın hərfləri barəsində Peyğəmbərin qadağan etdiyi ixtilafı edirlər, bunu deməyə vadar olmuşdu. Bundan da iki fayda meydana çıxmış olur:
Birincisi: Bu cür məsələlərdə ixtilaf etməyin haram olması.
İkincisi: Əvvəlkilərdən ibrət götürmək və onlara bənzəməmək. Uca Allah buyurur: "Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər" (əl-Bəqərə, 176).
O həmçinin buyurur: "Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər" (Ali İmran, 19).
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Mənim sizlərə əmr etmədiklərimi etməyin. Şübhəsiz ki, sizlərdən əvvəlkilər çox sual verdikləri, peyğəmbərlərinə müxalif olduqları üçün həlak oldular. Sizə qadağan etdiyim şeylərdən çəkinin, əmr etdiyim şeyləri isə bacardığınız qədər yerinə yetirin." (Səhih əl-Buxari, 7288). Bu hədisdə Peyğəmbər qövmünə, demədiyi şeylərdən çəkinməyi əmr etmiş, əvvəlki ümmətlərin həlak olma səbəbini aydınlaşdıraraq bunun çox sual vermək və peyğəmbərlərə müxalif olmaları olduğunu bildirmişdir. Uca Allah buyurur: "Amma onlar elə hey ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa" (Hud, 118-119).

İxtilaf və parçalanmaqdan yaxa qurtarmağın yolu

Salamatlığa qovuşmağın yolu Allahın kitabıdır. O kitab ki, ona heç bir batil toxuna bilməz və o, hikmət sahibi olan Allah tərəfindən nazil olunmuşdur. Həmçinin Peyğəmbərin yolunu tutub getməkdir. O peyğəmbər ki, özündən danışmır və onun bütün danışdıqları bir vəhydir. Quran və Peyğəmbərin səhih hədisləri İslamın yeganə və əvəzolunmaz iki qaynağıdır. Bundan başqa bütün yollar zəlalətə aparır. Peyğəmbərin yoluna sarılmaq möminlərin yolu və Rəbbimizin razılığına nail olmağın yoludur. Məhz bu yolla Uca Allah bu ümməti bidətçilərin batil əməllərindən qoruyur. İslamın ilk dönəmlərində məhz bu yolun sayəsində insanlar islah olunmuşdular. Bunsuz həmin vəziyyətə qayıtmaq qeyri mümkündür. Böyük İslam alimi İmam Malik demişdir: "Ümmətin əvvəli nəyin sayəsində düzəlmişdirsə, sonu da onunla düzələcək." Ümmətin əvvəli Qurana və Peyğəmbərin yoluna tabe olmaqla düzəlmişdir. Odur ki, hər bir müsəlman Peyğəmbərin və onun səhabələrinin izlədiyi yola yönəlməlidir. Uca Allah buyurur: 
"Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz" (əl-Ənam, 153).
Uca Allahdan ümmətimizi Allahın kitabına, Peyğəmbərinin və onun səhabələrinin yoluna tabe olmağa müvəffəq etməsini diləyirik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2147   Tarix: 19 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512